Icma.az
close
up
RU
Müharibənin 36 cı günü: Hansı hədəflər vurulub?

Müharibənin 36 cı günü: Hansı hədəflər vurulub?

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müharibə 36-cı günündə yenidən şiddətlənir. ABŞ və İsrailin İranın cənub-qərbində yerləşən Xuzistan əyalətində neft-kimya şirkətlərinin toplandığı sənaye zonalarına endirdiyi zərbələr nəticəsində azı 5 nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, İranın rəsmi IRNA agentliyinin Xuzistan valiliyinə istinadən yaydığı məlumata görə, ABŞ və İsrail Mahşəhr və Bəndər-İmam şəhərlərində yerləşən neft-kimya obyektlərinin olduğu sənaye bölgələrinə hücum edib.
Məlumata əsasən, zərbələr nəticəsində Fecr, Rical, Əmir Kəbir və Əbu Əli neft-kimya müəssisələri hədəf alınıb.
Hücum zamanı Bəndər-İmam neft-kimya kompleksinin bəzi hissələrinə ciddi ziyan dəydiyi bildirilir. Yaralıların sayının ən azı 5 nəfər olduğu qeyd olunur.
Tasnim agentliyi isə hücumdan sonra yaranmış ziyanın miqyasının hələ dəqiq müəyyənləşdirilmədiyini yazıb. Hazırda bölgədə araşdırmaların davam etdiyi bildirilir.
İranda ABŞ və İsrail tərəfindən həyata keçirilən digər hücumun Buşehr Atom Elektrik Stansiyasının ərazisinə endirildiyi bildirilir. Hücum nəticəsində stansiyanın mühafizə xidmətinin bir əməkdaşı həlak olub.
Partlayışın təsiri və qəlpələrin düşməsi səbəbindən stansiyanın yardımçı binalarından birinə də ziyan dəydiyi qeyd edilir.
Buşehr Atom Elektrik Stansiyası 28 fevraldan bəri artıq dördüncü dəfə ABŞ-İsrail hücumlarının hədəfinə çevrilib.
Digər tərəfdən, müharibədə atəşkəs məsələsi yenidən gündəmə gəlsə də, nəticə mənfi olub.
İranlı yüksəkvəzifəli rəsmilərdən biri bildirib ki, ABŞ üçüncü ölkə vasitəsilə İrana 48 saatlıq müvəqqəti atəşkəs təklif edib.
Fars agentliyinə danışan mənbənin sözlərinə görə, Tehran bu təklifə yazılı cavab verməyib, əvəzində cəbhədə ağır hücumları davam etdirməklə reaksiya göstərib.
Mənbə qeyd edib ki, ABŞ-nin atəşkəsə nail olmaq üçün apardığı diplomatik təşəbbüslər, xüsusilə Küveytin Bubiyan adasında bu ölkəyə məxsus hərbi anbar sahəsinin hədəf alınmasından sonra daha da intensivləşib.
Xatırladaq ki, İsrail və ABŞ Tehranla Vaşinqton arasında danışıqlar davam etdiyi bir vaxtda, fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb.
İran isə buna cavab olaraq, İsraillə yanaşı, ABŞ bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn başda olmaqla regiondakı bəzi ölkələrdə müəyyən etdiyi hədəflərə zərbələr endirib.
ABŞ və İsrailin İrana hücumları nəticəsində İranın ali lideri Əli Xamenei də daxil olmaqla çox sayda yüksək vəzifəli şəxsin öldürüldüyü bildirilir.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:307
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 Aprel 2026 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri