Icma.az
close
up
RU
Müharibə şəraitində olan dövlətin hava məkanından istifadə müəyyən dərəcədə məhdudlaşdırılmalıdır

Müharibə şəraitində olan dövlətin hava məkanından istifadə müəyyən dərəcədə məhdudlaşdırılmalıdır

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması nəticəsində Azərbaycan üçün çox sarsıdıcı bir qəza baş verdi. Bu olay nəticəsində ekipaj üzvlərinin bəziləri, o cümlədən pilotlar həlak olub.

Bu barədə Bizimyol.info xəbər portalına açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb. Deputat qeyd edib ki, Azərbaycan pilotları dünyanın ən peşəkar pilotlarıyla eyni sırada dayanır: “Hətta bu yaxınlarda bir beynəlxalq mətbuatda da bu barədə informasiya oxumuşdum. Ümumiyyətlə, “Azərbaycan Hava Yolları” ən keyfiyyətli təyyarələri alır. Deyə bilərəm ki, hava nəqliyyatlarının texniki baxışı üst səviyyədədir və hava yollarının bütün işçi heyəti tam bir peşəkardırlar. Pilotlarımız peşəkarlığı sayəsində bu qəzada 29 sərnişin sağ qalıb. Təyyarə qəzasının səbəbləri bəlli olsa da, yenə də qəzanın səbəblərinin əsaslı araşdırılması üçün Azərbaycan tərəfinin təklifi ilə beynəlxalq ekspertlərdən ibarət heyət təşkil edilib və bu heyət artıq fəaliyyətə başlayıb. İstintaq prosesi başa çatana qədər "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reysləri dayandırılıb”.

Müşfiq Cəfərov

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin təyyarə qəzasına görə Rusiyaya səfərini təxirə salması dövlət başçısının milli mənəvi dəyərlərə olan dərin hörməti və ölkə vətəndaşına həyatına verdiyi dəyərdən irəli gəlir.

“Rusiya Federasiyasının Prezidenti Vladimir Putin cənab Prezident İlham Əliyevə zəng edərək baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib, bu qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin, ən səmimi başsağlığını bir daha çatdırıb, eyni zamanda xəsarət alanların tezliklə şəfa tapmasını dilədiyini deyib.

Ümumiyyətlə, müharibə şəraitində olan dövlətin hava məkanından da istifadə müəyyən dərəcədə məhdudlaşdırılmalıdır. Xatırladım ki, 2020-ci ildə İranın göyərtəsində 176 nəfər olan Boeing 737-800 təyyarəsi çərşənbə günü Tehran hava limanından havaya qalxandan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Qəzadan sağ çıxan olmamışdı. İran dövləti qeyd edirdi ki, raket sistemini müstəqil və təkbaşına idarə edən operator təyyarəni "qanadlı raket"lə səhv salıb. Həmin dövlət öz səmasında uçan sərnişin təyyarəsinin düşmən raketiylə səhv salırsa, dərhal əlaqə yaratmalı və yoxlama aparmalı idi. Belə görünür ki, onlar ya bunu etməklə vaxt itirmək istəməyib, ya da qeyd edildiyi kimi rabitə sistemində müəyyən pozuntular olub”-deyə deputat vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 Dekabr 2024 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see192

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see187

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see187

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see183

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see176

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see165

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see151

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see148

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see137

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see135

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see125

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see125

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri