Icma.az
close
up
RU
Müharibənin son mərhələsində tərəfləri sülhə hazırlamaq üçün gərginlik pik həddə çatdırılacaq

Müharibənin son mərhələsində tərəfləri sülhə hazırlamaq üçün gərginlik pik həddə çatdırılacaq

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Ukraynaya uzaqmənzilli raketlərlə Rusiyanın dərinliklərini vurmasına verilən icazə, müharibənin dinamikasında o qədər də ciddi olmayan dəyişikliklər edə biləcək. Əslində, verilən icazənin məqsədi də bu dəyişikliklərlə Trampın "əlini möhkəmləndirmək"dir”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Əli Həziquliyev danışıb. Politoloq qeyd edib ki, Trampın hakimiyyətə tam oturmasına 3 aydan da az bir vaxt qalır və bu müddətdən maksimum yararlanmaq lazımdır ki, səhnələşdiriləcək sülh "tamaşa"sının bütün detalları öz yerlərində otura bilsin.

Əli Həziquliyev

“Baxın, bu uzaqmənzilli raketlər hara atılacaq?! Daha çox o yerlərə atılacaq ki, orada bugünə qədər bir dəfə də olsun hava həyəcan siqnalı verilməyib. Rusiyadakı əhali bugünə qədər ölkədə gedən müharibənin həyəcanını yaşamayıb və onlar sabah sülhə, yaxud müvəqqəti atəşkəsə gedilən zaman sürpriz güzəştlərlə üzləşəcəkləri təqdirdə, Putin üçün ciddi problemlər yaratmayacaq. Yəni, uzaqmənzilli raketlərin Rusiya dərinliklərinə atılması bir tərəfdən Rusiya ictimaiyyətini gedilə biləcək güzəştlərə hazırlamaq üçün qorxutmaq məqsədi daşıyır ki, bu da Putinə sərf edir”-deyə politoloq bildirib.

Əli Həziquluyev hesab edir ki, ABŞ-da hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, bu dövlətin "dərin" idarəçiləri tərəfindən planlanan hadisələrin gedişində ciddi dəyişikliklər olmur: Prezidentlər və yaxud hakimiyyətdə olan partiyalar baş verəcək hadisələrin məsuliyyətini öz üzərinə götürür. Necə ki, münaqişənin başlaması məsuliyyəti birincidə demokratların və ikincidə konkret Bidenin üzərində qaldı.

Qəbul etsək ki, ABŞ dərin dövləti artıq bu müharibənin bitməsində maraqlıdır və bunun üçün də Trampı hakimiyyətə gətirib müharibəni bitirmək məsuliyyətini də onun üzərinə qoymaq istəyir. O zaman əminliklə söyləmək mümkündür ki, Trampın kresloda oturacağı 100 günlükdə verəcəyi hesabatın tərkibində Rusiya-Ukrayna münaqişəsinin həlli əsas yer tutacaq. Və buna görə də Trampın əlini gücləndirmək, müharibədə qarşı-qarşıya gələn hər iki tərəfi sülhə hazırlamaq üçün gərginlik pik həddə qaldırılacaq”.

Politoloqun fikrincə, Rusiyanın dərinliklərinə atılacaq raketlərin fonunda Rusiya nüvə silahından istifadənin astanasına gətiriləcək və bununla da Avropa dövlətlərinə basqılar artacaq ki, bu da bir növ özlüyündə bütün gözləri qarşı tərəfə çevirəcək. Politoloq hesab edir ki, gərginliyin artırılması sülhə xidmət edir və Tramp hakimiyyətinin ilk aylarında bu müharibə dondurulacaq.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 22 Noyabr 2024 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri