Icma.az
close
up
RU
Mübahisələrin həlli, məhkəmə sistemi sahəsində görülmüş işlər və qarşıda duran hədəflər müzakirə edilib

Mübahisələrin həlli, məhkəmə sistemi sahəsində görülmüş işlər və qarşıda duran hədəflər müzakirə edilib

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ədliyyə Nazirliyinin rəhbərlik etdiyi “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda Komissiyanın Katibliyi, Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin, Bakı Apellyasiya Məhkəməsinin əməkdaşları, İqtisadiyyat Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Mediasiya Şurasının nümayəndələri və İşçi qrupun digər üzvləri iştirak ediblər.

İclasda işçi qrupun mübahisələrin həlli və məhkəmə sistemi sahəsində 2024-cü ildə görülmüş işlərinin yekunu dinlənilib və 2025-ci il üzrə əsas hədəflərini əks etdirən Yol Xəritəsinin layihəsi müzakirə edilib.

Bildirilib ki, yeni layihədə nəzərdə tutulan tapşırıqlar icra sənədi üzrə icraatın effektivliyinin artırılmasına, prosessual müddətlərin tənzimlənməsinə, statistikanın əlçatanlığının təmin edilməsinə və mübahisələrin həllinin alternativ üsullarının təkmilləşdirilməsinə xidmət edəcək.

Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev işçi qrupun ötən ildə müvafiq sahədə əhəmiyyətli işlər gördüyünü, həmin fəaliyyətin beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinə mühüm töhfə verəcəyini bildirib.

Ədliyyə nazirinin müavini, işçi qrupun rəhbəri Toğrul Hüseynov işçi qrupun ötən ildəki fəaliyyəti ilə bağlı məlumat verərək elektron məhkəmə sisteminin inkişafı, məhkəmələrin və digər orqanların qərarlarının operativ icrası və səmərəliliyinin artırılması, mediasiya prosesinin inkişafı və onun rəqəmsallaşdırılması, icra və məhkəmə statistikası ilə bağlı məlumatların açıqlığının təmin edilməsi məqsədilə görülən işləri səsləndirib.

O, həmçinin mübahisələrin ən rahat və çevik həll yollarından olan arbitraj proseslərinin tənzimlənməsi sahəsində ən son yenilikləri qeyd edərək bildirib ki, arbitraj prosesinin həyata keçirilməsi üçün ölkədə mütərəqqi təcrübəyə əsaslanan vahid hüquqi baza mövcuddur:

“Bu proseslərin reallaşdırılması məqsədilə də praktiki addımlar atılır və bu istiqamətdə Bakı Arbitraj Mərkəzi yaradılaraq qeydiyyatdan keçib. Bakı Arbitraj Mərkəzinin yaradılması ölkəmizdə arbitrajın inkişafı üçün əhəmiyyətli vacib element olacaq”.

İclasda eyni zamanda, Dünya Bankı tərəfindən “Mübahisələrin həlli” indikatoru ilə bağlı Azərbaycana ünvanlanmış anket sorğusunun cavablandırılması və bu sahədə ilkin diaqnostika nəticələrinin təqdimatı aparılıb.

Tədbir iclas iştirakçılarının çıxışları və işçi qrupun fəaliyyəti ilə bağlı müzakirələrlə davam etdirilib.

Məlumat üçün qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupuna rəhbərliyi Ədliyyə Nazirliyi həyata keçirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Fevral 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri