Icma.az
close
up
RU
Müharibə təhlükəsi, ABŞRusiya qarşıdurmasına doğru KONKRET

Müharibə təhlükəsi, ABŞRusiya qarşıdurmasına doğru KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Son günlər Ukrayna-Rusiya müharibəsi yeni mərhələyə qədəm qoyub və dünya təhdid altındadır. Bayden adminstrasiyasının Ukraynaya Rusiyanın daxilinə zərbələr vurmaq barədə göstərişi, ardınca Kiyevin dərhal bunu reallaşdırması vəziyyəti bir qədər də qəlizləşdirib. ABŞ-də seçkiləri uduzan Demokratlar  sonuncu zərbəni vurmaq üçün əlindən gələni əsirgəmir. Ukrayna münaqişəsini daha da qlobal müstəviyə keçirmək üçün səylər davam etdirilir.

Faktiki  Ukraynada Rusiya ilə müharibə aparan ABŞ-nin Kiyevə hərbi-siyasi yardımı ara vermir.Rusiya ərazilərində Amerika raketləri partlayır. Qarşı tərəf də borclu qalmır və arsenalındakı ən son silahların istifadəsinə başlanılıb. Müharibə ABŞ ərazisində getmədiyindən amerkalılar qətiyyən narahat deyillər. Onlar Rusiyanı zəiflətmək, parçalamaq üçün Ukrayna kartından məharətlə istifadə etməyə çalışırlar. Hələlik, məqsədinə çata bilməyən Qərb yeni eskalasiya həyata keçirməklə məşğuldur. Putin isə nüvə doktirinasını təsdiq edib və bildirilir ki, Rusiyanın cavabı daha sərt olacaq.

Trampın andiçməsinə qədər qarşıya qoyduğu  vəzifəni yerinə yetirməyə çalışan Bayden adminstrasiyası Ukraynanı silahlandırmaqda davam edir. Kiyevə yeni maliyyə yardımı ayrılır və ən son silahlar göndərilir. İndi dünya yeni müharibə astanasındadır. Yaxın Şərqdə və Ukraynada baş verənlər bir başa ABŞ-nin diktəsi ilə həyata keçirilir. Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahunun həbsinə dair qərarından narahat olan ABŞ, bir daha ikili standartlarla çıxış edir. Ötən il Rusiya prezidenti Putunun həbsinə order verən BCM-nin qərarını alqışlayan Vaşinqton, bu dəfə Netanyahunun həbs ediləcəyindən narahat olur və beynəlxalq Cinayət Məhkəməsinin qərarını sərt tənqid edir. Qərarın heç bir əsası olmadığını bəyan edən Bayden, dünyada insan haqlarının pozulmasından möhkəm narahatdır. Minlərlə günahsız insanın ölümünə səbəb olan İsrail də guya yəhudi xalqının müdafiəsi ilə məşğuldur. Bayden və komandasının xeyir-duası ilə baş verən Qəzza  qətilamının kökündə yeni siyasi manevrlər dayanır. Onların məqsədi İsrailin ərazisini işğal hesabına genişləndirmək və milyonlarla insanı öz doğma yurdlarından didərgin salmaqdır.

 Bütün zamanlarda riyakarlıq edən ABŞ Azərbaycana qarşı da eyni ədalətsiz mövqe nümayiş etdirib. 1992-ci ildə Azərbaycan əraziləri işğala məruz qalanda və Xocalı soyqırımı baş verəndə ölkəmizi ittiham edənlərdən biri də hazırkı prezident Bayden idi. Məhz erməni diasporunun əlində oyuncağa çevrilən Bayden Azərbaycana qarşı 907-ci düzəlişin müəlliflərindən biri  idi. 32 il əvvəl guya Azərbaycanın Ermənistan ərazilərini işğala məruz qoyması və Ermənistanı blokadada saxlaması ittihamı ilə Azərbaycana qarşı sanksiya tətbiq edən faşist təffərkürlü insanlar özlərini sülh “göyərçinləri  kimi təqdim edirlər. Ömrünün qürub çağında, insanlarla ulduzları səhv salan, üzünü göylərə tutub adamlarla danışan bu qoca kişi,vəzifəsinin son mərhələsində dünyanı yenidən təhdid edir. Avropanı özünün müstəmləkəsi hesab edən ABŞ-nin köhnə qitədəki əlaltıları da, Baydenin dedikləriylə oturub durur. Özlərini insan haqlarının müdafiəçisi kimi təqdim edənləri milyonlarla insanın taleyi maraqlandırmır. Yalan,  böhtan, şantaj üzərində qurulan ABŞ hakimiyyəti isə daxildəki böhranı aradan qaldırmaq, dünyaya ağalıq etmək, ən güclü rəqiblərini sıradan çıxartmaq niyyətindədir. Buna nail olmaq isə elə də asan deyil.

Vəli Həsənoğlu,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://konkret.az
archiveBu xəbər 22 Noyabr 2024 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri