Icma.az
close
up
RU
Müharibədə qalib, müharibəyə qalib

Müharibədə qalib, müharibəyə qalib

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Türklərlə yunanlar arasında müharibədə yeni döyüşdən əvvəl bir türk zabiti deyir: "Ah, orda qan sel kimi axacaq, çiçəklər qana bulaşacaq və yunanlar darmadağın olacaqlar".

Norveçli Dünya yazıçısı, Nobel mükafatı laureatı Knut Hamsun türk zabitinin qurduğu bu kədərli və qürurlu cümləyə heyran qalmış, onu Avropalılara örnək göstərmişdi. Hamsunun "Nağıllar diyarında. Qafqaz təəssüratları və düşüncələri" adlı yol qeydlərində belə bir kədərli, həm də qəzəbli sualı var: "Siz nə zaman belə danışıbsınız, cənab Prussiya zabitləri?!"

Hamsunun Prussiya zabitlərinə ünvanladığı sualın bir cavabı var: döyüşdə öldürmək zorunda olduğu düşmənə yalnız bir türk əsgəri belə ürəkdən acıya bilərdi.

Anadolu insanının dilində bir qürurlu cümlə var: "Ne mutlu "türküm" deyene!" Bu, Azərbaycan türkcəsində belə səslənir: "Türkəm" demək xoşbəxtlikdir". Başqa sözlə, türk olmaq xoşbəxtlikdir.

Bu cümlə, bu qürur yox yerdən yaranmayıb ki. Türk tarix boyu yaşadığı coğrafiyanın şərtləri altında döyüş gələnəklərini dayanmadan irəlilədib. Döyüş sənətini davamlı gəlişdirib. Bunun da yanında başqalarında olmayan bir dəyəri yaradıb və daim cilalayıb. Bu, üstün döyüş əxlaqıdır.

Türkün döyüş əxlaqında hərbi məharətlə yanaşı yüksək mərhəmət anlayışı möhkəm oturub. Bu, həm də inanc imperatividir: səninlə savaşanla savaş. Quran bunu ərəb qövmünə əmr edəndə türk artıq çoxdan həmin əxlaqın əsasını qoymuşdu. Düşmənin yaralı əsgərini gətirib, öz döyüşçüsü ilə yanaşı çarpayılarda sağaldan türk döyüş əxlaqıdır. Əsirlərə nifrətlə deyil, şəfqətlə yanaşmaq türkün qanından gəlir.

Belə bir deyim var: "Sülh istəyirsınsə, müharibəyə hazır ol". Biz də Azərbaycan türkü olaraq müharibə istəmirdik, ancaq bunu yadlar bizə yaşatdılar. Həm də dönə-dönə. Ancaq biz necə bir müharibə apardıq! Bunu Dünya gördü. Döyüşçü cəsarəti ilə insani ədaləti bir arada tutduq. Bu, dediyim kimi, türkün əsrlər boyu cilalayıb, parlatdığı öz savaş əxlaqından gəlir. Biz yıxılana balta çalmarıq, bizə balta çalanı yıxarıq. Bunun örnəklərini öz azadlıq savaşımızda, haqq davamızda dəfələrlə və açıq-açıq göstərdik. Hamsunun türk əsgəri haqda yüz iyirmi il əvvəl yazdığını biz beş il əvvəl öz davranışımızda bir daha doğruladıq.

Nə yazıq ki, hələ də insanlıq müharibələrdən əl çəkməyib. Böyük-böyük rəhbərlər hələ də xırda-xuruş hisslərlə yaşayır və... ÖLDÜRÜR. Jan-Pol Sartrın sözləri ilə desək, varlılar müharibə aparanda həmişə kasıblar ölür. Bunu biz indiki qaynar savaşlarda aydın görürük.

Dünyanın bugünkü acı reallığı göz qabağındadır: HƏR KƏS MÜHARİBƏDƏ QALİB GƏLMƏK İSTƏYİR, HEÇ KƏS MÜHARİBƏYƏ QALİB GƏLMƏK İSTƏMİR.

İki Dünya Müharibəsi yaşamış bəşəriyyət hələ də yetərincə ağıllanmayıb, aydınlanmayıb. Yerin "sərhəd"lərini aşan, kainatın əlçatmaz ənginliklərinə varan, kosmik sirrləri açan insan öz Planetində müharibə dəftərini bağlamaq istəmir. Nə sirrdirsə artıq.

Mən yenə də öz örnəyimizə dönürəm. Azərbaycan Qarabağ müharibəsinin birinci fazasını atəşkəs sazişi ilə bitirmişdi. Bu düz otuz bir il əvvəl mayın 12-də olmuşdu. Adına "Bişkek protokolu" deyilən bu anlaşmanı tənqid edən çox olmuşdu. Biri də elə mən özüm. Çox tənqidi şərhlər yazmışdıq. Etiraf edim ki, bir çox insan bu atəşkəs sazişinin əsl məqsədini və məğzini o zaman yetərincə və düzgün qavramamışdı. Bu anlaşmanın mahiyyətini tam anlamamışdıq. O zaman Azərbaycana rəhbərlik edən mərhum Heydər Əliyev əslində, sadəcə, müharibəni dayandırmaqla yetərlənməmişdi. Azərbaycan yeni bir müharibədən daha çox qələbəyə hazırlaşmağa start vermişdi. Doğrudur, bu qələbəni görmək o zamankı ölkə rəhbərinə nəsib olmadı. Ancaq bu qələbədə onun sağlığında verdiyi nəsihətləri və vəfatından qabaqkı vəsiyyətləri mühüm rol oynamışdı. İndiki qalib prezident İlham Əliyev: "Xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim" sözlərini əbəs yerə demir. Atanın verdiyi nəsihətlər, etdiyi vəsiyyətlər tarixi qələbədə həlledici mənəvi amillərdən biri olub, bu, şübhəsizdir.

Əvvəldə vurğuladığım kimi, məlum "Bişkek protokolu" - atəşkəs sazişi imzalandıqdan 16 il sonra qazanılmış qələbə tam anlamda həm də hərb əxlaqının qələbəsi idi.

Bu ilin noyabrında Qarabağ və Şərqi Zəngəzur torpaqlarının azad olunmasının beş illiyini bayram edəcəyik. Ölkə Prezidentinin bu ili "Konstitusiya və suverenlik ili" elan etməsi təsadüfi deyil. Bu, Azərbaycan Konstitusiyasının istisnasız olaraq bütün ölkə ərazisində hüquqi qüvvə qazanmasını vurğulayır. Azərbaycan dövlətinin suverenliyi artıq öz siyasi coğrafiyasının hər qarışına şamildir. 2020-ci ildə və 2023-cü ildə aparılmış əməliyyatların məqsədi nəcib və qanuni idi: Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Bu, məsələnin sırf hərbi və siyasi tərəfi idi. Amma Azərbaycan təkcə hərbi-siyasi qələbə qazanmadı, həm də Konstitusion-hüquqi qələbə qazanmışdı; suverenliyin bərpası məhz bunu etiva edir. Bütün bunlarla yanaşı qələbənin bir də insani siması var: bu, aqil olduğu qədər də adil bir savaş oldu. Əlbəttə, Azərbaycan tərəfdən.

Biz təkcə ədalətli bir müharibə aparmadıq, həm də mərhəmətli müharibə apardıq. Ona görə də dahi yazıçı Knut Hamsunun türk zabiti haqqında ötən əsrin əvvəlində dediyi fikirlər bugünkü Azərbaycan barədə, onun ordusu, əsgəri və zabiti barədə də aktualdır.

Azərbaycan bu il, dediyim kimi, öz qələbəsinin beş illiyini bayram edəcək. Ancaq bu, ümumilikdə öz varlığını, öz qürurunu qoruyan, başqasının torpağına göz dikməyən, öz torpağını da kimsəyə verməyən hər xalqın, hər dövlətin bayramıdır. Azərbaycanın dünyaya verdiyi ən başlıca mesaj budur: biz təkcə müharibədə qalib gəlmiş xalq deyilik, öz ölkəsində, öz bölgəsində müharibəyə qalib gəlmiş xalqıq.

Bahəddin Həzi, bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 May 2025 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sertifikasiya qalmaqalı: bu dəfə texnologiya müəllimləri səhv aşkarladı

28 İyun 2026 12:14see2120

DÇ 2026: Messi ehtiyatda: İordaniya Argentina Heyətlər

28 İyun 2026 05:07see282

Bu yayın ən şanslıları onlardır

28 İyun 2026 01:46see271

Anomal istilər gəlirləri azaldır və yoxsulluq riskini artırır ARAŞDIRMA

28 İyun 2026 16:35see246

Anormal istilər Fransada kənd təsərrüfatına ciddi ziyan vurub

29 İyun 2026 00:57see239

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

28 İyun 2026 23:48see239

Almaniya məcburi hərbi xidməti nəzərdən keçirir

28 İyun 2026 01:40see231

Bağ evində əyləncələr qonşuların əsəblərini KONKRET

28 İyun 2026 22:45see230

DÇ 2026: Harri Keyndən yeni rekord

28 İyun 2026 06:32see230

Panama DÇ 2026 nı qolsuz başa vuran yeganə komanda olub

28 İyun 2026 03:25see226

Rafael Fiziyev nakautla qazandı, Nazim Sadıxov məğlub oldu UFC Fight Night turniri

27 İyun 2026 23:26see222

Duş kabin şüşələrini güzgü kimi parladan və ərpdən təmizləyən təbii üsul

28 İyun 2026 23:01see216

Meksika Ekvador: DÇ 2026 da daha bir 1/16 final cütü

28 İyun 2026 04:15see213

Şəhid atasının xatirələri: Emin uşaqlıqdan fərqli xarakterə malik idi

28 İyun 2026 17:41see207

“Əl Əhli” erməni futbolçunu 25 milyona aldı

29 İyun 2026 05:32see195

Vətən müharibəsi iştirakçısı Misir Qasımlıya Ukraynada HÖKM OXUNDU VİDEO

29 İyun 2026 02:29see185

Yevlax dəmir yolu vağzalında yük vaqonunda yanğın olub FOTOLENT

28 İyun 2026 19:20see182

Boçorişvili: Orta Dəhliz yeni bir geoiqtisadi məkandır

28 İyun 2026 22:43see175

Azərbaycan cüdoçuları Çexiyada üç medal qazanıblar

27 İyun 2026 22:11see175

Argentina möhtəşəm qolla hesabı açdı Yenilənir

28 İyun 2026 06:23see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri