Icma.az
close
up
RU
Mühüm gəlişmə: Azərbaycanda dollar bahalaşacaq?

Mühüm gəlişmə: Azərbaycanda dollar bahalaşacaq?

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Son vaxtlar dünya neft bazarında müşahidə olunan qiymət dalğalanmaları Azərbaycanda narahatlıqla qarşılanır. Bu narahatlığın əsas səbəbi isə devalvasiya ehtimalıdır. Belə ki, ölkədə baş verən son devalvasiya məhz neft qiymətlərinin kəskin ucuzlaşması ilə əlaqəli olub. Xüsusilə 2014-cü ilin dekabrında və 2015-ci ilin fevralında dünya neft bazarında qiymətlər sürətlə aşağı düşmüş, bu da ölkə iqtisadiyyatında ciddi təsirlərə yol açmışdı. Digər tərəfdən, maraqlıdır ki, 2020-ci ilin mart ayından etibarən beynəlxalq neft bazarlarında qiymətlər ucuzlaşsa da, Azərbaycanda devalvasiya baş vermədi. Bu vəziyyətlə bağlı qeyd edilirdi ki, həmin dövrdə hökumət pandemiyanın yaratdığı ağır sosial-iqtisadi şəraiti nəzərə alaraq, onsuz da çətin durumda olan vətəndaşların rifahına zərbə vurmamaq üçün bu addımı atmayıb.

Hazırda vəziyyət necədir? Neftin qiymətinin vaxtaşırı enib-qalxması, hasilatın getdikcə azalması ölkə iqtisadiyyatına, valyuta bazarına nə vəd edir?

Globalinfo.az-a danışan iqtisadçı ekspert Elçin Məmmədov xatırladıb ki, sonuncu devalvasiyada milli valyutamız ABŞ dollarına qarşı iki dəfədən çox ucuzlaşıb:

“Növbəti devalvasiya riskinin nə dərəcədə real olmasını qiymətləndirmək üçün Azərbaycan manatının xarici valyutalara, xüsusilə də ABŞ dollarına nisbətdə məzənnəsinin dinamikasına təsir edən faktorlara nəzər yetirmək lazımdır. Həmin faktorların qısa və ortamüddətli perspektivdə hansı istiqamətdə dəyişəcəyinə dair fərziyyə və ssenarilər formalaşdırmaq olar. Xarici valyuta ölkəmizə əsasən ixrac əməliyyatları nəticəsində daxil olur və valyuta ehtiyatlarını artırır. Xam neft və qazın ixracatımızda payı kifayət qədər yüksəkdir. Məlum məsələdir ki, bu enerji daşıyıcılarının hasilatının həcmi və onların dünya bazarlarında qiyməti ixrac əməliyyatlarının həcminə bilavasitə təsir edir. Neft hasilatında son 15 ildə azalma qeydə alınsa da, bu, tədricən baş verib. Yaxın zamanlarda hasilatın kəskin enməsi gözlənilmir”.

Ekspert bildirib ki, 2014-cü ilin ikinci yarısında neft qiymətlərinin təqribən 50 faiz enməsi ölkənin valyuta ehtiyatları üçün ciddi risk yaradıb:

“Bu şəraitdə Mərkəzi Bank manatın ABŞ dollarına qarşı sabit məzənnəsini artıq əvvəlki səviyyədə saxlaya bilmədiyi üçün 2015-ci ilin əvvəlində və sonunda manatı devalvasiya etməyə məcbur qaldı. 2016-cı ildə ümumiyyətlə manatın məzənnəsinin sabit saxlanılması siyasətini dəyişdi və üzən məzənnə rejiminə keçdi. O vaxtdan bəri manatın ABŞ dollarına qarşı bazar məzənnəsi bir ABŞ dolları üçün 1,70 ətrafında dəyişir. Əgər neftin dünya bazarında qiyməti 2014-cü ildə olduğu kimi əhəmiyyətli dərəcədə ucuzlaşmasa və Azərbaycana xaricdən gətirilən mal və xidmətlərin həcmində ciddi artım olmasa, milli valyutanın ABŞ dollarına qarşı məzənnəsinin yaxın zamanlarda mövcud səviyyədə qalması ehtimalı yüksəkdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://news24.az
archiveBu xəbər 07 Aprel 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see294

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see285

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see277

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see259

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see243

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see236

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see189

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see175

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see171

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see165

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri