Naxçıvanda mülki müdafiə məşğələsi keçirilib
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə alayının müvafiq bölmələrinin iştirakı ilə gecə saatlarında “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə alayının qarşılıqlı əlaqədə fəaliyyəti. Zədələnmə ocaqlarında axtarış-xilasetmə, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması” mövzusunda gecə məşğələsi keçirilib.
Nazirlikdən APA-ya verilən məlumata görə, məşğələnin keçirilməsində əsas məqsəd şəxsi heyətin gecə şəraitində fəaliyyətə hazırlıq səviyyəsinin artırılması, bölmələr arasında qarşılıqlı əlaqənin möhkəmləndirilməsi, eləcə də fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi olub.
Məşğələ zamanı şərti fövqəladə hadisə şəraitində axtarış-xilasetmə və qəza-xilasetmə işlərinin aparılması, zərərçəkmişlərin xilas edilməsi, həmçinin digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi üzrə tapşırıqlar icra edilib.
Gecə şəraitində keçirilən məşğələ zamanı şəxsi heyətin operativliyi, çevik qərarvermə bacarığı və bölmələrin əlaqəli fəaliyyəti diqqət mərkəzində saxlanılıb.
Uğurla reallaşdırılan məşğələdən sonra əldə edilən nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.
Baxış sayı:61
Bu xəbər 27 Oktyabr 2026 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















