Icma.az
close
up
RU
Müharibənin 7 ci günü: İnsanlar Tehranı tərk edir, Trampın qərarı GÖZLƏNİLİR

Müharibənin 7 ci günü: İnsanlar Tehranı tərk edir, Trampın qərarı GÖZLƏNİLİR

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran və İsrail arasında bir həftədir davam edən silahlı qarşıdurma regionda vəziyyəti daha da gərginləşdirib.

Modern.az-ın məlumatına görə, müharibənin 7-ci gününə qədəm qoyanda tərəflər qarşılıqlı hava hücumlarını davam etdirib.

İsrail ordusunun son bir həftədə İranın hərbi rəhbərliyini hədəfə alan hava və raket zərbələri nəticəsində İranın nüvə infrastrukturu ciddi ziyan görüb, yüzlərlə insan həlak olub. İran isə cavab olaraq İsrailə 400-ə yaxın raket atıb, onlardan təxminən 40-ı hava hücumundan müdafiə sistemlərini keçib. İsrailin məlumatına görə, mülki vətəndaşlar arasında ölənlərin sayı 24-ə çatıb.

Son hücumlarda İran raketləri İsrailin cənub bölgəsində yerləşən xəstəxananı vurub. Tel-Əviv və ətrafında raketlərdən müdafiə sistemlərinin işi görüntülənib, şəhərin mərkəzində partlayış səsləri eşidilib. Ramat Qan və Təl-Əvivin cənub məhəllələrində dağıntılar qeydə alınıb, yaralılar arasında uşaqlar da var. Birşebada yerləşən "Soroka" Tibb Mərkəzi zərər görüb.

Fövqəladə xidmətlərin məlumatına görə, hücumlarda 5 nəfər ağır yaralanıb, onlarla insan isə müxtəlif dərəcəli xəsarət alıb.

İran tərəfi isə bildirir ki, İsrail hücumları nəticəsində 224 nəfər ölüb, lakin bu rəqəm bir neçə gündür yenilənmir. ABŞ-da fəaliyyət göstərən HRANA hüquq müdafiə agentliyinin məlumatına görə, ölənlərin sayı 639 nəfərə, yaralıların sayı isə 1329 nəfərə çatıb.

İranın paytaxtı Tehranda vəziyyət gərgindir. Şəhərin ətrafında pilotsuz uçuş aparatları vurulub. Rəsmi mənbələrin məlumatına görə, ölkənin şimal-şərqində - Məşhəd şəhərində İsrailə işləyən 18 agent saxlanılıb. Paytaxtdan kənara çıxmağa çalışan əhalinin sayı artmaqdadır.

Beynəlxalq siyasi dairələrdə müharibənin daha da genişlənməsi qorxusu var. ABŞ prezidenti Donald Tramp mətbuata açıqlamasında: “Qoşulacağam, ya da qoşulmayacağam – bunu heç kim bilmir,” – deyib. Tramp eyni zamanda, İran rəsmilərinin Vaşinqtona danışıqlar üçün gəlmək istədiyini bildirib: “Görüşə bilərik, amma artıq bir az gecdir.” Tramp Vaşinqtonun müharibəyə qoşulub-qoşulmayacağı barədə hələ də konkret qərar verməyib.

ABŞ Senatındakı Demokratlar isə Tramp administrasiyasını diplomatiyaya üstünlük verməyə və müharibədə mümkün hərbi iştirakla bağlı Konqresdən icazə almağa çağırıb.

Rusiya prezidenti Vladimir Putin İsrail və ABŞ-ın İranın Ali Dini Liderini hədəfə ala biləcəyi barədə yayılan xəbərlərə münasibət bildirərək bu ehtimalı müzakirə etmək istəmədiyini bildirib: “Tərəflər regionda həm İranın dinc nüvə enerjisi hüququnu, həm də İsrailin təhlükəsizlik maraqlarını təmin edən diplomatik həll yolları axtarmalıdır.”

Elnur Əmirov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 İyun 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see253

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see161

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see159

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see145

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see141

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see139

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see133

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see130

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri