Icma.az
close
up
RU
Multikultural harmoniyanın ünvanı: Bakı Tbilisi

Multikultural harmoniyanın ünvanı: Bakı Tbilisi

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan və Gürcüstan arasındakı münasibətlər Cənubi Qafqazın ən sabit və çoxşaxəli əməkdaşlıq modelidir. Bu tərəfdaşlıq yalnız siyasi və iqtisadi maraqlara deyil, həm də sosial-humanitar təməllərə söykənir. İki xalq arasındakı əlaqələr uzun illər təkamül edərək mədəniyyət və ictimai münasibətlər səviyyəsində dərindən kök salıb. Hazırda bu əlaqələr genişmiqyaslı inteqrasiya xarakteri alıb.

Multikultural mühitin praktik təzahürləri konkret nümunələrdə aydın görünür. Gürcüstanın Kvemo Kartli regionunda yaşayan azərbaycanlı icması ölkənin ictimai-siyasi və sosial həyatında fəaldır. Bölgədə azərbaycandilli məktəblərin fəaliyyəti, yerli medianın mövcudluğu etnik kimliyin qorunması ilə yanaşı, uğurlu sosial inteqrasiyanın göstəricisidir. Eyni zamanda, Azərbaycanın Qax rayonunda yaşayan gürcü icması öz dini və mədəni ənənələrini qoruyub saxlayır. İcmaya məxsus kilsələrin fəaliyyəti, milli-dini bayramların yüksək səviyyədə qeyd olunması Azərbaycandakı tolerantlıq mühitinin sübutudur.

Humanitar əməkdaşlıq sahəsində təhsil və sosial dəstək də xüsusi yer tutur. Marneuli, Qardabani, Bolnisi və digər bölgələrdə Azərbaycan məktəblərinin qorunması və inkişafına şərait yaradılıb, uşaqların ana dilində təhsil alması milli özünüdərkin təminatına xidmət edir. Hazırda hər iki ölkənin təhsil qurumları arasında azərbaycandilli məktəblərdə təhsilin keyfiyyətinin artırılması, müəllim hazırlığı və müasir dərsliklərlə təminat məsələləri müzakirə olunur. Bu əməkdaşlıq yalnız təhsil göstəricilərini yaxşılaşdırmır, həm də iki qonşu xalq arasında tarixi dostluq və mədəni yaxınlıq bağlarını möhkəmləndirir.

Onu da qeyd edək ki, bu vaxta qədər yerli azərbaycanlıların ali məktəblərə qəbulunu asanlaşdırmaq üçün müəyyən güzəştlər tətbiq olunurdu. Gürcüstan hökumətinin 2010-cu ildən həyata keçirdiyi “1+4” proqramı azərbaycanlı gənclərin ali təhsilə inteqrasiyasında mühüm rol oynayıb. Hazırda etnik azlıqlardan olan tələbələrin 85 faizi Tbilisinin 4 çoxprofilli universitetində – Tbilisi Dövlət Universiteti, İlia Dövlət Universiteti, Gürcüstan Texniki Universiteti və Suxumi Dövlət Universitetində təhsil alır.

Statistikaya görə, 2025-ci ildə bu universitetlərin gürcü dili proqramına 1368 tələbə qəbul olunmuşdusa, 2026-cı ildə bu rəqəmin ən yaxşı halda 1120-yə (təxminən 20 faiz azalma) düşəcəyi gözlənilir. Bu azalma tendensiyasının əsas səbəbi orta məktəblərdə gürcü dilində təhsil alan azərbaycanlı şagirdlərin sayının ildən-ilə artmasıdır və artıq bu, sabit bir istiqamətə çevrilib. Şagirdlər 12 illik təhsili gürcü dilində başa vuraraq kifayət qədər dil bilikləri və akademik bacarıqlar əldə edirlər.

Eyni zamanda, ali məktəblər arasında məlumat mübadiləsi, qarşılıqlı səfərlər, birgə layihələrin hazırlanması və həyata keçirilməsi yeni perspektivlər açır və uzunmüddətli baxışda iki xalq arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Qarşılıqlı mədəniyyət günləri, folklor festivalları və incəsənət sərgiləri isə xalqlar arasında emosional bağlılığı artırır, qarşılıqlı hörmət və anlayış mühitini gücləndirir. Məsələn, bu ilin əvvəlində mədəniyyət günləri çərçivəsində "Erisioni" Gürcüstan Dövlət Akademik Ansamblı Azərbaycanda olub. Bakı və Gəncədə Azərbaycan tamaşaçıları üçün solo konsert verib. Konsertə Azərbaycan hökumətinin mədəniyyət və ictimaiyyət nümayəndələri, eləcə də ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri qatılıblar. Gürcüstanda da dəfələrlə Azərbaycanın mədəniyyət günləri keçirilib.

Birgəyaşayış modeli yalnız institusional çərçivə ilə məhdudlaşmır, gündəlik həyat səviyyəsində də özünü göstərir. Müxtəlif etnik mənsubiyyətə malik insanlar arasında dostluq və qohumluq münasibətlərinin yaranması isə sosial inteqrasiyanın ən yüksək forması kimi qiymətləndirilir.

Tarixi-mədəni irsin qorunması isə humanitar əməkdaşlığın digər əsas istiqamətidir. Bununla bağlı XQ-yə açıqlama verən Gürcüstan parlamentinin sabiq deputatı İsaq Novruzov bildirdi ki, Mirzə Fətəli Axundzadənin Tbilisidəki evi dövlət vəsaiti ilə alınaraq bərpa olunub və muzey kimi fəaliyyətə başlayıb: “Bu addım, sadəcə, memarlıq abidəsinin qorunması deyil, həm də milli kimliyin, maarifçiliyin və Azərbaycan ədəbiyyatının irsinin yaşadılması məqsədini daşıyır. Nəriman Nərimanovun evi də sonradan ədibin ev-muzeyinə çevrilib, Gürcüstan–Azərbaycan mədəni əlaqələr cəmiyyətinin nəzdində İbrahim İsfahanlı adına Teatr bərpa olunub, sənətkarın yubiley tədbirləri isə milli yaddaşın qorunması istiqamətində vacib addımdır. Binanın üzərində xatirə lövhələrinin vurulması bu irsin unudulmamasına verilən zəmanətdir”.

Onun sözlərinə görə, Cəlil Məmmədquluzadənin Tbilisidəki ev-muzeyinin yaradılması, “Molla Nəsrəddin” jurnalının redaksiyası və “Qeyrət” mətbəəsi kimi mədəni məkanların bərpası nəticəsində bu yerlər canlı mədəniyyət ocaqlarına çevrilib: “Burada keçirilən sərgilər, ədəbi gecələr və tədbirlər gənc nəsil üçün milli özünüdərk və mədəni identiklik mənbəyi olub. Bu təşəbbüslər Gürcüstanda yaşayan azərbaycanlıların milli ruhunu gücləndirib, Azərbaycan mədəniyyətinin sərhədsizliyini simvollaşdırıb.

Azərbaycanın tanınmış şəxsiyyətlərinin məzarlarının qorunması və abadlaşdırılması sahəsində də mühüm addımlar atılıb. Tbilisidə Mirzə Fətəli Axundzadənin büstünün bərpası, Mirzə Şəfi Vazehin qəbirüstü abidəsinin ucaldılması və Həsən bəy Ağayevin məzarının abadlaşdırılması Azərbaycanın klassik düşüncə, poeziya və dövlətçilik irsinin fiziki daşıyıcılarının qorunması kimi qiymətləndirilir. Fətəli xan Xoyskinin məzarı üzərində büstün açılışı bu siyasətin ideoloji və mənəvi dərinliyini ortaya qoyub. Gəncədə gürcü şairi Nikoloz Barataşvilinin xatirə lövhəsinin açılması da Azərbaycan–Gürcüstan əlaqələrinin tarixi köklərə malik olduğunu göstərir”.

Mövzu ilə bağlı Gürcüstan parlamentinin deputatı Levan Maxaşvili XQ-yə dedi ki, Azərbaycan onlar üçün çox mühüm strateji tərəfdaşdır: “Mən deyərdim ki, Qərblə Şərqi, Avropa və Asiyanı birləşdirməyə gələndə əvəzolunmaz tərəfdaşdır. Biz bu illər ərzində çox böyük uğurlar qazanmışıq və yeni-yeni uğurlar qazanmalıyıq. Bunun üçün çox böyük imkanlar var”.

Beləliklə, Azərbaycan və Gürcüstan arasındakı strateji tərəfdaşlıq regionda sabitlik, inkişaf və təhlükəsizliyin təmin olunmasında həlledici rol oynayır. İki dövlət arasında sosial-humanitar sahədə əməkdaşlıq uğurla davam edir. Bu əlaqələr qarşılıqlı fayda prinsipi üzərində qurulub.

Bütün bunlar onu göstərir ki, Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu mehriban qonşuluq şəraitində yaşamış və bu ənənə müasir dövrdə də davam etdirilir. Bu fakt sosial inteqrasiyanın yüksək səviyyədə olduğunu göstərməklə yanaşı, münasibətlərin dərin tarixi köklərə malik olduğunu təsdiqləyir. Məhz bu tarixi və sosial bağlılıq siyasi və iqtisadi əməkdaşlıq üçün möhkəm zəmin yaradır və münasibətlərin davamlı inkişafını təmin edir.

P.ƏFƏNDİYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Aprel 2026 01:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri