“MÜHARİBƏNİN BİTMƏSİ PLANI İMZALANACAQ” Rusiya mediasından sensasiyalı iddia + VİDEO
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
Donald Tramp və Vladimir Putin Alyaskada “xüsusi hərbi əməliyyatın bitməsi planını” imzalayacaqlar.
“AzPolitika” xəbər verir ki, bu ifadə “Rossiya 1” dövlət telekanalında “Vesti Nedeli”nin (Rusiyada əsas xəbər proqramı) son buraxılışında işlədilib.
Verilişdə qarşıdan gələn Alyaska görüşünə son dərəcə müsbət qiymət verilir. Veriliş "Sülh üçün şans" başlığı ilə efirə verilib .
Orada qeyd olunur ki, “Avropanın danışıqlarda yeri olmayacaq”.
“Bu, Rusiya ilə ABŞ arasında söhbətdir və başqa səslər eşidilməyəcək”, - deyə proqramda təkcə Avropaya deyil, həm də Zelenskiyə eyham vurulur.
Teleaparıcı deyir: "Ankoricdən(Alyaska) Brüsselə qədər, necə baxsan, yeddi min kilometrdir. Lakin amerikalılarla biz bir-birimizi durbinlə görə bilirik".
Proqram ümumiyyətlə, olduqca pozitiv notlara köklənib. Orada ABŞ və Rusiya arasında “birlik və ortaq tarix nümunələri” də xatırlanır. Bütün bunlar Alyaska görüşü üçün tərəflər arasında hansısa razılaşmaların olduğunu güman etməyə əsaslar verir.
VİDEO linkdə: https://video.antikor.com.ua/vd/785199-1.mp4
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 11 Avqust 2025 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















