Icma.az
close
up
RU
Müharibədə qalib gəlmiş sülh dövləti

Müharibədə qalib gəlmiş sülh dövləti

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

ABŞ-ı idarə edən güc artıq görür ki, qələbə qazanmaq üçün... müharibə yox, sülh lazımdır. Prezident Donald Trampın Nobel Sülh Mükafatına iddiası da şəxsi iddia deyil. Prezident üzərindən ABŞ-a sülhyaradıcı dövlət statusu almaqdan söhbət gedir.

Görünür, Vaşinqtondakı strateqlər bu qərara gəlib ki, yeni dünya düzənində ABŞ-ın üstün mövqeyini əvvəlki kimi müharibələrlə deyil, sülh təşəbbüsləri ilə saxlamaq olar. Bu, paradiqmanın dəyişməsidir və qlobal siyasi konyukturaya yeni bir yanaşma gətirmək deməkdir.

Yeni padadiqma artıq müharibə dövlətlərini deyil, sülh dövlətlərini önə çıxarır. Bizim üçün maraqlı olan nöqtədən baxsaq, Donald Trampın da Azərbaycan və Türkiyə liderlərinə təkrar-təkrar reveranslar etməsi həm də və daha çox bununla bağlıdır.

Azərbaycan hətta ən ağır-ağrılı illərdə də, ərazisi işğal altında olan dövrdə də qisas hissi ilə yaşamayıb. "Ermənistan mənim torpağımı zəbt edib, şəhərlərimi, kəndlərimi dağıdıb, mən də onun ərazisini, şəhərlərini, kəndlərini yerlə yeksan edim" düşüncəsində olmayıb. "Ermənistan mənim xalqımı qaçqına, köçkünə çevirib, mən də onun əhalisini eyni vəziyyətə salım" deməyib.

Azərbaycanın əvvəlki prezidentləri də, indiki prezident də dəfələrlə bəyan edib: Azərbaycanın heç kimin torpağında gözü yoxdur. Ancaq indiki prezident bu narrativə yeni bir hissə əlavə edib: heç kimə imkan vermərik ki, bizim torpağımıza göz diksin.

2020-ci ildə qalib düşüncə, qalib yanaşma bu idi. Bununla da Azərbaycan ədalətli müharibədə qalib gəlmiş sülh dövləti kimi özünü bütün dünyaya sübut eləyib. İndi müxtəlif beynəlxalq və regional platformalarda Azərbaycanın öncül mövqelərə çatması da ədalətli müharibədə qalib gəlmiş sülh dövləti olmağından irəli gəlir.

Dünən Misirdəki Yaxın Şərq Sülh Sammiti də bunu bir daha hər kəsə göstərdi. Həmin prosesdə dünyanın böyük dövlətləri ilə - Almaniya, Fransa, Böyük Britaniya, Hindistan və sair kimi aktorlarla Azərbaycanın bir sırada, hətta müəyyən hallarda bir addım öndə dayanması da təsadüfi deyil. Hətta böyük dövlətlərin, o cümlədən, elə Türkiyənin də bu gün masa arxasında oturub danışa bilmədiyi dövlətlər var. Ancaq elə bir dövlət, elə bir dövlət başçısı, hökumət başçısı yoxdur ki, Azərbaycan prezidentinin o şəxslə siyasi və şəxsi ünsiyyəti alınmasın.

Zaman-zaman Azərbaycanla münasibətləri gərginləşdirən xarici hökumətlər var. Fransa, Rusiya buna misaldır. Ancaq müxtəlif beynəlxalq toplantılarda Fransa prezidenti özü Azərbaycanın liderinə yaxınlaşır. Öz təşəbbüsü ilə bir masa arxasında otururlar. Bunu biz Kopenhagendə - Avropa Siyasi Birliyinin son sammiti çərçivəsində keçirilən görüşlərdə də gördük, Misirdəki Yaxın Şərq Sülh Sammitində də.

Bu, Fransa. Rusiyaya gəlincə, prezident Vladimir Putinin Düşənbədəki davranışı yenə hər kəsin gözləri önündə idi. Məhz Rusiya tərəfinin təşəbbüsü ilə iki dövlətin başçıları bir araya gəldilər. Dünya mediasının, o cümlədən, məşhur Ukraynalı jurnalist Dmitro Qordonun təsbitinə görə, bu görüşdə qalib tərəf prezident İlham Əliyev oldu.

Bunlar nəyin nəticəsidir? Əlbəttə, Azərbaycanın haqlı mövqeyinin və bu mövqenin dəqiq, aydın və qətiyyətli ifadəsinin.

2020-ci məhz bu günlərində - sentyabrın 27-dən noyabrın 10-dək olan zaman aralığında İlham Əliyev hərbi dövrün lideri idi. Ancaq onda da, xüsusilə, indi də o, sülh prezidenti olaraq öz bilik, bacarıq və iradəsini göstərir.

Sual oluna bilər: müharibə apardığı dövrdə bu şəxs necə sülh tərəfdarı ola bilərdi?!

Bunun çox sadə və tutarlı izahı var: Azərbaycanın rəhbəri 2020-ci ildə öz ölkəsinin işğal altında olan ərazilərini azad edirdi. Bu, ədalətli və dayanıqlı sülhə aparan yol idi. Əgər Azərbaycan torpağının lap kiçik də olsa, bir parçası işğal altında qalsaydı, bu bir neçə ildən, ən uzağı bir neçə on ildən sonra Ermənistanla yeni müharibə demək idi. Bundan başqa lap bir rayon, hətta bir qəsəbə belə xarici işğal altında, ya da separatçı xuntanın əlinə buraxılsaydı, ATƏT-in Minsk Qrupu da qalacaqdı və həmin "vasitəçi" tərəflər iki ölkə arasında münaqişənin sonlandırmağa deyil, uzatmağa çalışmaqda davam edəcəkdilər. Diqqət etdinizsə, ""vasitəçi" tərəflər" ifadəsini işlədirəm. Bu ifadəm qəribə görünə bilər, ancaq fakt budur ki, həmin "vasitəçilər" həm də Azərbaycana qarşı münaqişədə açıq-gizli tərəflər kimi davranırdılar.

Beləliklə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına və sona qədər yerinə yetirməklə - işğala son qoymaqla və öz suverenliyini və ərazi bütövlüyünü tam təmin etməklə regionda sülhün və sabitliyin təməlini atdı. Bu, məsələnin bir tərəfi. İkincisinə gəldikdə, Azərbaycan 2020-ci ildə apardığı haqlı müharibəyə - işğalçını öz ərazisindən çıxarmağa Ermənistana hərbi müdaxilə üçün fürsət kimi baxmadı; döyüşləri öz ərazisindən kənara çıxarmadı. Hətta öz ərazisində belə bir sıra bölgələri, konkret olaraq, Laçını, Kəlbəcəri, Ağdamı siyasi yolla - döyüşsüz, itkisiz geri aldı.

Bu əməliyyatları aparan ordunun başında, bu diplomatik danışıqların önündə kim var idi?! Təbii ki, Prezident!

Bunlar danılmaz tarixi faktlardır. Bax, bu faktlar həm də onu göstərdi ki, Azərbaycan sülh dövlətidir.

Baxın, böyük-böyük dövlətlər Yaxın Şərqdən qovulduğu və ya qovulmaqdan betər günə qaldığı bir dövrdə Azərbaycan bu mürəkkəb və zəngin bölgəyə siyasi triumfla daxil olur. Məgər bunu görməmək mümkündür?!

Odur ki, prezident İlham Əliyevin bu gün qlobal sülh masalarının arxasında - barışıq diplomatiyasının önündə olması təəccüblü deyil, təbiidir.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 14 Oktyabr 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see529

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see396

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see295

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see290

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see289

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see284

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see276

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see259

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see257

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see253

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see246

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see234

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see227

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see220

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see220

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see200

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see191

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see184

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see181

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri