Icma.az
close
up
RU
Trampı devirmək planı aktivləşdi: Müharibənin qalibi kim olacaq?

Trampı devirmək planı aktivləşdi: Müharibənin qalibi kim olacaq?

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Trampın seçki kampaniyasını maliyyələşdirən və bütün proses boyunca yanında yer alan texnologiya nəhəngi, milyarder İlon Maskla arasında yaranan gərginlik artır. Hətta Maskın ölkədə yeni partiya quracağı, yaxud da hakim Respublikaçılar Partiyasının əsas rəqibi olan Demokratlara maddi dəstək verə biləcəyinə dair məlumatlar yayılır. Paralel olaraq, Ağ Evdə milyarderə görə ciddi narahatlığın olduğu deyilir və onun barəsində müxtəlif şayiələr dolaşır.

Eyni zamanda Kaliforniya ştatının rəhbərliyi və əhalisi arasında Vaşinqton hökumətinə qarşı narazılıq şiddətlənir. ABŞ-ın ən böyük və ən çox vergi ödəyən ştatlarından biri olan Kaliforniyada baş verənlər hökumət dairələrində narazılıqla qarşılanır. Məhz bu fonda Los Anceles şəhərində güclü etiraz aksiyalarının başladığı və hətta ordunun əraziyə göndərilməsi üçün tapşırıq verildiyi bildirilir.

Maskla Tramp arasında nə baş verir? Bütün bunlar Maskın əli ilə “dərin dövlət”in ABŞ prezidentini devirməsi üçün plan ola bilərmi? Kaliforniya ştatındakı gərginlik Tramp administrasiyası üçün nə ilə nəticələnəcək?

Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, Prezident Donald Trampla milyarder İlon Mask arasındakı fikir ayrılığının zirvəsi rəsmi şəkildə elan edilib:

“Mask Tramp administrasiyasındakı vəzifəsindən ayrıldı. Bu hadisə ABŞ-da gələcək liderlik uğrunda mübarizənin getdiyinə dair aydın işartılar verir. Ən böyük tabloda bu belə görünür: Donald Trampın qlobal iqtisadi və siyasi sistemi fərqli meyarlara tabe etdirmək cəhdləri dünyanın böyük biznes əməliyyatları həyata keçirən şirkətlərin maraqları ilə üst-üstə düşməyə bilər. Mask da buna etiraz edən nəhəng cihazın bir parçasıdır.

Ümumiyyətlə, siyasi baxımdan Tramp da, Mask da öz əhəmiyyətlərini və əvəzolunmazlıqlarını həddindən artıq şişirtməklə məşğuldurlar. Məncə, Tramp administrasiyasındakı ayrılıq ən çox elə Trampın siyasi karyerasında düyün nöqtələri yaradacaq. Yəni ABŞ-da qarşıdan gələn aralıq seçkilərdə Trampla Maskın ulduzu barışmasa, Mask əlindəki imkanları Trampa qarşı çevirəcək.

Hər halda, sosial şəbəkələri, texnoloji imkan və proqramları əlində tutan Mask Trampı çətin vəziyyətə sala bilər. Üstəlik, Trampın siyasi karyerası onun prezidentlik dövrü ilə məhdudlaşır. Texnologiya nəhəngi Maskın isə fəaliyyətləri dünya üçün cəlbedici görünür və qlobal siyasətdə heyrətamiz aparat formalaşdırır”.

Həmçinin oxuyun:

Nəhənglərin düşmənçiliyi başladı: Mask-Tramp savaşının pərdəarxası səbəbləri – SENSASİON


Aqşin Kərimov

Trampla Maskın ayrılığının səbəbinə gəlincə, ekspert deyir ki, burada dərin və əhatəli biznes maraqları, onlardan irəli gələn “güc olmaq” ambisiyalarına fokuslanmaq olar:

“Maskın “Böyük Gözəl Qanun” layihəsinə etirazı belə deməyə əsas verir ki, o, bu sənədin qəbulu nəticəsində özünə dəyə biləcək milyardlıq zərərlərə etiraz edir. Yəqin ki, bu qanun Trampın gələcək biznes maraqları üçün önəmli, Maska görə isə zərərlidir.

Maskla Tramp arasındakı problemlərin başqa bir ayağı isə Çinlə əlaqəlidir. Mask Çinyönümlü əhval-ruhiyyəni və siyasi xətti dəstəkləyir. Çünki Maskın Çində illərdir böyük biznes maraqları var. Onun “Tesla” şirkətinin Şanxaydakı qolu qlobal əməliyyatlarda mühüm rol oynayır. Bununla əlaqədar rəqəmləri açıq mənbələrdə görmək mümkündür. Deməli, Maskın sərvətinin böyüməsi getdikcə Çindəki aktivlərdən asılı vəziyyətə düşür. Çindən ayrılma Mask üçün iqtisadi və strateji baxımdan xeyli problemlər yarada bilər.

Üstəlik Tramp da biznesmendir və perspektiv maliyyə faydaları üçün sövdələşmə onun üçün ən vacib arxa kanaldır. Ehtimal vermək olar ki, Tramp Çinlə daha böyük imkanlar üçün biznes modeli axtarır. ABŞ ilə Çin arasında baş tutan danışıqlara bu aspektdən də yanaşmaq mümkündür. Mask üçün ən pisi isə Trampın gələcəkdə Çindəki biznes ambisiyalarını “Tesla”ya qarşı hab kimi inkişaf etdirmək ssenarisidir.

Prosesdən kimin qalib çıxacağı hələlik sual altındadır. Bu suallara texnoloji investor və rəhbərlərin Maskı, yoxsa Trampı dəstəkləməsi ilə cavab tapmaq mümkün olacaq. Tramp-Mask ittifaqının parçalanmasının Silikon Vadisində doğurduğu reaksiyalar özü də bu barədə çox şeyi deyə bilər”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 İyun 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see413

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see406

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see314

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see304

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see271

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see270

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see263

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see258

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see255

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see247

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see246

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see230

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see215

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see212

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see208

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see205

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see204

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see200

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see198

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri