Icma.az
close
up
RU
Müharibə şiddətləndi: İsrail daha bir ölkəyə zərbələr endirməyə hazırlaşır VİDEO

Müharibə şiddətləndi: İsrail daha bir ölkəyə zərbələr endirməyə hazırlaşır VİDEO

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

***13.06.2025 15:40

“İsrailin İrana qarşı hərbi güc tətbiqi ilə hücumları, nüvə obyektlərinə zərbə endirmək potensialını göstərməsi Tehranla Vaşinqton arasında danışıqların getdiyi zamana təsadüf etdi. Başqa yandan, proseslərə qlobal rəqabətin və bu rəqabəti yumşaltmağın bir yolu kimi də baxmaq olar. Rusiya ilə ABŞ-nin İranın nüvə faylı ilə bağlı eyni mövqeni bölüşməsi, Çinin Tehrana nüvə proqramında əhəmiyyətli dəstək verməməsi bu məsələdə aktuallıq kəsb edir”.

Globalinfo.az xəbər verir ki, bunu analitik Aqşin Kərimov deyib.

Əsas hissə videoda:

 Onun sözlərinə görə, regionda İranla Hindistan müttəfiq kimi görünsələr də, Dehlinin siyasəti həlledici deyil:

Həmçinin oxuyun:

TƏCİLİ! İrandan İsrailə ardıcıl zərbələr: 60-dan çox yaralı var – VİDEO+YENİLƏNİB

“Yəni Hindistan Tehranın iqtisadi tərəfdaşı olsa da, onun regional geosiyasi sferaya birbaşa müdaxiləsi məhduddur. Deməli, İsrailin hücumları Tehranın həm tərəfdaşları, həm də geostrateji rəqibləri tərəfindən fərqli meyarlara tabe olmaq riskləri ilə üzləşməsi ilə fonunda baş tutur. Hərbi cəhətdən isə İsrailin son zərbələri sürətlə inkişaf edir. Bunu ABŞ ilə İran arasındakı nüvə danışıqlarının nəticəsiz qalmasına verilən reaksiyalar kimi səciyyələndirmək olar. Lakin ABŞ İsrailin hücumlarına görə məsuliyyət daşımadığını elan edir və hadisəni elə İsrailİran qarşıdurmasının vacib komponenti kimi irəli sürür. Bu hücumlardan bir neçə gün əvvəl İranda etirazların və tətillərin olması, elektrik enerjisinin verilişində ciddi problemlərin yaranması diqqətdən kənarda qalmalı deyil.

Ehtimalla, bunlar, İsrailin İrana qarşı bu zamana qədər müşahidə edilməmiş ən geniş hücumuna hazırlığın tərkib hissəsi idi. İsrailin hücumları təkcə İranın nüvə obyektlərini və nüvə alimlərini deyil, eyni zamanda İranın hərbi komandanlıq strukturunu, təhlükəsizlik elitasına qarşı genişmiqyaslı kampaniyanın açılış kadrlarını ortaya qoyur”.

Ekspert deyib ki, bu prosesin mərkəzində İran rejiminin ciddi şəkildə zəifləməsinə səbəb olan və mövcud hakimiyyət strukturuna açıq şəkildə qarşı duran, olduqca təsirli kəşfiyyat əməliyyatları dayanır:

“Bu əməliyyatların davamı olaraq İranda insan hüquqları, qadın haqları, tələbə hərəkatları, fəhlə mübarizəsi, ekoloji fəallıq, sosial media və rəqəmsal sahələrə fokuslanmalar müşahidə oluna bilər. İsrailin hücumları, deməli, İranın daxili siyasi-ruhani həyatı üçün mühüm bir məsələlərə istiqamət açır. Bu, İran elitasının hərbi güc tətbiqinin nəticəsi olaraq yenilənməsidir. Hərçənd ki, İranın ali rəhbəri Seyid Əli Xameneinin hələ də İsrailin hədəfində olub-olmaması açıq olaraq qalmaqdadır. Ancaq İsrailin hərbi ssenari ilə hərəkət etməsi sözsüz ki, İrandakı post-Xamenei dövrünə keçidə sürətli təkan verən hadisə kimi diqqət mərkəzinə düşəcək”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 İyun 2025 00:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see154

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri