Icma.az
close
up
RU
Mülki müdafiə, təbii fəlakət və texnogen qəzalarda davranışla tədbir keçirilib

Mülki müdafiə, təbii fəlakət və texnogen qəzalarda davranışla tədbir keçirilib

Icma.az, Apa.az saytına istinadən bildirir.

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən Mingəçevir şəhər İcra Hakimiyyəti ilə birgə istehsal və xidmət sahələrində işləməyən əhalinin hazırlanması üçün “Mülki müdafiə hazırlığının təşkil olunması, təbii fəlakət və texnogen qəzalar zamanı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

FHN-dən APA-ya verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd mülki müdafiə hazırlığının təşkil olunması, təbii fəlakət və texnogen qəzalar zamanı əhalinin öz üzərinə düşən vəzifələrini yerinə yetirmələri üzrə biliklərini təkmilləşdirməkdən, fövqəladə hadisələrin qarşısının alınması işində operativliyin artırılmasından və əhalinin bu sahədə bilikli olmalarını təmin etməkdən ibarət olub.

Tədbirdə Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsində yerləşən ictimai binaların sakinləri ilə yanaşı FHN-in Aran Regional Mərkəzinin şəxsi heyəti və texnikası, Dövlət Yanğın Nəzrəti Xidmətinin Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısı Aparatının nümayəndələri və digər xidmət sahələrinin əməkdaşları və texnikası iştirak ediblər.

Tədbirdə fövqəladə halların təsnifatı, o cümlədən yanğınlar, zəlzələ, torpaq sürüşməsi, sel və daşqınlar, həmçinin ölkəmiz üçün xarakterik olan digər fövqəladə hadisələrlə bağlı geniş məlumat verilib, bu hadisələr zamanı zəruri davranış qaydaları barədə ətraflı danışılıb. Bundan başqa xidmət sahələrinin nümayəndələri təmsil olunduqları qrumların fövqəladə hallar zamanı fəaliyyətlərindən danışıb və sakinlərə ətraflı bilgilər veriblər.

Tədbirin yekununda sakinlərin fikirləri dinlənilib, sualları cavablandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://apa.az
archiveBu xəbər 28 İyul 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri