Mülki müdafiə sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 17 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzinin təşəbbüsü ilə Bərdə, Ağdam, Ağcabədi, Füzuli, Beyləqan, Tərtər, Cəbrayıl, Şuşa, Qubadlı və Zəngilan Rayon İcra hakimiyyətlərində “2025-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirlərdə FHN-in Qarabağ Regional Mərkəzinin, adıçəkilən rayonların icra hakimiyyətlərinin və yerli özünüidarəetmə orqanlarının nümayəndələri, aidiyyəti rayon xidmətləri və təhsil müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri iştirak ediblər.
İcra hakimiyyətlərinin müşavirələrdə çıxış edən məsul şəxsləri tədbirin əhəmiyyətindən bəhs edib, mülki müdafiə sahəsində birgə fəaliyyətin vacibliyini vurğulayıblar.
Daha sonra Qarabağ Regional Mərkəzinin əməkdaşları mülki müdafiə sahəsində görülmüş işlərdən danışıb, mülki müdafiə obyektlərində keçirilmiş monitorinqlərin nəticələri haqqında müşavirə iştirakçılarına məlumat veriblər. Qeyd olunub ki, cari ilin təqvim planına uyğun olaraq rayonların ərazisində yerləşən idarə və təşkilatlara mülki müdafiə üzrə lazımi metodiki yardım göstərilib.
Müşavirələrdə mövzu üzrə müzakirələr aparılıb, suallar cavablandırılıb.
-1 / 10
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 17 Dekabr 2025 19:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















