Icma.az
close
up
RU
Müharibə şiddətlənir: “Sülhün yalnız 2 yolu var”

Müharibə şiddətlənir: “Sülhün yalnız 2 yolu var”

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya Prezidenti Vladimir Putinin son fikirləri diqqət çəkib. O, Kiyevə sülhün lazım olmadığını, hücumları davam etdirməkdə maraqlı göründüyün bildirib. Ukraynanın humanitar səbəblərdən, o cümlədən döyüş meydanında həlak olan hərbçilərin cəsədlərini toplamaq üçün 2-3 günlük atəşkəslə razılaşmaqdan imtina etməsini də bununla əlaqələndirib.

Ukraynanın keçirdiyi əməliyyatlar, Putinin bu istiqamətdə açıqlamaları fonunda sülh müqaviləsi dalana dirənib? Növbəti mərhələdə tərəfləri nə gözləyir?

Globalinfo.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, Ukraynada sülhün perspektivi artıq uzun müddətdir ki, dalana dirənmiş vəziyyətdədir:

“Ukraynada baş verən proseslərin sülhlə nəticələnməsi üçün dünyada sınaqdan çıxmış üsullar tətbiq olunmalıdır. Bunlar uzunmüddətli atəşkəsin əldə edilməsi və hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinin nəzərə alınması şərtilə danışıqlar prosesinə başlanmasıdır. Təəssüf ki, sülhə nail olmağın bu iki variantdan başqa üçüncü yolu yoxdur. Bu yoldan kənar alternativ axtaranlar isə artıq indidən uğursuzluğa məhkumdurlar.

Aydın Quliyev

Rusiya isə uzunmüddətli atəşkəsə razı olmadığını dəfələrlə açıq şəkildə bəyan edib. Ukraynanın ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipi faktiki olaraq ortadan qalxıb. Rusiyanın təklif etdiyi “həll yolları” isə Ukraynanın faktiki olaraq təslim olmasından başqa bir anlam daşımır. Rəsmi Kiyevin BMT tərəfindən tanınan ərazilərdən – dörd vilayətdən imtina etməsi isə açıq-aşkar Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin pozulması deməkdir”.

Aydın Quliyevin sözlərinə görə, qısa müddətli atəşkəs təklifləri sülh yaratmaq baxımından real nəticə vermir:

“Bir tərəfdə sülh danışıqları aparılır, əsirlər dəyişdirilir, digər tərəfdə isə hərbi əməliyyatlar davam edir. Belə bir vəziyyətdə hansı sülhdən danışmaq olar? 2-3 günlük atəşkəslər, cəsədlərin götürülməsi, əsirlərin dəyişdirilməsi kimi addımlar iki ölkə arasında davamlı sülh yaratmaq gücündə deyil. Əksinə, Ukraynanı daha ağır və dəhşətli bir müharibə mərhələsi gözləyir”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 İyun 2025 21:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri