Müharibənin populyar siması aktivləşdi: Yeni Sərkisyan o ola bilər
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Ermənistanın keçmiş ombudsmanı, Tatoyan Fondunun rəhbəri Arman Tatoyan Rusiyaya səfər edib.
Globalinfo.az xəbər verir ki, o, Moskvada erməni diaporunun və kilsəsinin nümayəndələri ilə görüşüb.
Görüşdə əsas müzakirə mövzusu Ermənistanın sərhəd təhlükəsizliyi, erməni identikliyinin saxlanması və ölkənin müdafiəsi üçün beynəlxalq mexanizmlər olub.
Maraqlıdır ki, Tatoyanın Moskvaya səfəri zamanı onu erməni diasporunun nümayəndələri ilə görüşdürən katolikos II Qaregenin qardaşı arxiyepiskop Yezras Nersisyan olub. Keçmiş ombudsmanın daha kimlərlə bir araya gəldiyi açıqlanmayıb.
Qeyd edək ki, Arman Tatoyan keçmiş Prezident Serj Sərkisyanın hökumətində rusyönümlü komandada işləyib. O, II Qarabağ müharibəsindən sonra ölkədə ən populyar, etimad olunan simalardan sayılır. Rusiyanın Ermənistanın Baş naziri Nikol Paşinayana qarşı onu hazırladığı iddia edilir. Lakin Arman Tatoyan siyasətə qoşulacağına dair hər hansı açıqlama verməyib, lakin bunu istisna da etməyib.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 21 Noyabr 2024 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















