Icma.az
close
up
RU
Mükəmməl qaynadılmış yumurtanın sirri: Peşəkarlar onu necə soyudur?

Mükəmməl qaynadılmış yumurtanın sirri: Peşəkarlar onu necə soyudur?

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Çox vaxt yumurtanı qaynatdıqdan sonra sadəcə kənara qoyub soyumasını gözləyirik. Lakin mütəxəssislər bildirirlər ki, bu, yumurtanın həddindən artıq bişməsinə, sarısının ətrafında yaşılımtıl təbəqənin yaranmasına və qabığının çətin soyulmasına səbəb olur.
Milli.Az ideal nəticə üçün riayət etməli olduğunuz qaydaları təqdim edir:

Peşəkar mətbəxlərdə ən çox istifadə edilən üsul yumurtaları qaynar sudan çıxaran kimi dərhal buzlu su ilə dolu qaba qoymaqdır. Bu "termik şok" bişmə prosesini anında dayandırır. Bu üsul sayəsində yumurta sarısı parlaq sarı rəngdə qalır.

Yumurta daxildən büzülür və qabıqla ağının arasında boşluq yaranır, nəticədə qabıq çox rahat soyulur.

Yumurtaları buzlu suda nə qədər saxlamalı olduğunuz vacibdir. Əgər onları dərhal yeyəcəksinizsə, 2-3 dəqiqə kifayətdir. Lakin yumurtaları soyuducuda saxlayacaqsınızsa, onların tamamilə soyuması üçün buzlu suda ən azı 10-15 dəqiqə saxlanılması tövsiyə olunur.

Yumurtalar buzlu suyun içində ikən onları bir-birinə və ya qabın kənarına vuraraq qabıqlarını azca çatladın. Su çatların arasından içəri daxil olaraq membranı yumşaldacaq və qabıq sanki öz-özünə soyulacaq.

Bir çoxumuz yumurtanı krantın altında soyuq suya tuturuq. Lakin bu üsul yumurtanın daxili temperaturunu dərhal sala bilmir. Daxili temperatur yüksək qaldığı üçün yumurta "öz istisində" bişməyə davam edir və nəticədə sarısı rezin kimi bərk olur.

Mükəmməl teksturaya sahib yumurtaları soyutduqdan sonra qabığı ilə birlikdə soyuducuda 1 həftəyə qədər saxlaya bilərsiniz. Soyulmuş yumurtaların isə həmin gün istehlak edilməsi məsləhətdir.
Lalə Qüdrətova
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 Yanvar 2026 07:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri