Icma.az
close
up
RU
Mühüm əhəmiyyət kəsb edən döyüşlər

Mühüm əhəmiyyət kəsb edən döyüşlər

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

​2020-ci il oktyabrın 17-si Azərbaycanın müasir hərb tarixinə və şanlı Zəfər salnaməsinə qızıl hərflərlə həkk olunmuşdur. Məhz bu tarixdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 27 illik işğala son qoyaraq Füzuli şəhərini erməni qəsbkarlarından azad etdi. Dövlət başçısının sərəncamı ilə 17 oktyabr tarixinin Füzuli Şəhəri Günü kimi təsis edilməsi, həm bu tarixi qalibiyyətin əbədiləşdirilməsi, həm də şəhərin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə göstərilən ali ehtiramın təcəssümüdür.

​Füzuli uğrunda gedən döyüşlər 44 günlük Vətən müharibəsinin həm hərbi-strateji, həm də mənəvi baxımdan ən həlledici və mühüm əhəmiyyət kəsb edən əməliyyatlarından biri olmuşdur. Bu əməliyyat öz miqyasına və mürəkkəbliyinə görə İkinci Qarabağ müharibəsinin ən ağır və şanlı döyüşlərindən sayılır.

​Düşmən 30 ilə yaxın müddətdə Füzuli istiqamətində bir neçə eşelonlu, dərin və mühəndis-istehkam baxımından son dərəcə möhkəmləndirilmiş müdafiə xətti — "Onyan xətti"ni qurmuşdu. Beton istehkamlar, minalanmış geniş ərazilər, mürəkkəb relies örtüyü və strateji yüksəkliklərdə yerləşdirilmiş atəş nöqtələri Füzulini keçilməz bir qalaya çevirməyi hədəfləyirdi. Lakin Azərbaycan Ordusunun hərbi qulluqçuları yüksək peşəkarlıq, fədakarlıq və misilsiz qəhrəmanlıq göstərərək düşmənin bu "keçilməz" hesab etdiyi müdafiə səddini darmadağın etdilər.

​Füzulinin azad edilməsi cəbhədə əsaslı dönüş noktası oldu. Şəhərin və ətrafındakı strateji yüksəkliklərin azad olunması Azərbaycan Silahlı Qüvvələrinə cəbhənin digər istiqamətlərində — Xocavənd, Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətlərində irəliləmək üçün geniş əməliyyat imkanları açdı. Ən mühüm nəticələrdən biri isə şanlı Şuşa əməliyyatının uğurla planlaşdırılması və icrası üçün strateji şəraitin təmin edilməsi idi. Füzuli döyüşlərində düşmənin böyük miqdarda canlı qüvvəsi və hərbi texnikası məhv edildi, bir çoxu isə hərbi qənimət olaraq götürüldü. Bu da Ermənistan ordusunun döyüş qabiliyyətini və müqavimət gücünü həm mənəvi, həm də fiziki baxımdan tamamilə sarsıtdı.

​Füzuli uğrunda gedən döyüşlərdə əsgər və zabitlərimiz dastanlara sığmayan şücaət göstərdilər. Hər bir küçə, hər bir yüksəklik uğrunda amansız döyüşlər gedərək tarixi ədalət bərpa olundu. Bu gün azad edilmiş Füzulinin sürətlə yenidən qurulması, modern altyapı layihələrinin həyata keçirilməsi və Böyük Qayıdışın uğurla davam etməsi məhz bu mühüm döyüşlərin və şəhidlərimizin qanı hesabına mümkün olmuşdur.

Vüsal Hüseynov

YAP Xocavənd rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:47
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Oktyabr 2026 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see342

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see287

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see274

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see258

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see257

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see242

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see232

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see220

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see207

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see196

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see196

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see194

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see193

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see191

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see186

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see181

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see172

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see169

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri