Icma.az
close
up
RU
“Minsk Qrupu olmasaydı, münaqişə daha rahat həll olunardı” POLİTOLOQ

“Minsk Qrupu olmasaydı, münaqişə daha rahat həll olunardı” POLİTOLOQ

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“1992-ci ildən fəaliyyət göstərən Minsk Qrupu format olaraq heç bir ciddi uğur əldə etmədi. Əksinə, münaqişənin uzanmasına, hətta deyərdim, monopoliyaya götürülməsinə xidmət edirdi. Bu proses ATƏT-in Minsk Qrupu vasitəsilə baş verirdi”.

Bunu Gununsesi.info-ya açıqlamasında politoloq Samir Hümbətov ATƏT-in Minsk Qrupunun ləğv edilməsi və Azərbaycan-Ermənistan sülh prosesinə təsiri ilə bağlı müzakirələri şərh edərkən deyib:

“Məlum olduğu kimi artıq ATƏT-in Minsk Qrupu ləğv edilib. Bu barədə ATƏT-in sədri Elina Valton da açıqlama verib.

Bu qurum münaqişənin həllindən çox onun uzadılmasına yönəlmişdi. Özləri də bilirdilər ki, perspektivi yoxdur və faydasız bir prosesdir. Nəticədə, artıq bu gün ATƏT-in Minsk Qrupu mövcud deyil.

Son bir neçə ay ərzində bu məsələ geniş müzakirə olunurdu. Ermənistan tərəfi Minsk Qrupunun ləğvini yalnız sülh müqaviləsinin imzalanmasından sonra mümkün hesab edirdi. Lakin 8 avqustda Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ arasında əldə edilmiş anlaşma ilə biz yeni mərhələyə qədəm qoyduq. Artıq məsələ tamamilə həll olunmuş hesab edilə bilər”.

Politoloqun fikrincə, Minsk Qrupu ləğv edilməli idi:

“Çünki hər iki tərəf buna müraciət etmişdi.  Amma deməzdim ki, bu qurumun faydası olmuşdu. Əksinə, Minsk Qrupu bəlkə də olmasaydı, münaqişə daha rahat həll olunardı, çünki onlar çox basqı edirdilər və məsələnin həll edilməməsi üçün çalışırdılar.

Bu baxımdan, Minsk Qrupunun ləğvi təkcə Azərbaycan və Ermənistan üçün deyil, ATƏT üçün də xeyirli oldu. Perspektivsiz və faydasız bir qurumun fəaliyyətindən azad olmaq hər iki tərəfin və təşkilatın xeyrinə idi”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 02 Sentyabr 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see384

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see312

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see265

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see262

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see250

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see238

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see237

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see225

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see222

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see220

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see214

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see213

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see211

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see210

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see208

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see199

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri