Icma.az
close
up
RU
Müharibə ilə bağlı bədbin proqnoz: Putin üzərindən mesaj verildi

Müharibə ilə bağlı bədbin proqnoz: Putin üzərindən mesaj verildi

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Donald Trampın ABŞ prezident seçkilərində qalib gəlməsindən sonra üç ilə yaxındır davam edən Rusiya-Ukrayna müharibəsində dönüm nöqtəsinin olacağı gözlənilir”.

Bu sözləri Globalinfo.az-a politoloq Aytən Qurbanova Almaniya kansleri Olaf Şolts və Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan son telefon danışığını şərh edərkən deyib.

Politoloq bildirib ki, seçkiqabağı təşviqat dövründə Tramp mövzu ilə bağlı mövqeyini açıq şəkildə ifadə edib:

“Onun müharibəni qısa müddətdə bitirəcəyi ilə bağlı açıqlamaları bu istiqamətdə gözləntiləri artırıb. Amma bir ritorik sual ortaya çıxır: Tramp həqiqətən də bunu bacara bilərmi?

Düşünürəm ki, Almaniya kansleri Olaf Şoltsun Vladimir Putinlə telefon danışığının arxasında dayanan əsas səbəblərdən biri də məhz bu suala cavab axtarışıdır. Əgər Rusiyanın mövqeyində heç bir dəyişiklik müşahidə edilmirsə, onda Tramp hansı şərtlərlə müharibəyə son qoya bilər? Bu səbəbdən Şoltsun telefon danışığını şərh edərkən paylaşdığı fikirlərdə müharibənin indiki şəraitdən irəli gələn şərtlər daxilində dayandırılmasının mümkünsüzlüyünü ifadə edən “narahatlığı” açıq şəkildə görmək olar”.


Aytən Qurbanova

A.Qurbanova Şoltsun Putinlə telefon danışığı barədə açıqlamasının həm də Trampa mesaj olduğunu qeyd edib:

“Yəni Trampa deyirlər ki, bu məsələdə təkbaşına qərar vermək səlahiyyətinə və gücünə sahib deyil. Hazırda ikiqütblü dünya nizamında yaşamadığımızı və ya ABŞ ilə Rusiya arasında qüvvələr balansının olmadığını nəzərə almaq lazımdır. Deməli, Qərbin fərqli siyasi dairələri arasındakı fikir ayrılıqları hələ bir müddət Rusiya-Ukrayna müharibəsində həlledici addımın atılmasına mane olacaq”.

Xatırladaq ki, Olaf Şolts ABŞ və Rusiya arasında baş tuta biləcək danışıqlarda Avropa liderlərindən birinin mütləq iştirak etməli olduğunu deyib. O, Vladimir Putinin müharibə ilə bağlı fikirlərində çox az dəyişikliyin olduğunu bildirib.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Noyabr 2024 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see534

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see277

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see277

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see267

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see258

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see249

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see241

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see232

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see226

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see224

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see219

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see216

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see210

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see208

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see198

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see196

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see189

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see186

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see183

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri