Icma.az
close
up
RU
Müharibə təhlükəsi sovuşur? Masadakı gizli şərtlər

Müharibə təhlükəsi sovuşur? Masadakı gizli şərtlər

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

ABŞ və İran atəşkəs rejimini daha iki həftə uzatmağı düşünürlər. Bu barədə “Bloomberg“ mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, tərəflər arasında vasitəçilər ən mübahisəli məsələləri həll etmək üçün texniki danışıqlar aparmağa çalışırlar. Bu məsələlərə Hörmüz boğazının yenidən açılması və İranın nüvə məsələsi də daxildir. Atəşkəsin uzadılması qısamüddətli perspektivdə gərginliyin azaldığını göstərsə də, bu cür razılaşmaların davamlı sülh anlamına gəlmədiyi də məlumdur. Regionda maraqlar toqquşduğu üçün belə fasilələr çox vaxt sadəcə taktiki xarakter daşıyır.
Politoloq Məhəmməd Əsədullazadə məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında deyib ki, İsrail-İran ölkələri arasında atəşkəsin uzadılması prosesi əsasən ABŞ tərəfindən həyata keçirilir:
“ABŞ İrana qarşı iqtisadi təzyiqləri artıraraq onun kölgə donanmasını və Hörmüz boğazı ilə bağlı imkanlarını məhdudlaşdırmağa çalışır. Bu siyasət nəticəsində İrana milyonlarla büdcə zərbəsi vurulduğu, bunun isə ölkə daxilində sosial ödənişlər, maaşlar və ümumi iqtisadi sabitlik üzərində çətinliklər yaratdığı bildirilir. Mövcud vəziyyətdə ABŞ-nin yumşaq güc vasitələrindən istifadə etdiyi, eyni zamanda atəşkəsi uzadaraq İranı siyasi və iqtisadi təzyiq altında saxlamağa və ölkə daxilində fikir ayrılıqları yaratmağa çalışdığı iddia olunur. Bu proseslərin müəyyən nəticələr verdiyi də qeyd edilir”.
O qeyd edib ki, ABŞ İrandan tələblərin qəbul edilməsini və konkret olaraq İslamabadda nəticəyönümlü danışıqlara qatılmasını tələb edir:
“Hesab olunur ki, atəşkəs istənilən vaxt pozula bilər, lakin tərəflərin genişmiqyaslı müharibədə maraqlı olmadığı düşünülür. Hazırkı mərhələdə ABŞ İrana təzyiqi davam etdirməklə onu iqtisadi və siyasi baxımdan çətin vəziyyətdə saxlayır. İran daxilində isə müxtəlif yanaşmalar və fikir ayrılıqları mövcuddur. Buna baxmayaraq, tərəflər arasında təkliflərin mübadiləsi və diplomatik proseslərin davam etdiyi bildirilir”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Aprel 2026 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see535

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see496

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see368

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see283

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see278

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see271

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see269

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see263

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see261

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see242

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see240

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see240

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see236

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see224

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see215

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see211

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see206

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see188

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see182

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri