Icma.az
close
up
RU
Müharibənin 6 cı günü İsrail və İranda həlak olanların SAYI

Müharibənin 6 cı günü İsrail və İranda həlak olanların SAYI

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İyunun 13-də başlayan İran və İsrail arasındakı silahlı toqquşma nəticəsində hər iki tərəfdə insan tələfatı və genişmiqyaslı dağıntılar qeydə alınıb.

Modern.az xəbər verir ki, münaqişə altıncı gününə qədəm qoyarkən ölən və yaralananların sayı artmaqda davam edir.

Rəsmi Tehran bildirir ki, hücumların başladığı gündən bəri 224 nəfər həlak olub. Ölənlərin əksəriyyəti mülki şəxslərdir. İsrailin həyata keçirdiyi hava zərbələri nəticəsində İranın bir neçə yüksək rütbəli hərbi komandiri və aparıcı nüvə alimləri öldürülüb. Eyni zamanda, yaşayış binaları və mühüm infrastruktur obyektləri dağıdılıb.

Paytaxt Tehranda minlərlə insan evlərini tərk edib. Şəhərdə partlayış səsləri eşidildiyi, hava hücumundan müdafiə sistemlərinin aktivləşdirildiyi bildirilir.

İranın nüvə obyektləri də zərbələrə məruz qalıb. eynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi BBC-yə açıqlamasında bildirib ki, Natanz obyektinə ciddi ziyan dəyib və təqribən 15 min sentrifuqanın məhv edildiyi ehtimal olunur. Lakin Fordo nüvə mərkəzi əsasən salamat qalıb.

Həmçinin İranın “Nournews” agentliyi məlumat verir ki, ölkənin mərkəzində yerləşən Kaşan şəhərinə edilən hücum nəticəsində 3 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

İsrail rəsmiləri İranın raket hücumları nəticəsində 24 nəfərin öldüyünü, hamısının mülki şəxslər olduğunu açıqlayıb. Yaralıların ümumi sayı 647 nəfərdir. Onlardan 10 nəfəri ağır, 37 nəfəri orta, 600-dən çoxu isə yüngül xəsarət alıb.

İsrail ordusu bildirib ki, İran ümumilikdə 400-ə yaxın ballistik raket atıb. Bunlardan təqribən 35-i hava hücumundan müdafiə sistemlərini yararaq hədəflərə birbaşa düşüb.

Zərbələr nəticəsində 18,766 ziyanla dair müraciət daxil olub. Onların 15,861-i bina, 1,272-si isə avtomobilə dəymiş ziyanla bağlıdır. Həmçinin 2,725 nəfər təhlükəsizlik məqsədilə evakuasiya olunub.

Münaqişənin gedişində həm insan itkisi, həm də iqtisadi və infrastruktur zərərləri böyüməkdə davam edir. Tərəflər arasında hərbi əməliyyatlar hələ də dayandırılmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 İyun 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see794

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see546

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see328

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see306

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see300

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see300

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see285

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see273

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see271

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see262

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see256

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see249

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see244

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see239

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see214

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see214

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see202

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see197

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see194

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri