Icma.az
close
up
RU
Mühəndis: Bakıda kanalizasiya inqilabı baş verəcək

Mühəndis: Bakıda kanalizasiya inqilabı baş verəcək

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Sutəmizləyici qurğular ekoloji təhlükələri azaldacaq, amma layihə uzun sürə bilər



Bakı şəhəri və Abşeron rayonunda yeni kanalizasiya kollektorları və tullantı sular üçün sutəmizləyici qurğularının tikintisi layihələrinə başlanılıb. Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib. Layihə çərçivəsində diametri 2000-2500 mm olan mikrotunel tipli Dərnəgül-Bakıxanov-Qaraçuxur-Hövsan kanalizasiya kollektorunun tikintisi nəzərdə tutulur.  Layihənin məqsədi ümumi uzunluğu 10.4 km olan kollektorun tikintisinin başa çatdırılması ilə "Şəhərkənarı" kollektorunun yükünün azaldılmasıdır. Layihənin icrası tullantı sularının daşınması və intensiv yağışlar zamanı subasma hallarının qarşısının alınmasına imkan yaradacaq. Sabunçu və Suraxanı rayonlarının bir hissəsini, Bakıxanov qəsəbəsi ərazilərini əhatə edəcək. Tikinti işlərinin 2027-ci ildə tamamlanması nəzərdə tutulub. Bundan əlavə, cari ildə Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğunun tikintisinə başlanılıb. Ümumi uzunluğu 23 km olan gətirici kollektorun və məhsuldarlığı 100 min m³/gün olan qurğunun tikintisinin yekunlaşması ilə bir sıra qəsəbələrinin kanalizasiya təchizatı qurulacaq, eləcə də, bu, Bakı buxtasının və Xocəsən, Qırmızı, Qu və Lökbatan göllərinin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək. Layihə Səbail, Yeni Yasamal, Badamdar qəsəbəsi və Qanlı gölün ətrafı, Bayıl, Bibiheybət, 20-ci Sahə və Xocasən gölü ətrafı ərazilərini əhatə edəcək. Layihənin tikinti işlərinin 2028-ci ildə tamamlanması nəzərdə tutulur. Həyata keçirilən digər bir layihə isə Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun və tullantı sular üçün sutəmizləyici qurğunun tikintisi layihəsidir. Layihənin tikintisinə 2025-ci ildə başlanılıb və 2028-ci ildə tamamlanması nəzərdə tutulub. Ümumi uzunluğu 17 km olan gətirici kollektorun və məhsuldarlığı 75 min m³/gün olan qurğunun tikintisinin yekunlaşması ilə Xırdalan şəhəri, 28 may, Müşfiqabad, Hökməli və Aşağı Güzdək qəsəbələrində formalaşan tullantı sularının idarə edilməsinə və Ceyranbatan su anbarın ekoloji vəziyyətinin yaxşılaşmasına xidmət edəcək. Layihə Abşeron rayonu, Müşfiqabad, 28 May, Aşağı Güzdək, Hökməli qəsəbələri, Xırdalan ərazilərini əhatə edəcək. Digər layihə Sahil kollektorunun yenidən qurulması üçün layihə-smeta sənədlərinin hazırlanması və tikintisi layihəsidir. Layihənin tikintisinə 2025-ci ildə başlanılıb və 2028-ci ildə tamamlanması nəzərdə tutulub.  Tikintinin yekunlaşdırılması ilə layihə (D1600 mm-2000 mm mikrotunel L=9.4 km) Bakı şəhəri, mərkəzində formalaşan tullantı sularının idarə edilməsinə və Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək. Eyni zamanda, bu il Bakıda Zığ-Hövsan kanalizasiya kollektoru layihəsinin tikintisinə başlanılıb. Ümumi uzunluğu 28 km olan kollektorun və yeni nasos stansiyasının inşası ilə “Şəhərkənarı” kollektorun yenilənməsi və Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək. Layihə Bakının Xətai rayonunun bir hissəsi və Suraxanı rayonunun Zığ, Hövsan, Bahar, Dədəqorqud qəsəbələrinin ərazilərini əhatə edəcək. Tikinti işlərinin 2028-ci ildə tamamlanması nəzərdə tutulub.


Bakıda və Abşeronda yeni kanalizasiya kollektorları və tullantı sular üçün sutəmizləyici qurğularının tikintisi layihələrini şərh edən nəqliyyat məsələləri üzrə ekspert, mühəndis Rauf Ağamirzəyev Sherg.az-a açıqlamasında bildirdi ki, belə bir layihənin icrasına başlanılması sevindiricidir. Lakin diqqət edilməli bir sıra vacib amillər vardır: 

seeBaxış sayı:153
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Oktyabr 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri