Icma.az
close
up
RU
Mülkiyyət hüququna xitam verilməsinin bəzi cəhətləri elmi seminar

Mülkiyyət hüququna xitam verilməsinin bəzi cəhətləri elmi seminar

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 3 mart, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin təşkilatçılığı ilə 27 mart - Azərbaycanda Elm Gününə həsr olunmuş “Mülkiyyətçinin iradəsi ilə və iradəsinə zidd mülkiyyət hüququna xitam verilməsinin bəzi cəhətləri” mövzusunda elmi seminar təşkil edilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Tədbiri açan Mülki hüquq kafedrasının müdiri Şükür Yusifov seminarın mövzusunun müasir mülki hüquq baxımından aktual olduğunu vurğulayaraq, mülkiyyət hüququnun xitamı ilə bağlı məsələlərin həm nəzəri, həm də praktiki əhəmiyyət daşıdığını bildirib.

BDU-nun Mülki hüquq kafedrasının doktorantı Nərmin Eminli məruzə ilə çıxış edib. O, mülki hüquqda mülkiyyət hüququ institutunun mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq, bu hüququn cəmiyyətin iqtisadi əsaslarının formalaşmasında və mülki dövriyyənin sabitliyinin təmin olunmasında xüsusi rol oynadığını bildirib.

Məruzəçi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə diqqət çəkib, bu prinsipin Azərbaycan Respublikasının Konstitusiyasında birbaşa təsbit olunduğu qeyd edib. Bildirib ki, ölkənin iqtisadi rifahı və hüquqi dövlət quruculuğu birbaşa mülkiyyət hüquqlarının etibarlı müdafiəsindən asılıdır. Bu baxımdan mülkiyyət hüququna xitam verilməsinin əsasları və qaydalarının qanunvericilikdə dəqiq tənzimlənməsi mühüm əhəmiyyət daşıyır.

Məruzədə mülkiyyət hüququna xitam verilməsinin mülkiyyətçinin iradəsi ilə baş verən halları, o cümlədən özgəninkiləşdirmə, imtina və könüllü sərəncam vermə, eləcə də mülkiyyətçinin iradəsinə zidd olaraq baş verən hallar, xüsusilə rekvizisiya, mülkiyyət obyektinin məhvi, subyektin ölümü və hüquq qabiliyyətinin xitamı Mülki Məcəllənin müvafiq normaları əsasında geniş şəkildə təhlil olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Mart 2026 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri