Icma.az
close
up
RU
Mühüm gəlişmə: Azərbaycanda dollar kəskin ucuzlaşır? 1,60 manat...

Mühüm gəlişmə: Azərbaycanda dollar kəskin ucuzlaşır? 1,60 manat...

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Neft qiymətlərinin artması fonunda Azərbaycan iqtisadiyyatında canlanma gözlənilir. Neft gəlirlərinin çoxalması ölkəyə daha çox valyuta daxil olmasına zəmin yaradır ki, bu da manatın möhkəmlənməsinə təsir edə bilər. Bu vəziyyət valyuta bazarında yeni gözləntilər yaradır və manatın məzənnəsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirir. Ötən gün bəzi banklarda dolların məzənnəsinin dəyişdiyi, manat qarşısında cüzi ucuzlaşdığı qeyd olunur.

Maraqlıdır ki, artıq bəzi ölkələrdə dollar ucuzlaşıb. Belə ki, Qazaxıstanda tenqe dollar qarşısında dəyər qazanıb.

İndiki şəraitdə manatın məzənnəsini azad buraxmaq mümkündürmü? Ümumiyyətlə, manatın bahalaşması nə qədər realdır?

Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli deyib ki, neft qiymətlərinin artması Azərbaycanda valyuta daxilolmalarını artırır, tədiyyə balansını yaxşılaşdırır və büdcəyə əlavə transfer imkanları yaradır:

“Nəzəri cəhətdən ölkəyə daxil olan vəsaitlərin artması fonunda proses uzunmüddətli və davamlı xarakter alsa, bu, manatın məzənnəsinə də müsbət təsir göstərə bilər. Lakin məlumdur ki, bizdə manatın məzənnəsi daha çox Mərkəzi Bank tərəfindən inzibati üsulla tənzimlənir”.

İqtisadçı qeyd edib ki, manatın sabit saxlanmasının əsas məqsədlərinə baxdıqda burada bir neçə mühüm amil ön plana çıxır:

“İlk növbədə, ölkənin iqtisadi strukturunda ixracın böyük hissəsinin neftdən asılı olması, qeyri-neft sektorunun hələ tam rəqabətqabiliyyətli olmaması, eləcə də idxalın yüksək paya malik olması və ümumi ticarət balansında idxaldan asılılığın qalması diqqət çəkir. Bu amillər öz növbəsində ciddi valyuta tələbi formalaşdırır. Mərkəzi Bankın statistikasının göstərdiyi kimi, dollarlaşma səviyyəsində ötən illə müqayisədə müəyyən azalma müşahidə olunsa da, əhali və biznes subyektləri arasında dollarlaşmaya meyl hələ də qalmaqdadır”.

E.Kərimlinin fikrincə, Qazaxıstan nümunəsi ilə müqayisədə də müəyyən fərqlər mövcuddur:

“Belə ki, Qazaxıstanda məzənnə daha çox dalğalıdır, inflyasiya Azərbaycandan yüksəkdir və kapital bazarları daha açıqdır. Bu şəraitdə tenqenin möhkəmlənməsi də əsasən xarici amillərdən, o cümlədən dünya neft qiymətlərinin dinamikasından asılı olur. Əlbəttə, neft qiymətlərinin uzunmüddətli yüksək səviyyədə qalması müəyyən məzənnə möhkəmlənməsi ehtimalını yarada bilər. Lakin manatın əhəmiyyətli dərəcədə bahalaşmasının nə qədər real olması sual doğurur. Qeyd etdiyim kimi, neftin bahalaşması manatı gücləndirə bilər, amma Mərkəzi Bank buna tam şəkildə imkan verməyəcək. Çünki manatın bahalaşması qeyri-neft ixracını zəiflədir, idxalı isə artırır və eyni zamanda “Hollandiya sindromu” riskini gücləndirir”.

Eyyub Kərimli

E.Kərimli bildirib ki, neft qiymətləri uzun müddət yüksək səviyyədə qalsa, daha real ssenari kimi yumşaq məzənnə siyasətinə keçid mümkün görünür:

“Bu isə o deməkdir ki, məzənnə ilə bağlı bəzi parametrlər genişləndirilə bilər. Məsələn, dollar üzrə müəyyən edilmiş faiz və ya hədd intervalının artırılması mümkündür. Hazırda mövcud olan məhdudiyyətlərin daha geniş diapazona keçirilməsi mümkündür. Şərti olaraq desək, dolların minimum və maksimum satış hədləri, məsələn, 1.60-1.80 manat intervalında tənzimlənə bilər. Belə bir yumşalma məzənnənin daha çevik olmasına, iqtisadi reallıqları daha dolğun əks etdirməsinə şərait yaradar. Əgər neft qiymətləri uzun müddət yüksək səviyyədə qalsa, bu cür simvolik dəyişikliklər üçün uyğun zaman yaranar və bu, iqtisadiyyatda müəyyən balanslaşmaya da töhfə verər”.

İqtisadçı əlavə edib ki, hazırkı şəraitdə manatın tam sərbəst buraxılması real görünmür:

“Neftin bahalaşmasına baxmayaraq, manatın ciddi şəkildə möhkəmlənməsi ehtimalı məhduddur. Ən real ssenari isə hələlik idarə olunan sabit məzənnə siyasətinin davam etdirilməsi, paralel olaraq valyuta ehtiyatlarının artması və məzənnə ilə bağlı parametrlərin tədricən, ehtiyatlı şəkildə yumşaldılmasıdır”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Aprel 2026 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri