Icma.az
close
up
RU
Müharibənin 10 cu günü: İRAN TƏŞVİŞDƏ

Müharibənin 10 cu günü: İRAN TƏŞVİŞDƏ

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

ABŞ, İsrail və İran müharibəsi 10-cu günə daxil olur.

Son bir həftə ərzində tərəflər arasında intensiv hücumlar həyata keçirilib. ABŞ və İsrail İranın bir çox şəhərlərini raket atəşinə tutur, ölkənin daxilində bir sıra hərbi-siyasi obyektləri və dövlət qurumlarını, o cümlədən xüsusi əhəmiyyət kəsb edəb enerji obyektlərini məhv ediblər.

İran isə öz növbəsində İsrailin şəhərlərinə və ABŞ-nin Körfəz bölgəsində hərbi bazalarına raket zərbələri endirir. Qərb və İsrail kütləvi informasiya vasitələrinin məlumatına görə, ABŞ və İsrail yaxın günlərdə İrana əvvəlkindən daha ağır və sarsıdıcı zərbələr endirəcək.

İsrailin Baş naziri Benyamin Netanyahu yerli mediayaya açıqlamasında ölkəsinin İrana qarşı müharibəni davam etdirəcəyini bildirib, ən maraqlısı isə o, Tehrana qarşı “sürprizlərlə dolu bir plan” hazırladıqlarını deyib.

Baş nazir İsrail ordusunun İrana qarşı əməliyyatları “tam gücü ilə” davam etdirdiyini söyləyib. Netanyahu qeyd edib ki,  İsrail regionda strateji vəziyyəti dəyişmək üçün riskli qərarlar qəbul edib.

Ekspertlər hesab edirlər ki, yaxın zamanda İranı daha ağır təlatümlər gözləyir. Onlar İranın bir ay və ya bir ay yarım ərzində çökəcəyini istisna etmirlər. 

Məsələ ilə bağlı politoloq Xəqani Cəfərli “Cebheinfo.az”-a şərhində bildirib ki, İrana qarşı hücumlar daha da şiddətlənərsə, Tehranın tez bir zamanda çökməsi mümkün görünür:

“İranın hava hücumundan müdafiə qabliyyətinin məhv edilməsi bütün təsisatları və infrastrukturu asan hədəfə çevirir. İsrailin ABŞ-dən 12 min raket alması da bu növbəti mərhələnin vəzifələrini həyata keçirmək üçündür.

Qənaətimcə İsrail həmin raketlərlə İranın dövlət təsisatlarını və infrastrukturunu dağıdacaq. Dövlət təsisatlarının dağılması mərkəzdənqaçma prosesini tətikləməklə yanaşı, rejimə qarşı çıxışları da gücləndirəcək.

Bütün bunlar İranın ərazi bütüövlüyünü qoruya bilməyəcəyini də söyləməyə imkan verir. Unutmaq olmaz ki, əməliyyatların başlamasının 10-cu günü hələ yeni başlayıb. Ancaq İran artıq böyük itkilərə məruz qalıb.

Hərbi əməliyyatların bundan sonra ən azı 30-40 gün də davam edəcəyini nəzərə alanda, bir neçə həftədən sonra İranın hansı vəziyyətə düşəcəyini təsəvvür etmək çətin deyil”.

Yunis Abdullayev 
“Cebheinfo.az”

Açar sözlər: müharibə Xəqani Cəfərli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Mart 2026 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see466

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see307

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see305

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see297

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see243

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see240

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see227

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see227

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see222

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see219

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see215

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see213

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see209

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see208

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see206

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see198

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see193

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see190

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see188

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri