Icma.az
close
up
RU
“Müharibə oxu” yaydan çıxıb: Xameneyinin fətvası da yerə düşür

“Müharibə oxu” yaydan çıxıb: Xameneyinin fətvası da yerə düşür

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

31 mart İran dövlət televiziyasında səsləndirilən bəyanat təkcə Yaxın Şərqin deyil, ümumilikdə beynəlxalq təhlükəsizliyin tarixi üçün dönüş nöqtəsi ola bilər. 

İranın ali liderinin müşaviri, parlamentin sabiq spikeri Əli Laricani açıq şəkildə bildirdi: 

“Əgər ABŞ və ya İsrail nüvə məsələsini bəhanə edərək İrana hücum etsə, biz məcbur olub nüvə silahı istehsalına başlayacağıq”.Laricaninin sözlərinə görə, Tehran belə bir qərarı xalqın təzyiqi və “özünü müdafiə zərurəti” səbəbindən qəbul edəcək. Bu bəyanat təkcə təhdidlərə cavab deyil, bu, əslində rəsmi xəbərdarlıqdır: İran Ayətullah Əli Xameneyinin kütləvi qırğın silahlarının yaradılmasını qadağan edən fətvasına əsaslanan prinsipial mövqeyindən ilk dəfə imtina edə biləcəyi ssenarini nəzərdən keçirir. Bu isə köklü bir dəyişikliyə işarə edir və onun nəticələri olduqca dağıdıcı ola bilər. 

Yeni reallıq, yoxsa strateji şantaj? 

İlk baxışda, bu, növbəti strateji şantaj kimi görünə bilər. Lakin əslində İran artıq qısa müddətdə nüvə silahı istehsalına imkan verən infrastruktur qurub.
• Uranın 60%-ə qədər zənginləşdirilməsi
• Metal uran üzərində aparılan eksperimentlər 

Bu addımlar əvvəllər Qərb üçün “qırmızı xətt” hesab olunurdu və İran artıq bu həddi keçib. Vəziyyəti daha da mürəkkəbləşdirən məqam isə İsrailin açıq şəkildə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etməsidir. Baş nazir Benyamin Netanyahu hələ yanvar ayında bildirmişdi: 

“Biz İranın nüvə bombasına sahib olmaması üçün yalnız sözdə deyil, əməldə də hərəkət edəcəyik”. Bu fonda istənilən hərbi toqquşma, hətta məhdud xarakterli olsa belə, sürətlə böyüyən eskalasiyaya səbəb ola bilər. 

Yaxın Şərqi və dünyanı nə gözləyir? 

Əgər Tehran həqiqətən də nüvə silahı istehsalına başlasa, bunun nəticələri çoxşaxəli olacaq:

•Hərbi gərginliyin artması

 İsrail, çox güman ki, İranın nüvə obyektlərinə önləyici zərbə endirməyə cəhd göstərəcək. Buna cavab olaraq, İran Suriyada, Livanda, Yəməndə və İraqda öz müttəfiq qüvvələrini fəallaşdıra bilər. İsrail-İran miqyaslı müharibə isə artıq lokal münaqişə olmayacaq. 

• Yaxın Şərqdə nüvə yarışının başlaması

Səudiyyə Ərəbistanı dəfələrlə bildirib ki, nüvə silahına sahib olan İrana eyni qaydada cavab verəcək. Belə olan halda məsələ təkcə bir nüvə dövlətində deyil, dünyanın ən qeyri-sabit regionunda bütöv bir “nüvə zolağının” yaranmasında olacaq. 

• Qlobal nüvə yayılmaması rejiminin sarsılması

 Əgər Tehran əvvəlki öhdəliklərindən imtina etsə, bu, digər dövlətlər üçün təhlükəli bir presedent yaradacaq. Bu risklər təkcə Yaxın Şərqlə məhdudlaşmayacaq, Türkiyədən Cənubi Koreyaya qədər genişlənə bilər. 

Qlobal münaqişə mümkündür? 

ABŞ və ya İsrailin İrana hərbi zərbə endirməsi enerji bazarlarında dərhal destabilizasiya yaradacaq.Hörmuz boğazında tankerlər hərəkətsiz qalacaq, neftin qiymətləri sürətlə yüksələcək, logistika zəncirləri pozulacaq. Lakin ən təhlükəli məqam böyük güclərin münaqişəyə cəlb olunmasıdır: Tehranla sıx əlaqələri olan Çin sərt mövqe tuta bilər, Rusiya isə İranı dolayı və ya diplomatik yolla dəstəkləyərək Qərb üzərində təsir rıçaqı əldə edər. Dünyanın hazırkı qütbləşmiş vəziyyətində Yaxın Şərqdə atılan istənilən sərt addım hibrid münaqişədən real qlobal savaşa keçid üçün təkanverici faktor ola bilər. 

Beynəlxalq birlik nə etməlidir? 

Bu gün diplomatiyanın yenidən gündəmə qaytarılması hər zamankından daha vacibdir. Deeskalasiya, çoxtərəfli təhlükəsizlik zəmanətləri və hərbi ssenarilərdən imtina vəziyyətin uçuruma sürüklənməsinin qarşısını almağın yeganə yoludur. Laricani açıq siqnal göndərdi, indi top Qərbin meydanındadır. Əsas məsələ odur ki, bu siqnal münaqişəni alovlandıran qığılcıma çevrilməsin. Lakin digər tərəfdən, hərbi ssenarinin ciddi şəkildə nəzərdən keçirildiyinə dair getdikcə daha çox əlamətlər özünü göstərir. İsrailin ultrasağ hökuməti Baş nazir Benyamin Netanyahunun rəhbərliyi altında güc tətbiq etməyə hazır olduğunu artıq bəyan edib və hətta müharibəyə səs verməyə də psixoloji cəhətdən hazırdır. Bu, daxili siyasi böhran fonunda İsrail üçün birləşdirici xarici münaqişəyə çevrilə bilər, xüsusilə də əgər Tehran "nüvə müdafiəsi" ritorikasını davam etdirsə, bu mümkündür. 

ABŞ-nin mövqeyi necə olacaq?

ABŞ Prezidenti Donald Tramp da öz mövqeyini açıq şəkildə ifadə edib. O, son çıxışında bildirib: “Nə Amerikaya, nə də dostlarımıza təhdidlərə icazə verəcəyik. Lazım gələrsə, cavab verəcəyik və bizimlə kimin qarşı-qarşıya olduğunu unudanlar bunu hiss edəcəklər.” Eyni zamanda, Fars körfəzində ABŞ Hərbi Dəniz Qüvvələrinin gücləndirilməsi müşahidə edilir,  o cümlədən aviadaşıyıcı qruplar və dəniz piyadalarının zərbə qüvvələri bölgəyə yerləşdirilib. Bu isə aydın şəkildə göstərir ki, Vaşinqton istənilən ssenariyə, o cümlədən hərbi qarşıdurmaya hazırlaşır. Dünya hələ geri dönüşü olmayan nöqtəni keçməyib – lakin artıq bu hədd aydın şəkildə üfüqdə görünür. 

YuriBoçarov, israilli politoloq, siyasi elmlər namizədi, “Aziznews.com” saytının redaktoru 

Tərcümə etdi: Səbinə Uğur
"Cebheinfo.az" 

Açar sözlər: Müharibə İran ABŞ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Aprel 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri