Xatəmidən XƏBƏRDARLIQ: “Müharibə şəraitində yaşaya bilmərik“
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İran müddətsiz olaraq müharibə şəraitində yaşaya bilməz.
Moderator.az"Iran International"a istinadən xəbər verir ki, bunu İslam Respublikasının keçmiş prezidenti Məhəmməd Xatəmi ABŞ və İsrailə münasibətdə təmkinli diplomatiya yürütməyə çağırış edərkən bildirib.
Xatəmi mövcud gərginliklə bağlı fikirlərini bölüşüb: "ABŞ-yə etibar etmək mümkün olmasa da və İsrail gərginliyi, eləcə də münaqişəni davam etdirmək üçün heç bir şeydən çəkinməsə də, bu maneə ilə ehtiyatlılıq və təmkinli diplomatiya vasitəsilə mübarizə aparmaq lazımdır".
Keçmiş dövlət başçısı İranın "əbədi olaraq mövcud olacağını" və xarici təcavüzün, eləcə də genişmiqyaslı müharibənin ölkədəki hakimiyyəti devirə bilməyəcəyini vurğulayıb.
Bununla yanaşı, Xatəmi cəmiyyətin böyük bir hissəsinin narazılığına səbəb olan daxili problemlər həll olunmazsa, Tehranın təhlükə ilə üzləşə biləcəyini əlavə edib:
"Müharibə şəraitində yaşaya bilmərik. İnsanlar bu vəziyyətə dözə bilmir. Belə şəraitdə gündəlik həyatı davam etdirmək, əhalinin ehtiyaclarını ödəmək və cəmiyyəti idarə etmək qeyri-mümkündür".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 16 Avqust 2026 21:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















