Icma.az
close
up
RU
Cenevrədə Azərbaycanın təşəbbüsü ilə dəyirmi masa təşkil olunub

Cenevrədə Azərbaycanın təşəbbüsü ilə dəyirmi masa təşkil olunub

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Berlin, 10 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının BMT-nin Cenevrə Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin təşəbbüsü ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Erkən sığınacaqlardan müasir ağıllı şəhərlərədək: yaşayış məntəqələrinin təkamülü” mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, BMT-nin Cenevrə Bölməsində (UNOG) baş tutan tədbir Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, UNOG, BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə tərəfdaşlıqda, Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının və Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunub.

Diplomatik nümayəndəliklərin, beynəlxalq təşkilatların və ekspert dairələrinin təmsilçilərinin qatıldığı tədbirdə bu il mayın 17-22-də Bakıda keçirilmiş Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) nəticələri və Forumun yekun sənədi olan “Bakı Fəaliyyətə Çağırışı”nın qlobal, milli və yerli səviyyələrdə həyata keçirilməsi yolları müzakirə edilib.

Tədbiri açan Azərbaycanın daimi nümayəndəsi, səfir Rövşən Sadıqbəyli WUF13-ün əhəmiyyətini vurğulayaraq, davamlı şəhər inkişafında insanyönümlü yanaşmanın, etibarlı institutların, şəffaf idarəetmənin və müasir texnologiyaların roluna diqqət çəkib. Səfir Azərbaycanda yaşayış məntəqələrinin inkişafının Azıx və Tağlar mağaralarından müasir ağıllı şəhər və kəndlərədək uzanan tarixi təkamülünü xatırladaraq bildirib ki, əsrlər boyu insanların təhlükəsiz yaşayış mühitinə, icmaya və mənsubiyyət hissinə olan ehtiyacı dəyişməz qalıb, yalnız bu ehtiyacların təmin olunması vasitələri inkişaf edib. O, müasir ağıllı şəhərlərin uğurunun təkcə texnoloji yeniliklərdən deyil, həm də etibarlı institutlardan, şəffaf idarəetmədən və dayanıqlı infrastrukturdan asılı olduğunu qeyd edib. Bu baxımdan Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən “Böyük Qayıdış” proqramına toxunaraq, Ağalı kəndində, eləcə də Füzuli, Ağdam, Zəngilan və Laçın şəhərlərində aparılan bərpa və yenidənqurma işlərini insanyönümlü və innovativ şəhərsalma yanaşmasının nümunələri kimi təqdim edib. O, həmçinin “ASAN xidmət” modelinin beynəlxalq təcrübə kimi əhəmiyyətindən danışıb.

Açılış mərasimində BMT-nin Cenevrə Kitabxanası və Arxivinin direktoru Şarlot Lindberq Varakaulle və Azərbaycan Xarici İşlər Nazirliyinin Çoxtərəfli iqtisadi məsələlər departamentinin direktoru, səfir Nərgiz Qurbanova da çıxış ediblər.

Səfir Nərgiz Qurbanova Azərbaycanın Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirdiyi genişmiqyaslı bərpa işlərini, humanitar minatəmizləmənin əhəmiyyətini və UN-Habitat ilə əməkdaşlığı diqqətə çatdırıb. Bu xüsusda Azərbaycanın minatəmizləməni milli 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi müəyyənləşdirdiyi qeyd olunub. Eyni zamanda, UN-Habitat ilə Şərqi Zəngəzurda inteqrasiya olunmuş yaşayış məntəqələrinin planlaşdırılması üzrə əməkdaşlıq, habelə WUF13 çərçivəsində təqdim edilmiş “Təhlükəsiz Qayıdış üçün Ağıllı və Davamlı Yaşayış Məntəqələri Paketi” barədə məlumat verilib. Çıxışda Azərbaycanın COP29 Sədrliyi dövründə irəli sürdüyü şəhər iqlim fəaliyyəti təşəbbüsləri, eləcə də BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) çərçivəsində regional şəhər əməkdaşlığının inkişafına verdiyi töhfələr də diqqətə çatdırılıb.

WUF13-ün nəticələrinə həsr olunmuş sessiyada Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Gülşən Rzayeva və UN-Habitat-ın Azərbaycandakı ölkə ofisinin rəhbəri Anna Soave onlayn iştirak ediblər. Müzakirələrdə qlobal mənzil böhranı, əlçatan mənzil təminatı, inklüziv şəhərsalma və “Bakı Fəaliyyətə Çağırışı”nın icrası istiqamətində beynəlxalq əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırılıb.

“Bakı Fəaliyyətə Çağırış” sənədinin qlobal, milli və yerli səviyyələrdə irəlilədilməsi üzrə növbəti sessiyada UNECE-nin nümayəndəsi Tea Aulavuo, Beynəlxalq Telekommunikasiya İttifaqının nümayəndəsi Kristina Bueti və BMT-nin Ətraf Mühit Proqramının nümayəndəsi Mijke Hertoghs çıxış edərək, davamlı şəhər inkişafında yerli idarəetmənin gücləndirilməsi, süni intellekt və rəqəmsal texnologiyaların məsuliyyətli tətbiqi, iqlim dayanıqlığı və ekoloji həllərin əhəmiyyətini vurğulayıblar.

Cenevrə Universitetinin Təhlükəsizlik üzrə Müşahidə Mərkəzinin direktor müavini Ventzeslav Sabevin moderatorluğu ilə keçirilən müzakirələr iştirakçıların, o cümlədən Özbəkistan və Türkiyənin diplomatik nümayəndələrinin iştirakı ilə interaktiv fikir mübadiləsi şəraitində davam edib.

Tədbir çərçivəsində Azərbaycanın qədim yaşayış məskənlərindən müasir ağıllı şəhər və kəndlərədək uzanan tarixi inkişaf yolunu əks etdirən fotosərgi nümayiş olunub. Sərgidə tarixdən əvvəlki Azıx və Tağlar mağaralarından və Qobustanın qədim qayaüstü sığınacaqlarından müasir ağıllı şəhər və kəndlərədək uzanan yol əks olunub. Ekspozisiya Azərbaycanın zəngin tarixi-mədəni irsi ilə müasir şəhərsalma yanaşmaları arasındakı əlaqəni, eləcə də işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən bərpa və yenidənqurma işlərini ön plana çıxarıb. Bununla yanaşı, sərgi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra doğma yurdlarına qayıdan insanların təhlükəsiz və dayanıqlı yaşayış mühiti ilə təmin olunmasının əhəmiyyətini vurğulayıb.

Fotosərgi ilə yanaşı, xüsusi quraşdırılmış ekranda Dünya Şəhərsalma Forumunun Bakıda keçirilmiş 13-cü sessiyasına (WUF13) həsr olunmuş tanıtım videosu nümayiş etdirilib. Sərgi noyabrın 13-dək BMT-nin Cenevrə Bölməsinin binasında ziyarətçilərə açıq olacaq.

Sərgidən sonra qonaqlara Azərbaycan milli şirniyyatları təqdim olunub.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Noyabr 2026 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see807

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see556

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see360

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see283

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see281

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see276

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see264

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see253

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see246

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see219

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see219

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see207

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see203

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see202

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see198

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see190

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see187

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see184

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see181

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri