Icma.az
close
up
RU
Tramp dövründə ABŞRusiya münasibətləri necə olacaq? AÇIQLAMA

Tramp dövründə ABŞRusiya münasibətləri necə olacaq? AÇIQLAMA

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

“Rusiya ilə ABŞ arasında münasibətlər Vaşinqtonun bəyanatlarından və hərəkətlərindən asılı olacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, açıqlamasında "ABŞ bizə dost olmayan ölkədir və hər şey təbii ki, bundan sonra hansı bəyanatların veriləcəyindən, ölkəmizə münasibətin necə təzahür edəcəyindən, planlardan və digər məsələlərdən asılı olacaq", - deyə vurğulayıb.

Maraqlıdır ki, yanvarın 20-də ABŞ-nin yeni prezidenti Donald Trampın andiçmə mərasimindən sonra ABŞ-Rusiya münasibətləri hansı şəkildə davam edəcək?

Mövzu ilə bağlı siyasi şərhçi Kənan Novruzov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Tramp dövründə ABŞ-Rusiya münasibətlərində yumşalma baş verəcək.

Onun sözlərinə görə, Trampın əvvəlki hakimiyyəti dövründə də Rusiyaya qarşı münasibət Co Baydenin siyasəti qədər radikal deyildi. Müsahibimiz bildirib ki, Trampın inaqurasiyasına kimi ABŞ-Rusiya münasibətlərində ciddi dəyişiklik olmasa da, andiçmə mərasimindən sonra ikitərəfli münasibətlərdə müəyyən dəyişikliklər baş verə bilər:

“Yəni, buzlar qismən əriyəcək. Tramp Rusiyaya qarşı daha mülayim idi. Çünki Tramp biznesmen təfəkkürlü siyasətçidir və gərginlik tərəfdarı deyil. Tramp daha çox yumşaq təsir gücləri vasitəsilə öz hegemonluğunu qorumağa çalışır".

Kənan Novruzov: Tramp Rusiyanın nələrə malik olduğunu və nələr edə biləcəyini başa düşür

K.Novruzov qeyd edib ki, digər məsələ Trampla Putinin münasibətlərinin çox yaxşı olmasıdır.

"Tramp Baydendən fərqli olaraq, Rusiyanı və Putini yaxşı tanıyır. ABŞ-nin yeni prezidenti Rusiyanın nələrə malik olduğunu və nələr edə biləcəyini başa düşür. Bu baxımdan yeni mərhələdə Rusiya ilə münasibətlər qismən loyallaşacaq. Bu yumşalma müxtəlif regionlarda, o cümlədən Ukraynadakı müharibəyə təsirsiz ötüşməyəcək. ABŞ-nin birbaşa iştirakı ilə Ukraynanın Rusiya ilə danışıqlar masasına oturması mümkündür”, - deyə Kənan Novruzov qeyd edib.

Gülşən Şərif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 23 Dekabr 2024 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri