Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Müharibənin 7 ci günü: Suqovuşanla gələn ZƏFƏR

Müharibənin 7 ci günü: Suqovuşanla gələn ZƏFƏR

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

30 ilədək yol gözləyən yurd yerlərimizdən biri idi Suqovuşan. Bədnam ermənilər tərəfindən adı dəyişdirilib Madagiz qoyulan Suqovuşan. Bol günəşli, oksigenli, sulu, yaşıl düzlü-çəmənli, bərəkətli torpaqlı, coğrafi üstünlüklərə malik Suqovuşan. Bu yurdun yurddaşları da Azərbaycanın ayrı-ayrı bölgələrinə səpələnmişdilər. Cənnətməkan ata-baba ocaqlarına həsrət qalmışdılar. Torpaqlarının ətrini əsən küləklərdən alırdılar. Bu küləklər gətirirdimi o ətri?.. Xeyr, gətirmirdi. 30 ilədək zaman fasiləsindən sonra biz o küləklərə doğru getməli olduq. Getdik və gedişimiz, bu yurd yerimiz yazmağa başladığımız şanlı “Qarabağ” dastanının “Suqovuşan” adlı boyu oldu. İndi o boydan danışaq bir az...

Madagiz tarixi adına qovuşdu, Suqovuşan oldu

Oktyabrın 3-də ordumuzun Suqovuşanla bağlı qələbə xəbərini ölkəmizin Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevdən aldıq: “Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!” Dövlətimizin başçısı dərhal Madagizin tarixi adını bərpa etdi. Madagiz Suqovuşan adlandırıldı. Ali Baş Komandan 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovu Suqovuşanın işğaldan azad olunması münasibətilə təbrik etdi.

Onlarla Vətən oğullarının həyatlarını itirdikləri Suqovuşanda bu gün Azərbaycan bayrağı dalğalanır. Suqovuşanın işğaldan azad olması bir elin yurd haqqına qovuşması idisə, həm də canlarını Vətən torpaqları uğrunda qurban verən Azərbaycan övladlarının düşməndən alınan qisası idi.

Suqovuşan qovuşdurdu

Xalqımız üçün su aydınlıq anlamındadır. Qovuşmaq isə həsrətlərin vüsal anıdır. Suqovuşanın azad olunmasından bir qədər sonra yenə ölkə rəhbərinin daha 7 kəndimizin işğaldan azad olunması ilə bağlı paylaşımı sentyabrın 27-dən başlayıb genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutan Ermənistan silahlı qüvvələrinə Milli ordumuz tərəfindən layiqli cavab oldu. Füzuli rayonunun Qaraxanbəyli, Qarvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı və Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndlərindən, Murovdağın və Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəkliyin ardınca Suqovuşan bizi oktyabrın 3-də Talış yaşayış məntəqəsinə, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinə, oktyabrın 4-də isə Cəbrayıl şəhərinə və rayonun bir neçə kəndinə qovuşdurdu.

Azərbaycan tarixinin bir parçası-Suqovuşan

90-cı illərdə ermənilərin Azərbaycana qarşı başladığı işğalçılıq siyasətinin qurbanlarından biri də Suqovuşan olub. 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunsa da, 1994-cü ilin aprel ayında Manvel Qriqoryanın başçılığı altında Ermənistan ordusunun könüllülər dəstəsi yenidən bu kəndi işğal edib. Aprel döyüşləri zamanı Qarabağda formalaşdırılan beşinci müdafiə rayonu hərbi hissəsi Qarabağ döyüşlərində bir çox təxribatçı əməliyyatlarda iştirak edib və azad edilənədək işğalçı Ermənistan ordusunun Qarabağdakı ən yaxşı hərbi hissələrindən biri hesab olunurdu. 10-cu dağatıcı diviziyanın tərkibinə daxil idi. Ehtimal edilir ki, hərbi hissə Ağdərəyə yaxın ərazilərdən Madagiz yaşayış məntəqəsi hüdudlarınadək döyüş növbətçiliyinə cəlb olunurdu. Bura aprel döyüşlərində Azərbaycan ordusunun əsas hədəflərindən biri olub. Bundan başqa erməni ordusunun 6-cı müdafiə rayonu kimi qeyd etdiyi hərbi hissə də Suqovuşanda yerləşirdi.

Kənd ərazisindəki qədim abidələr onun zəngin tarixindən xəbər verir. Burada Suqovuşan su anbarı və su elektrik stansiyası var. Kənddə 2014-cü ildə balıqartırma zavodu tikilib. Aprel döyüşləri zamanı elektrik stansiyası və balıqartırma zavoduna ziyan dəysə də, onlar sonradan yenidən bərpa edilib.

Yeri gəlmişkən: qara kürü istehsalı

Yazı ilə bağlı araşdırma apararkən Svetlana Xaçaturyanın “Madagizi ziyarət etmək və balıqçılıq təsərrüfatının taleyi ilə maraqlanmamaq işgüzar səfərinizin missiyasını yerinə yetirməmək deməkdir” adlı məqaləsi ilə də rastlaşdım. Məqalədə qeyd olunur: “Artsax qara kürü ixrac edən bir ölkəyə çevriləcək. İldə 15-20 ton qara kürü, 1200-1500 ton balıq istehsal ediləcəkdir... Ancaq Aprel müharibəsi başladı, bunun fonunda ehtiraslar tədricən azaldı: xarici investorların vəsaitlərinin küləyə atıldığını, proqramın uğursuz olduğunu və kürü istehsal olunmayacağını artıq bir pıçıltı ilə danışırdılar. Biz bu yaxınlarda Madagiz balıqçılıq təsərrüfatının direktoru vəzifəsini icra edən Arena Ulubabyanla görüşdük. O, özünü təqdim edəndə dedi: əvvəlcə gəlin balıqları görək. İnzibati binanın yanında yerləşən balıqçılıq, ümumi bir dam altında çoxsaylı hovuz kompleksidir. Onun sözlərinə görə, ümumilikdə 306 hovuz var və hamısında balıq yaşayır. Ulubabyan bunların “Sibir nərəkəsi” və “Rus nərəsi” növlərinin balıqları olduğunu söylədi. Bunlar qara kürü üçün ən yaxşı balıq növləridir. Balığın Madagizə necə gətirildiyini və onların “səyahət” marşrutunun belə olduğunu izah etdi: mayalanmış yumurtalar əvvəlcə Almaniyadan və Rusiyadan Ermənistana - suları balıq yetişdirmək üçün yararlı olan Ararat bölgəsinə, oradan da Artsax və xüsusi olaraq – Madagizə gətirilir. Zavodun Artsaxın başqa bir qəsəbəsində deyil, nə üçün Madagizdə qurulduğunu soruşduqda, A. Ulubabyan cavab verdi ki, balıq yetişdirmək və qara kürü istehsalı üçün ən uyğun şərtlər məhz Madagizdədir. Kürünün keyfiyyətinə əsasən iki amil təsir edir: oksigenlə zəngin təmiz su və Tərtər çayının ən böyük qolunun suyuna tam uyğun gələn müvafiq temperatur. İl ərzində sabit temperaturu 6-8 dərəcə olan təmiz, oksigenlə zəngin sular keyfiyyətli kürü əldə etmək üçün faydalıdır… Madagiz balıqçılıq təsərrüfatının direktoru vəzifəsini icra edən şəxs də əsas investorların xaricdən gələn iş adamları olduğunu söylədi. Bu yaxınlarda Artsax məhsullarının dadına baxan və keyfiyyəti və ləzzətindən məmnun qalan qara kürü satışında dünyaca məşhur mütəxəssislər gəldi, nəticədə kürünün ixracı ilə bağlı razılaşmalar əldə edildi. Ulubabyanın sözlərinə görə, məhsulların ilk partiyası 2018-ci ilin sonunda istehsal olunacaq və müəssisə 2022-23-cü illərdə tam gücü ilə fəaliyyətə başlayacaq və dünya bazarlarında “Artsaxda istehsal olunur” etiketli qara kürü və balıq görünəcək”.

Və suya düşən xəyallar...

Xalqımızın belə bir gözəl deyimi var: “Qonşuya ümid edən şamsız qalar”. Hələ o da ola başqasının torpağında “qonşuluqdakına” ümid etmək. Bəs qonşunun torpağında qara kürü biznesi quran qonşularımız görəsən, bu Azərbaycan deyimini heç düşünməmişdilərmi? Təəssüf ki, düşünməyiblər. 2022-2023-cü ilə dünya bazarına çıxarmaq istədikləri qara kürünün istehsalına zəngin təbiəti ilə tam cavab verən Madagiz adlandırdıqları ərazimizdə 2020-ci ilin 3 oktyabrında Azərbaycan bayrağı yenidən dalğalandı və ərazi tarixi adına qovuşdu-Suqovuşana. Ağılsız ermənilərin xam xəyalları isə elə Suqovuşanın çox bəyənib, təqdir etdikləri sularına qovuşdu.

Bəli, qonşuya ümid edib, xarici ölkələrə yalvarıb-yaxarıb, investor tapıb onun torpağına yatırım yatıranda son aqibəti əvvəldən düşünməmək çox ağılsızlıqdır. Eynilə dilənçiliklə əldə etdikləri milyonlarla manat dəyərində olan silahları döyüş meydanında qoyub qaçdıqları kimi...

Suqovuşan Qarabağın açarıdır

Azərbaycanın “Brest” qalası hesab edilən Suqovuşanın işğaldan azad olunması ilə Murov, Kəlbəcər, Tərtər yolu tamamilə kəsilir və Ağdamın azadlığına yol açılırdı. Murov dağ silsiləsinin cənub yamacı ilə Sərsəng gölünə yol buradan keçir. Elə buna görə də öz taleyini Prezidentinə, Ali Baş Komandana ümid edən Azərbaycan xalqı əmin idi ki, arxasında olduğu dövlət rəhbərinin düşünülmüş və ardıcıl şəkildə həyata keçirdiyi tədbirlər nəticəsində, Milli Ordumuzun qəhrəman əsgər və zabitlərinin səyi ilə torpaqlarımız son qarışınadək işğaldan azad ediləcəkdi. Azərbaycan bayrağı bütün əzəli torpaqlarımızda dalğalanacaqdı. Suqovuşan 30 illik həsrətliləri Qarabağa qovuşduracaqdı. Saf, təmiz suları ilə torpaqlarımızdan erməni çirkabını yuyub aparacaqdı.

5 il əvvəl Azərbaycan “Qarabağ” dastanını yazdı. Bu qəhrəmanlıq dastanının fonunda onun bir boyu olan “Suqovuşan” gələcək nəsillərə ərmağan edə biləcəyimiz ən dəyərli vətənpərvərlik hissi, qürur yerimizdir. 5 il əvvəl hələ “Qarabağ” dastanına irəlidə neçə-neçə belə qəhrəmanlıq boylarının yazılacağından xəbərsiz idik. Lakin o boyların hər biri yazıldı, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bu Zəfərli yol isə Suqovuşandan başladı.

Mətanət Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Oktyabr 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri