Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

“Müharibələr heç bir səbəb olmadan hər şeyi məhv edir”

“Müharibələr heç bir səbəb olmadan hər şeyi məhv edir”

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Qızıl top” qazanmasına baxmayaraq, 40 yaşda hələ də futboldan zövq alan və özünü sübut etməyə çalışan təkcə Kriştiano Ronaldo deyil.

"Football-plus.az" bildirir ki, belə oyunçuların sırasına Luka Modriçi də aid etmək olar.
“Real”ın tarixində böyük iz buraxmasına və mümkün olan hər şeyi qazanmasına baxmayaraq, xorvatiyalı ulduz ötən ilin yayında, yəni 40 yaşında karyerasını bitirmədi. Əksinə, o, Avropanın digər nəhəngi “Milan”a yollanaraq karyerasında yeni səhifə açdı. Özü də Modriç hələ ki ümidləri artıqlamasıyla doğruldur.
Ünlü futbolçu bugünlərdə “Corriere dello Sport” nəşrinə müsahibə verib.
- Uşaq vaxtı “Milan”a azarkeşlik etməyin haqda deyilənlər doğrudu?
- Bəli. “Milan”a ilk növbədə öz uşaqlıq kumirimə - Zvonimir Bobana görə azarkeşlik edirdim. Onun kapitan sarğısını daşıdığı Xorvatiya yığması Fransada keçirilən DÇ-1998-də qələbəyə çox yaxınlaşmışdı.
- İndi isə özün “Milan”ın şərəfini qoruyursan...
- Həyat həmişə təəccübləndirməyi bacarır. Elə hadisələr baş verir ki, bunun həyata keçə biləcəyinə heç vaxt inanmırdın. Açığı, karyeramı “Real”da tamamlayacağıma əmin idim. Amma gördüyünüz kimi hər şey başqa cür alındı. Hərçənd “Real”da oynadığım illərdə də ayrılmaqdan söhbət düşərkən ağlımda yalnız bir məqam var idi. Madridi yalnız bir komandaya – “Milan”a görə tərk edə bilərdim. Mən bura qələbələr qazanmaq üçün gəlmişəm.
- Bu mövsüm skudettonu qazanmaq mümkündümü?
- “Milan”ın şərəfini qoruyursansa, hər oyuna mütləq qələbə üçün çıxmalısan. Bəli, bu il skudettonu qazanmaq mümkündü. Amma yolumuz uzundu. İndidən mövsümün sonunu düşünmək yersizdi. Futbolda yalnız oyundan-oyuna irəliləməyə çalışmalısan. İndidən bir neçə ay sonranı düşünməyə başladınsa, bu düşüncələrin içində itib-bata bilərsən...
- Karyeranın bu qədər uzunömürlü alınmasının sirri nədədi? 40 yaşda belə yüksək səviyyədə oynamağı necə bacarırsan?
- Bunun sirri sevgidədi. Futbola olan sevgini, futbol haqda düşüncələri, futbol üçün yaşamağı nəzərdə tuturam. Futbol və ailəm həyatda mənim üçün ən dəyərli şeylərdi. Əsas sirr futbol ehtirasıdı. Pəhriz və məşq kimi məqamlar ikinci dərəcəlidi. Uzun müddət yüksək səviyyədə və zirvədə qalmaq üçün ürək lazımdı. Uşaq vaxtı məşqlərdən necə zövq alırdımsa, indi də eyni zövqü alıram.
- Müasir futbolun ən ünlü simalarından birisən. Amma kənardan adi insan təsiri bağışlayırsan.
- Bəli, adiliyi, sadəliyi sevirəm. Adi ailə, adi həyat, adi şeylər... Özümü qeyri-adi insan saymıram. Həyatım boyunca bir saniyə də olsun, özümü kimdənsə üstün saymamışam. Futbolçu olmasaydım, ofisiant olmaq istəyərdim. Bu sahəni həm bəyənirdim, həm də az-çox bacarığım var idi. Otel biznesi üzrə təhsil almışam. Yadımdadı ki, ilk ilimizdə Zadar şəhərində yerləşən “Marina” otelində praktika keçirdik. Orda toy məclisləri üçün nəzərdə tutulan süfrələr açılırdı. Mən süfrəyə içkilər qoyurdum. Xorvatiya toylarında çox içki içilir. Xoşuma gəlməyən yeganə şey qabları yumaq idi.
- Xorvatiya əhalisinin sayı heç 4 milyona çatmır. Amma ölkə olaraq bir çox idman növlərində mükəmməl nəticələr əldə edirsiz. Xüsusilə də futbolda. İtaliya DÇ-2018 və DÇ-2022-də iştirak etmədiyi halda, Xorvatiya bu turnirləri, uyğun olaraq, gümüş və bürünc medallarla bitirdi. Bunun sirri nədədi?
- Mentallıqda. Dözmək və heç vaxt təslim olmamaq bacarığı da lazımdı. Bizə uşaq vaxtlarından aşılayırlar ki, nəyəsə nail olmaq üçün mübarizə aparmaq lazımdı. İstədiyinə nail olandan sonra isə onu əlində saxlamaq, qorumaq lazımdı. İstedad, təbii ki, vacibdi. Amma tək istedad yetərli deyil. Bəlkə də müharibədən keçməyimizin və o təcrübəni yaşamağımızın da bizim nəsil futbolçulara müsbət təsiri olub.
- Müharibələr indi də davam edir...
- Yuqoslaviyada başverənlər, sadəcə, axmaqlıq idi. Nə o müharibələri anlayırdım, nə də indiki müharibələri anlayıram. Həyat gözəldi. Müharibələr isə heç bir səbəb olmadan hər şeyi məhv edir.
- Səncə, indi ciddi böhranda olan İtaliya futbolunda məhz mentallıq çatışmır?
- Bəlkə də. Amma ümid edirəm ki, sizi yenidən mundialda görəcəm. Çünki mən həmin o əfsanəvi İtaliya futbolunu izləyərək böyümüşəm.
- Səni tez-tez Pirlo ilə müqayisə edirlər.
- Belə müqayisələri aparanlara minnətdaram. Bu, mənim üçün fəxrdi. Pirlo məndən 6 yaş böyükdü. Bizim üçün bu cığırı o açıb. Ancaq Bobanı saymasaq, mənim digər kumirim Françesko Totti idi. Ümumiyyətlə, o illərdə A seriyasında fantastik futbolçular çıxış edirdi. Həmişə onları izləyərək öz-özümə “mən də belə oynamaq istəyirəm” deyə düşünürdüm.
- Alleqri ilə münasibətlərin necədi?
- Nə qədər ki, bu otaqdadı, onun haqda heç nə deyə bilmərəm (gülür). Zarafatı bir kənara qoysaq, Alleqri çox güclü şəxsiyyətdi. Bəzi yönləri ilə mənə Karlo Ançelottini xatırladır. Emosional, həssas və yumor hissi olan insandı. Zarafat etməyi xoşlayır. Ancaq iş meydana və məşqçiliyə çatanda əsl ustaddı. Futbolda bir çoxlarının bilmədiyi məqamlara diqqət yetirir. Bura gələnə qədər onu yaxından tanımırdım. Amma tanıyandan sonra şadam ki, onun kimi məşqçim var.
- Karlo Ançelotti haqda nələr deyərdin?
- Karlo bir nömrədi. Onu ifadə etmək üçün söz tapmaq çətindi. Təkcə məşqçilik bacarığına görə yox, həm də insani keyfiyyətlərinə görə. Biz Madriddə onunla tez-tez həm Milan şəhəri, həm də bu klub haqda danışırdıq. Çünki buralar onun üçün də xüsusi yerdi. Onunla ilk görüşümüzü gözəl xatırlayıram. Şəhərdə tək idim. Mənə zəng vuraraq evinə şam yeməyinə dəvət etdi. Həmin gün saatlarla futboldan, ailədən, həyatdan, yəni hər şeydən söhbət etdik. Adətən, məşqçilər futbolçulara güvənmir. Amma o, tam güvənir.
- Bəs Mourinyo?
- Həqiqətən də xüsusidi. Həm insan, həm də məşqçi kimi. Məni ilk dəfə “Real”da görmək istəyən məhz o idi. Mourinyo olmasaydı, bəlkə də heç vaxt o kluba gedib çıxmazdım. Təəssüf ki, onunla birlikdə cəmi bir mövsüm keçirə bildim.
- Bu sadaladığımız məşqçilərdən ən sərti və ən tələbkarı kimdi?
- Mourinyo. Mən onun hətta paltardəyişmə otağında Kriştiano Ronaldo kimi bir futbolçunu göz yaşı axıtmağa vadar etməsinin də şahidi olmuşam. Halbuki Ronaldo meydanda həmişə 100 faizini qoyur. Sadəcə, həmin gün o, bir epizodda öz cinahındakı müdafiəçinin arxasınca sona qədər qaçmamışdı. Mourinyo düşündüyünü birbaşa adamın üzünə deyir. Amma həmişə dürüstdü. Onun üçün, məsələn, Serxio Ramosla yeni gələn bir futbolçu arasında fərq yoxdu. Nəsə demək istəyirsə, bunu mütləq deyir. Alleqridə də bu özəllik var. Nəyin doğru, nəyin yanlış olduğunu futbolçunun üzünə deyir. Dürüstlük bu işin ayrılmaz hissəsidi.
- Messi, yoxsa Kriştiano Ronaldo?
- Bu sualı heç vaxt bəyənməmişəm. Hər ikisi iz buraxaraq böyük bir dönəmə damğa vurub. Kriştiano mənə daha yaxındı. Çünki birlikdə oynamışıq. “Real”da uzun illər komanda yoldaşım olub. Sizi əmin edirəm ki, o, tək futbolçu kimi dahi deyil. İnsani keyfiyyətləri də ən yüksək səviyyədədi. Çoxları bunu bilmir, amma onun geniş ürəyi var. Həmişə yardım əlini uzatmağa hazırdı. Həm də sadə insandı.
- Bəs Messi?
- Onu insan kimi tanımıram. Amma əminəm ki, o da ən yaxşı keyfiyyətlərə malikdi. Futbolçu kimi isə möhtəşəmdi.
- Hazırda “Milan”da məsləhətçi kimi çalışan İbrahimoviçlə münasibətlərin necədi?
- Yaxşıdı. Biz onunla həmişə öz dilimizdə - serb və xorvat dillərinin qarışığında danışırıq. Biz danışarkən ətrafdakılar heç nə başa düşmür.
- 2020-ci ildə İbra, demək olar, 40 yaşında ”Milan”a qayıtdı və skudettonu qazandı...
- Baxaq görək, biz də bunu təkrarlaya biləcəyikmi? Hazırda turnir cədvəlində mövqeyimiz yaxşıdı. Dediyim kimi yolumuz uzundu. Rəqiblərimiz ciddi və güclüdü. Amma futbolda hər şey mümkündü. Heç vaxt “heç vaxt” demə. Bir qədər də inkişaf etmək üçün hələ potensialımız var. Məşqçimiz işinin öhdəsindən əla gəlir. “Milan” qarşısına ən yüksək hədəflər qoymalıdı. Mənim üçün burda olmaq sanki böyük bir dairəni başa çatdırmaq, tamamlamaq kimi bir şeydi. Amma indi hər gün üzərimdə işləmək zamanıdı. Futbolda da həyatdakı kimi uzaq gələcəyi düşünməyə ehtiyac yoxdu. Bir oyun başa çatdısa, qarşıdan növbəti oyun gələcək...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:316
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 Yanvar 2026 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see672

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see442

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see406

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see288

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see282

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see279

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see253

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see250

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see237

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see229

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see222

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see222

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see216

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see216

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see201

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see200

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see198

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see193

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see193

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri