Müharibə şiddətlənir, amma Putin güzəştlər alır NYT
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya Prezidenti Vladimir Putinin ötən həftə Moskvada fəal diplomatik görüşlər keçirməsi Qərbin təcrid siyasətini boşa çıxararaq dünya siyasətinə yenidən qayıtmağa çalışdığını göstərir
Axar.az xəbər verir ki, bu barədə "Nyu York Tayms" məlumat yayıb.
"Müharibənin şiddətlənməsinə və güzəştə getmək niyyətinin olmamasına baxmayaraq, Putin yüksək səviyyəli görüşlərə dəvətlər və ABŞ tərəfindən güzəştlər əldə edir. Üstəlik, ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiya Birbaşa İnvestisiyalar Fonduna qarşı tətbiq edilən sanksiyaların ləğvi imkanını nəzərdən keçirir. Noyabrda Putinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının forumunda iştirak etmək üçün Çinə səfəri gözlənilir. Forum çərçivəsində Çin lideri Si Szinpin və ABŞ Prezidenti Donald Trampla mümkün üçtərəfli görüş Rusiyanı iki dünya supergücü ilə bərabər mövqeyə çıxara bilər.
Daha sonra Putin Trampın göndərdiyi dəvəti qəbul edəcəyi təqdirdə, dekabrda G20 sammitində iştirak etmək üçün Mayamiyə səfər edə bilər",- məlumatda deyilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 02 Noyabr 2026 09:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















