Icma.az
close
up
RU
Müharibələrin mühasirəsində... Bahəddin Həzi yazır

Müharibələrin mühasirəsində... Bahəddin Həzi yazır

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Bahəddin HƏZİ

Argentinalı dünya yazıçısı Xorxe Luis Borxes kimi mahir söz ustası belə yazdıqları ilə deyil, oxuduqları ilə qürur duyurdu. O deyirdi: "Bəziləri yazdıqları kitablarla öyünür, mən isə oxuduqlarımla".

Əslində onun yazdıqları da oxuduqları kimi öyünüləcək şedevrlərdir. Öz yaratdıqları da, başqalarının yaradıqları da qürur qaynağıdır.

Ancaq çox qəribə dövrdə yaşayırıq: ətrafımızda müharibələr tam sürətlə "böyüyür". Dünənki "lokal körpə" toqquşmalar bu gün "regional dəliQANLI" cavandır, üzü "dağıdıcı qlobal ahıllığa" - ümumbəşəri ağılsızlığa tərəfdir. Dünya müharibəsi təhlükəsini "qapıdan qovursan, pəncərədən soxulur".

Biz də odlu bir halənin içində sülh adası kimi qalmışıq. Şimaldan və cənubdan müharibələrin "mühasirə"sinə düşmüşük. Dövlətlər bir-birinin başına dağıdıcı raketlər, partlayıcı maddə yüklü dronlar, çoxtonluq bombalar yağdırır.

...Yazdıqları ilə dünyanı qürurlandıran Borxes özü, bəli, oxuduqları ilə qürurlanırdı. Bir də qlobal səhnənin "aktyorları"na - geosiyasi aktorlara baxın: qurub yaratdıqları ilə deyil, vurub dağıtdıqları ilə fəxr edirlər. Qonşu ölkə nüvə dövləti olana qədər dövlətçiliyinin nüvəsi az qala dağılıb gedirdi. Özü ekzistensial təhlükə mənbəyi olanlar eyni təhlükə ilə üzləşiblər. Ən pisi odur ki, bəzi rejimlər başqalarından daha çox öz xalqı üçün təhlükədir artıq.

Daha çox ev yıxmaqla, daha çox adam öldürməklə, daha çox şəhər dağıtmaqla qürur duyan "lider"lər cavan oğulların qanı və dərdli anaların göz yaşı ilə meydan sulayır.

Bax, belə bir Dünyada yaşayırıq. Beləcə, bu "meydan"ın tən ortasında dayanıb, başına yağacaq fəlakətlərin yolunu gözləyir hər kəs.

Gör, dünyanın və zamanın harasıdır ki, biz azzamanlı atəşkəslərə sevinirik, döyüşlərarası qısa fasilələrlə ovunuruq. Yaxın Şərqdə "realiti cəhənnəm" kiçik pauza verəcəkmiş! Nə böyük bəxtəvərlik!

Qısa, ya uzun - fərqi yoxdur, atəşkəs müharibəsizlik deyil, bir az ara verməkdir, nəfəs dərib, sonra təzədən qaldığın yerdən ölüb-öldürməyə davam etməkdir.

Atəşkəs - ölən sülhün xatirəsini "bir dəqiqəlik sükutla" yad eləməkdir. Atəşkəs ardı-arası kəsilməyən ölümcül oyunların əliqanlı oyunçularına hərdən sayğı duruşuna keçməkdir.

Atəşkəs özlüyündə sanki yaxşı bir şeydir, amma və lakin...

Həqiqi və səmimi sülh əldə edə bilməyəcək adamların daha çox öldürmək üçün azca dayanıb nəfəslənməsidir atəşkəs. Axı bu dünyaya atəşkəs yox, atəşsizlik gərəkdir. İnsanlığa fasiləli savaş yox, fasiləsiz barış lazımdır. Nüvə alimləri atomu ilk dəfə parçalayanda, görəsən, Planetdə həyatın nüvəsini parçalayıb dağıdacaq gücün əsasını qoyduqlarını bilirdilərmi?!

...Yer üzündə yüksək sivilizasiya qurduğumuzla qürur duyuruq, amma bəşəriyyət olaraq o sivilizasiyanın da axırına özümüz çıxırıq. Bunun da günahkarları dünyada söz yiyəsi olanlardır. Daha əvvəl yazmışdım: "Dünyada söz yiyəsi olanlar - sözünün yiyəsi deyillər".

Bax, bizim başımızı zaman-zaman atəşkəslə aldadıb, özləri atəşlə oynayırlar. Arabir döyüşü dayandırıb, ardınca daha çox döyüşürlər. Dünyada həyatın qiymətini qaldırıb, ölümü ucuzlaşdırır bu Dünya liderləri. Ona görə də məni qınamayın, belə atəşkəslərdən heç gözüm su içmir. Hətta el arasında deyildiyi kimi, gözümün içi ağrıyır. Bir sözlə, təcavüzkar, dağıdıcı müharibələrdə "nahar fasiləsi" rolunu oynayan atəşkəsdən lap zəhləm gedir...

Hə, Otto fon Bismarkın: "Siyasət - mümkün olanı əldə etmək sənətidir" kəlamını əldə bayraq edib üstümə gələrsiniz, atəşkəsə də şükür deyərsiniz. Əslində mən artıq heç bu fikirlə də razı deyiləm. Siyasətə axı biz nə vaxtacan mümkün olanı əldə etmək sənəti kimi baxacağıq?!

Bəs nə zaman siyasət, sadəcə, mümkün olanı deyil, düzgün olanı əldə etmək sənətinə çevriləcək?!

Dünya idarəçiliyinin əsasında hətta heç siyasət də deyil, cinayət dayananda səhnəyə muzdlu qatillər çıxır. Bu günlərdə qaladıqları qəddar ocağın işığı düşdü, daha aydın göründü o qatillər.

Budurmu, yeganə mümkün olan?! Müharibə?! Nə zamana qədər siyasət başımıza od yağdırıb, gözümüzə kül üfürəcək?! Haçanacan canımıza od vurub, öz ətimizdən özümüzə kabab çəkəcəklər?! Axı bu, belə hara qədər?!

Bəlkə əsl sual budur?!

Avropa, Turgenyevin dediyi kimi, Hamlet və Don Kixot obrazları arasında istədiyi qədər "var-gəl" etsin. Ancaq "olum, ya ölüm" Qərbdə (elə Şərqdə də) yeganə sual deyil: Dünya siyasəti "ölüm, ya öldürüm" dilemmasına dirənib.

Böyük siyasət budursa, bəs onda kiçiyi hansıdır?! Ətrafa geniş pəncərədən baxanda görürsən ki, heç bu Dünya siyasətlə də idarə olunmurmuş! Bilirsiniz, Dünya idarəçiliyinin əsasında bəlağət dayananda natiqlər, cəhalət dayananda qafillər, həqiqət dayananda aqillər, ədalət dayananda adillər, ticarət dayananda tacirlər səhnəyə çıxmışdı. Hələ bir yerdə ki idarəçiliyin xəmiri cinayətdən yoğrula, orda, əlbəttə, qatillər at səyridəcək. Üstəlik, bu xəmirin mayasına cəhalətin zalım zülməti və vəhşi ticarətin ifrat praqmatizmi qarışıbsa, betərin betəri gəlib özünü yetirir.

Həmişə deyirik ha: "Allah betərindən saxlasın". Yox, Allahın deyil, Allahsızın işidir bu. Dünya od içindədir. Yer kürəsi özü boyda alov topuna dönüb, sonun başlanğıcına doğru fırlanır. Öz oxundan "çıxıb", özgənin atdığı alovlu ox ətrafında fırlanır sanki. Bu gün ətrafımızı sarmış müharibələr bu sonluğa çatmamış dayanmasa, sonra dayandırmaq daha çətin olacaq. Bu müharibələrdə təkcə insanlar deyil, insanlıq ölür. Həm də hələ(lik) salamat qalmış insanların gözləri önündə ölür insanlıq.

Amerikanın 35-ci prezidenti Con Kennedi düz deyirmiş: "Ya bəşəriyyət müharibələrin axırına çıxacaq, ya da müharibələr bəşəriyyətin".

Yeri gəlmişkən, məndən soruşurlar: "Bunun axırı necə olacaq?"

Cavab: "Belə getsə, deyəsən, axırıdır..."

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://525.az
archiveBu xəbər 30 İyun 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri