Icma.az
close
up
RU
Müharibə və qırğınlar dayanmayacaq... 2025ci illə bağlı bədbin proqnoz

Müharibə və qırğınlar dayanmayacaq... 2025ci illə bağlı bədbin proqnoz

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hazırda dünyada əsasən üç qarşıdurma, üç gərginlik nöqtəsi var: Rusiya-Ukrayna, HƏMAS-İsrail və Suriya.

2022-ci ilin fevral ayında başlayan Rusiya-Ukrayna müharibəsi hələ də davam edir. Hər iki tərəf öz maraqları kontekstində prosesin başa çatmasını istəyir. ABŞ-da keçirilən prezident seçkilərinin nəticəsində Donald Trampın qələbə qazanması ilə Ukrayna müharibəsinin başa çatacağına ümidlər artdı. Belə ki, o, təbliğat ərəfəsində prezident seçilərsə, müharibəni bir günün içərisində dayandıracağını bildirmişdi.

Digər tərəfdən HƏMAS-İsrail qarşıdurmasında da sakitlik müşahidə edilir.

Son proses isə Suriyadakı məlum vəziyyətlə əlaqədardır. 53 illik Bəşər Əsəd rejiminin devrilməsi, yeni hökumətin qurulması üçün görülən işlər və s.

2025-ci ildə sözügedən gərginlik nöqtələrinin hansının daha erkən bitəcəyi maraq doğurur.

Bu münaqişələr səngiyəcək? Yoxsa yeni ildə daha da şiddətlənə bilər?

Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, 2025-ci ilə sayılı günlər qalıb və artıq yeni il üçün müxtəlif proqnozlar verilməyə başlayıb:

İlyas Hüseynov

“Dünyada gedən üç gərginlik, müharibə və qarşıdurma nəticəsində bizi nələrin gözləyəcəyi barədə müxtəlif fikirlər səsləndirilir. 2025-ci il daha çox gərginliklərlə yadda qala bilər. Sözügedən müharibələr dünya iqtisadiyyatına neqativ təsir göstərir. Yaxın Şərqdəki gərginliklər, Rusiya-Ukrayna müharibəsi bütünlükdə iqtisadi problemlərin yaranmasına səbəb olur. ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın andiçmədən sonra müharibələri dayandıracağına böyük ümid var. Lakin bu arzu, istək olaraq qalacaq. Çünki müharibənin bitməsi rəsmi Vaşinqtonun maraqları çərçivəsində nəzərdən keçirilir. Ukrayna müharibəsində Rusiya öz ambisiyalarından geri çəkilmir.

Ukrayna da öz ərazi bütövlüyünü təmin etmək niyyətindədir. Bu da vəziyyəti çıxılmaza doğru aparır. Hər iki tərəf təkidlə öz maraqlarını təmin etməyi istəyəcəksə, bu müharibəni daha şiddətli mərhələyə aparacaq. Hətta NATO ilə Rusiyanın hər hansı formada toqquşmasının yaranacağı ehtimalı da var. Digər məsələlərə gəlincə, yeni ildə ümumilikdə bütün istiqamətlərdə hərəkətlilik müşahidə edilə bilər”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Dekabr 2024 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri