Icma.az
close
up
RU
Qurban Qurbanovu zirvədən salan mühəndis...

Qurban Qurbanovu zirvədən salan mühəndis...

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Sabah” klubu ötən gecə Azərbaycan Premyer Liqasının 1-ci turundan təxirə salınmış matçda “Qarabağ”ı məğlub edərək turnir cədvəlində liderliyə yüksəldi. Lakin Masazır təmsilçisi qələbədən əlavə də matçın böyük hissəsini Ağdam klubundan üstün keçirdi. Litvalı məşqçi Valdas Dambrauskasın rəhbərliyi altında çıxış edən komanda Qurban Qurbanovun Çempionlar Liqasında tarix yazan komandasını təkcə nəticə ilə deyil, oyunla da üstələyə bildi. 
Bizim.Media “qafqazinfo.az”a istinadla “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasla bağlı maraqlı faktları təqdim edir:
V.Dambrauskas 1977-ci ildə Litvanın Pakruoyis şəhərində dünyaya göz açıb. Onun futbolçu karyerası isə sadəcə həvəskar səviyyədə olub.
Litva 3-cü liqasında meydana çıxan çalışdırıcı daha sonra universitetə daxil olur. Mühəndislik ixtisasına yiyələnir. Lakin onun ikinci dəfə futbola qayıtması isə “Milyonçu” şousundan başlayır. Litvada keçirilən “Sesi Nuliai – Milijonas” (“Altı sıfır – Bir milyon”) yarışmasına qatılır. Burada 4 min Litva litası (3 min manat) qazanır. Dambrauskas qazandığı pulla sevgilisi (indi həyat yoldaşı olan ) İnqrida Dambrauskiene ilə İngiltərəyə köçür və London Metropolitan Universitetinin idman elmləri və məşqçilik ixtisasına daxil olur. 

Bundan sonra isə o, müxtəlif işlərdə çalışmağa başlayır, həm də oxuyur. V.Dambrauskas həmin vaxt “Mançester Yunayted”in futbol akademiyasına iş üçün müraciət edir və gözlənilmədən qəbul olunur. İngilis dilini yaxşı bilməsə də, bilikləri ona yol açır. 
Daha sonra o, təcrübə üçün “Fulhem” və “Brentford” klublarına yollanır. Futbol biliklərini zənginləşdirdikdən sonra isə İngiltərə 9-cu liqasında mübarizə aparan “Kingsbury London Tigers” klubunun baş məşqçisi olur. Həmin vaxt həmçinin Litvanın U17, U-18, U-19 milli komandalarında çalışır. 
2011-ci ildə ölkəsinin ən adlı-sanlı klublarından olan “Ekranas”dan təklif alır və orada köməkçi məşqçi kimi işləməyə başlayır. 2014-cü ildə bu klubun baş məşqçisi olsa da, buradakı karyerası qısa çəkir. Daha sonra “Jalqiris”ə yollanır.

Daha sonra RFS, “Qoritsa”, “Ludoqorets”, “Hayduk” (Split), OFİ (Krete) kimi komandalarda çalışır. 2024-cü ildə Kiprin “Omoniya” klubu ilə Konfrans Liqasının Liqa mərhələsinə vəsiqə qazanır. Əsas mərhələdə “Legiya”ya 0:3 hesablı məğlubiyyətdən sonra isə komandanı tərk edir. “Sabah”dan öncəki sonuncu klubu isə Macarıstanın “Dioşdyör” komandası olur. 
13 oyundur ki, Misli Premyer Liqasında məğlubiyyət üzü görmür...
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 Dekabr 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see237

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see236

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see234

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see227

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see195

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see188

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see181

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see168

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see166

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see162

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see160

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see159

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see157

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see153

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see153

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see152

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see151

Zelenski müharibənin bitmə tarixini açıqladı: İlk dəfə etiraf etdi

05 Fevral 2026 00:53see148

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri