Mülki Məcəlləyə şəxsiyyət hüquqları ilə bağlı yeni fəsil əlavə ediləcək
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Mülki Məcəlləyə şəxsiyyət hüquqları ilə bağlı yeni fəsil əlavə ediləcək. SİA xəbər verir ki, bunu Hüquq və İnsan Haqları İnstitutunda keçirilən “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanuna dair hazırlanmış elmi-praktiki kommentariya layihəsinin müzakirəsi üçün dəyirmi masada “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi”nin İcraçı direktoru Samir Mahmudov deyib.
O bildirib ki, bu sənəd izahlı konsepsiya formasındadır: “Eyni zamanda, Mərkəzimiz tərəfindən "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanuna dair hazırlanmış elmi-praktiki kommentariya layihəsi də hazırlanıb. Bu sənədin hazırlanmasında Hüquq və İnsan Haqları İnstitutunun da əməyi çox böyükdür”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 06 Dekabr 2024 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















