Icma.az
close
up
RU
Müharibədə YENİ CƏBHƏ: İran özünü tələyə saldı

Müharibədə YENİ CƏBHƏ: İran özünü tələyə saldı

Icma.az bildirir, Lent az portalına istinadən.

Yəməndə İran tərəfindən dəstəklənən “Husilər” müharibədə yeni cəbhə açırlar. Onlar İsrailə raketlər ataraq Yaxın Şərqdə gərginliyi daha da artırmağı bacardılar.

Lent.az-ın əməkdaşının xarici mənbələrə istinadən hazırladığı bu materialda “Husilər”in müharibəyə qoşulmasının nəticələrinin nələr ola biləcəyi barədə söhbət açacağıq.

“Hüsilər” müharibəyə həvəskar kimi yox, tərəf olaraq qoşuldu.  Onlar “həssas hərbi nöqtələri” hədəf alırlar.

Mütəxəssislər bunun simvolik addım olmadığını, prosesin gedişatını dəyişə biləcəyini deyir. Qırmızı dənizdə strateji keçidlər və regional dəniz ticarəti artıq qeyri-müəyyən vəziyyətdədir.

Bəs husilərin növbəti addımı nə olacaq və gərginlik hansı həddə çatacaq?

İsrail ordusunun açıqlamasına görə, husilər əvvəlcə ballistik raket, daha sonra isə qanadlı raket buraxıblar. Qanadlı raketin ballistik raketdən bir neçə saat sonra atıldığı və İsrail ordusu tərəfindən zərərsizləşdirildiyi bildirilib. Bu hadisədə ballistik hücumlardan fərqli olaraq, protokol qaydalarına görə siqnalların (sirenlərin) verilmədiyi qeyd olunub. Husilərin hərbi sözçüsü Yəhya Sari X platformasında yayımlanan video açıqlamada hücumların “İsrailin həssas hərbi mövqelərinə” yönəldiyini və “İran müqavimətinə dəstək məqsədi daşıdığını” bildirib.

“İsrailin əməliyyatları bütün cəbhələrdə dayanana qədər davam edəcək”

Sari bildirib ki, Yəmən silahlı qüvvələri Allahın dəstəyi ilə İsrailə qarşı ilk hərbi əməliyyatlarını həyata keçiriblər. Onun sözlərinə görə, bu əməliyyatlar İranın səylərini və Livan, İraq və Fələstindəki “müqaviməti” dəstəkləyir. O əlavə edib ki, elan olunan bütün hədəflər reallaşana və İsrailin əməliyyatları bütün cəbhələrdə dayanana qədər proses davam edəcək.

Husilərin hücumlarını Səudiyyə Ərəbistanına və ya Qırmızı dənizdəki gəmi trafikini hədəf alacaq şəkildə genişləndirib-genişləndirməyəcəyi hələlik məlum deyil. Lakin belə bir addım bölgədə bir aydır davam edən gərginliyin kəskin şəkildə artması demək olacaq. Yəmən hökuməti isə xəbərdarlıq edib ki, bu hücumlar ölkədə onsuz da ağır olan humanitar vəziyyəti daha da pisləşdirə və ərzaqla enerji qiymətlərini artıraraq ciddi nəticələrə səbəb ola bilər.

Husilər Yəməndə şiə müsəlman azlığı olan zeydiləri təmsil edən qrupdur. 1990-cı illərdə silahlı hərəkat kimi yaranan husilər 20 ildən çox müddətdə Yəmənin mərkəzi hakimiyyətinə qarşı üsyanlar qaldırıb. 2011-ci ildə Ərəb baharından sonra şimal bölgələrini ələ keçirən qrup qısa müddətdə paytaxt Səna və Qırmızı dəniz sahillərindəki strateji ərazilərə nəzarəti ələ alıb. Onlar İranın “müqavimət oxu”nda yer alır və bu müddətdə İrandan silah və raket texnologiyası əldə ediblər.

2023-cü ilin oktyabrında İsrailin Qəzzada HAMAS-a qarşı əməliyyatlara başlamasından sonra husilər İsraili hədəf alan hücumlara başlayıb və Qırmızı dənizdə gəmi hərəkətinə müdaxilə ediblər. İsrail isə buna cavab olaraq husilərin infrastrukturlarına hava zərbələri endirib və bəzi yüksək vəzifəli şəxslərini zərərsizləşdirib.

Niyə indi müharibəyə qoşuldular?

Analitiklərin fikrincə, ilk hücumlar məhdud xarakter daşıyır və İranı dəstəkləməyə yönəlmiş simvolik addım kimi qiymətləndirilə bilər. Husilərin siyasi büro üzvü Nəsruddin Əmir bildirib ki, İsrail artıq onlarla müharibə vəziyyətindədir və davamlı hücumlar həyata keçirir.

Husilərin lideri Əbdülməlik əl-Husi isə cavabın qətiyyətli olduğunu vurğulayıb və İranın Yəmənə dəstək verdiyini qeyd edib. O, həmçinin Səudiyyə Ərəbistanının əvvəlki hərbi əməliyyatlarına görə kompensasiya tələb edib.

Yəmənli analitik Məhəmməd Başa hesab edir ki, husilərin bu addımı ABŞ və ya Səudiyyə Ərəbistanı ilə genişmiqyaslı müharibəyə girmədən hərbi fəaliyyətlərini yenidən aktivləşdirməyə imkan yaradır. Onun sözlərinə görə, husilərin əsas prioriteti hələ də Fələstin məsələsidir.

“Prosesin taleyini dəyişə bilər, dayandırılması çətindir”

Ehtiyatda olan kəşfiyyat polkovniki Coşkun Başbuğ bildirib ki, husilər müstəqil hərəkət edən strukturdur və İsrailə qarşı ən aktiv mövqe göstərən qüvvələrdən biridir. Onun sözlərinə görə, bu hücumlar simvolik deyil və münaqişənin gedişinə təsir edə bilər.

Başbuğ qeyd edib ki, husilər bölgəni yaxşı tanıyır və onları dayandırmaq çətindir. O əlavə edib ki, Qırmızı dəniz dünya üçün strateji əhəmiyyət daşıyır və husilərin bu bölgədəki fəaliyyəti qlobal təsirlər yarada bilər.

İsrailin reaksiyası: “Yeni cəbhə açılıb”

İsrail ordusu çoxcəhətli müharibəyə hazır olduqlarını açıqlayıb. Rəsmi nümayəndə bildirib ki, İsrail hər cəbhədə özünü müdafiə etməyə hazırdır. Ekspertlər hesab edir ki, İsrail Yəməni də yeni hərbi cəbhə kimi qiymətləndirə bilər.

Husilərin qərar mexanizmi

Bəzi ekspertlər hesab edir ki, husilər İran tərəfindən dəstəklənsə də, tam olaraq Tehranın nəzarətində deyil və öz siyasi qərarlarını müəyyən qədər müstəqil şəkildə verirlər.

İran üçün bu vəziyyət avantajdırmı?

Analitiklərə görə, hələlik yox. Husilərin İsrailə zərər vermə qabiliyyəti məhduddur. Lakin hücumların Səudiyyə Ərəbistanı və BƏƏ-yə yönəlməsi vəziyyəti ciddi şəkildə dəyişə bilər.

Qırmızı dəniz və Babül-Məndəb boğazı risk altındadır

Husilər Qırmızı dəniz sahillərinin böyük hissəsinə nəzarət edir və burada yerləşən strateji Babül-Məndəb boğazı dünya ticarəti üçün həyati əhəmiyyət daşıyır. Bu boğazın bağlanması qlobal ticarətə ciddi zərbə vura bilər.

Qlobal iqtisadiyyata təsirləri

Ekspertlər bildirir ki, Qırmızı dənizdə problemlərin artması qlobal logistika xərclərini yüksəldə bilər. Alternativ marşrutlar daha uzun və bahalıdır və bu da dünya iqtisadiyyatına əlavə yük yaradır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://lent.az
archiveBu xəbər 31 Mart 2026 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri