Icma.az
close
up
RU
Azərbaycanın multikultural dəyərləri

Azərbaycanın multikultural dəyərləri

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünyanın qarışıq dövründə bir məkanda yəhudilik, xristianlıq və islamın, eləcə də müxtəlif inancların qarşılıqlı hörmət şəraitində Azərbaycanda yaşaması ölkəmizə marağı daha da artırıb. Tolerantlıq və multikulturalizm məkanı olan Azərbaycan həm ölkədə, həm də bütün dünyada tolerantlıq və mədəniyyətlərarası dialoq yaratmağı davam etdirməyi qarşıya məqsəd qoyub. Tolerantlıq mühiti dövlət-din konsepsiyasına olaraq uyğun daha da möhkəmlənib, bu sahə də dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Azərbaycan əhalisinin tərkibi həm etnik, həm dini, həm də məzhəb baxımından zəngindir. Xalqımızın milli özəlliyi, səmavi dinlərin tarixən ərazimizdə yayılması, VII əsrdən torpaqlarımızda bərqərar olmuş İslam dininin təlqin etdiyi ideallar Azərbaycanda müxtəlif dini və milli mənsubiyyətə mənsub insanların birgəyaşayışı sahəsindəki uğurlarını artıran məqamlardandır. Bu məkanda bütün tarixi dini abidələr dövlət tərəfindən qorunur, eyni zamanda, dövlət vəsaiti hesabına bərpası təmin edilir. Tariximiz, xalqımız üçün çox böyük əhəmiyyət daşıyan Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və digər məscidlər yenidən qurulmuş və əsaslı təmir edilmişdir. Bakıdakı Heydər Məscidi, Gəncədə "İmamzadə" kompleksi kimi binalar da Azərbaycan milli memarlığının və incəsənətinin nailiyyətlərinin parlaq nümunələri olmaqla yanaşı, insanların ibadət və dua etmələrinə imkan yaradır.

ŞAH ABBAS VƏ HÜSEYNİYYƏ MƏSCİDLƏRİ

Bu günlərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Gəncə şəhərindəki Şah Abbas və Hüseyniyyə məscidlərində olublar.

Məscid 1606-cı ildə Səfəvi hökmdarı I Şah Abbasın əmri ilə memar Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında inşa edilib. Şah Abbas məscidi və ya Gəncə Cümə məscidi Gəncəçayın sol sahilində, Gəncənin tarixi mərkəzində yerləşir. Məscid XVII əsrə aid Arran memarlıq üslubunda ərsəyə gətirilib.

Bu tarixi məscid memarlıq kompozisiyası, planlaşdırma, konstruktiv və bədii-dekorativ xüsusiyyətlərinə görə orta əsr Azərbaycan memarlığının portal-günbəz ənənələrini yaşadır. Binanın memarlığında, xüsusilə günbəz və portalların həllində zəngin memarlıq ənənələrindən uğurla istifadə olunub. Bununla yanaşı, Arran memarlıq məktəbi üçün xarakterik olan lakoniklik və ifadəlilik də bu tarixi-dini abidədə əks etdirilib.

2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə məsciddə bərpa və təmir işləri aparılıb. Məscidin mövcud vəziyyətinə baxış zamanı bu tarixi-dini abidənin qorunub saxlanılması istiqamətində növbəti tapşırıqlar verilib. XIX əsrdə inşa edilən bu dini ocaq, eyni zamanda, Tatlar məscidi kimi tanınır. İbadətgah mədrəsə, sonralar isə məscid kimi fəaliyyət göstərib. Hazırda bu tarixi-dini abidədə təmir-bərpa işlərinin aparılmasına zərurət yaranıb.

Qeyd edək ki, bütün dinlərin və etnik qrupların nümayəndələrinin bir ailə kimi mehriban, dinc şəraitdə yaşadıqları ölkəmizdə tolerantlıq ənənələrinin qorunmasına xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondunun "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində dini abidələrdə, ziyarətgahlarda və tikililərdə təmir-bərpa işləri aparılır, mövzuya aid sərgilər təşkil olunur.

Təbii ki, müsəlman məbədləri ilə yanaşı, pravoslav, katolik, alban kilsələrinin, sinaqoqların tikintisi, təmiri də həyata keçirilib ki, bu da Azərbaycanda dini tolerantlığın nümunəsidir. Bu, Azərbaycanda dövlət-din münasibətlərinin, dinlərarası dialoq, tolerantlıq nümunəsi kimi səciyyələnir, dövlət siyasətinin real mənzərəsini əks etdirir. Bu gün ölkəmizdə 2200-dən artıq məscid mövcuddur, 14 kilsə fəaliyyət göstərir. Bununla yanaşı, ölkə ərazisində 748 pir və ziyarətgah fəaliyyət göstərir. Bakıda atəşpərəstlik məbədi – Atəşgah yerləşir. Bu ona dəlalət edir ki, ölkəmizdə zərdüştlük dininin kökləri var.

AZƏRBAYCANDA DİN DÖVLƏTDƏN AYRIDIR

Azərbaycan Respublikasının din sahəsində apardığı siyasət cəmiyyətdə dinin müxtəlif formalarda mövcudluğunu nəzərə alaraq, fikir, söz və vicdan azadlığı üzərində qurulub. Dövlətin din sahəsindəki siyasəti beynəlxalq hüququn prinsiplərinə və normalarına, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə, ölkə Konstitusiyasına və digər normativ hüquqi aktlara əsaslanır. Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir.

Nümunə üçün vurğulayaq ki, Azərbaycanda yüzillər boyu bərqərar olmuş tolerantlıq mühiti XIX əsrin əvvəllərində ölkəmizə köçürüldükləri ilk vaxtlardan alman mühacirlərinin yerli əhali ilə qısa müddətdə dərin ünsiyyət qurmasına əlverişli zəmin yaradıb. Almanların Azərbaycana ilk kütləvi köçü isə 1819-cu ilə təsadüf edir. Həmin ilin yayında Tiflisdən Azərbaycanın Yelizavetpol qəzasına köçən 194 alman ailəsi Şamxor (indiki Şəmkir) yaxınlığında iki koloniya salıblar. Sonralar Gədəbəy, Şamaxı, Bakı, Şəmkir ərazisində də alman lüteran kilsələri tikilib istifadəyə verildi. Bakıda - 28 May küçəsində yerləşən alman kilsəsi – Kirxa da onlardan biridir. Azərbaycanda yaşayan alman icması hər bazar günü bu kilsəyə gəlib, öz dualarını oxuyur, ibadət edir və söhbət aparırlar.

Azərbaycanda yaşayan qədim yəhudi, xristian, udin və digər milli azlıqların yaşayış məskənləri olan Krasnaya Sloboda, Nic və İvanovka kəndləri dövlətin daim diqqət və qayğısı ilə əhatə olunub. Qeyd edək ki, Azərbaycanda təkcə yəhudilərin 7 sinaqoqu, 2 orta məktəbi, 1 kolleci, 3 uşaq bağçası və Yəhudi Evi fəaliyyət göstərir. Qubada həmçinin dünya yəhudilərinin ən böyük icmalarından birinin yaşadığı məşhur Qırmızı Qəsəbə yerləşir. Qeyd edək ki, ümumiyyətlə, Quba çoxmillətli rayondur, burada 20-dən artıq azsaylı xalq yaşayır. Onların 79 faizini azərbaycanlılar, 9 faizini tatlar, 6 faizini ləzgilər, 1,8 faizini yəhudilər, 1,4 faizini türklər, 1,4 faizini xınalıqlılar və 1,2 faizini digər xalqların nümayəndələri təşkil edir. Qubadakı Qırmızı Qəsəbədə çayın bir sahilində sinaqoqlar, o biri sahilində məscidlər fəaliyyət göstərir. Bu fakt Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrinin mövcudluğunun sübutudur. İnkar olunmaz faktdır bu gün Azərbaycanın ictimai-siyasi həyatında xristian, yəhudi etiqadlı vətəndaşlar yaxından iştirak edir, töhfələrini verirlər.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Azərbaycan Yəhudiləri dini icması, Avropa Yəhudilərinin Bakı dini icması, Bakı şəhəri Dağ Yəhudiləri dini icması, Bakı Krişna Şüuru dini icması, "Yeni həyat" Xristian İncil dini icması, Gürcü Yəhudilərinin Bakı dini icması, Xilaskar Yevangelik Lüteranların Bakı dini icması və s. onlarla belə qurumlar hər bir millətə ruslara, molokanlara, yəhudilərə, tatlara, saxurların, udilərin sərbəst yaşama və dinc həyat tərzi sürməsi üçün geniş imkanların yaradıldığından xəbər verir. Ölkənin ictimai-siyasi, mədəni həyatında iştirak üçün tam bərabər hüquqa malikdirlər.

"MÜSƏLMAN ALƏMİNDƏ HƏMRƏYLİYİN MÖHKƏMLƏNDİRİLMƏSİ ÜÇÜN SƏYLƏRİMİZİ ƏSİRGƏMİRİK"

Belə bir ənənəyə sahib olan Azərbaycan təəssüf ki, erməni vandallarının təcavüzünə məruz qalıb. Mənbələrdə göstərilir ki, təkcə XIX əsrin əvvəllərində İrəvanda 8 karvansara mövcud olmuşdur. Culfa, Gürcü, Zərrabi xan (Sərrafxana), Tahir, Sulu, Susuz, Avşar, Hacı Əli karvansaralarında üst-üstə 851 köşk mövcud olmuşdur. İrəvanda Şərq memarlıq üslubunda 8 hamam – Şəhər, Zal xan, Şeyxülislam, Mehdi bəy, Hacı Bəyim, Təpəbaşı, Hacı Əli, Hacı Fətəli, Kərim bəy hamamları mövcud idi. Göy məsciddə İrəvan şəhərinin tarix muzeyi yerləşdirilmiş, Zal xan məscidi rəssamların sərgi salonuna çevrilmişdi. Erməni vandalları İrəvan qalasını və onun içərisində yerləşən bütün tarixi-memarlıq abidələrini tədricən yer üzündən silmişdilər. Bu gün qədim Azərbaycan şəhəri olan İrəvanda sağ qalan yeganə Təpəbaşı məhəlləsi də məhv edilmə təhlükəsi ilə üzləşib.

Qarabağda və Qərbi Azərbaycanda tarix və mədəniyyət abidələrinin dağıdılması, ermənilərin özbaşınalığı "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il konvensiyasına ziddir.

Prezident İlham Əliyev çıxışlarında ermənilərin vandallıq əməllərini ifşa etmişdir. "İşğal dövründə Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində şəhər və kəndləri, bütün mədəni və dini abidələri qəsdən dağıdıb. Hətta qəbiristanlıqlar yerlə-yeksan edilib", - deyərək bildirib ki, Ermənistanın məqsədi əsrlər boyu həmin ərazilərdə yaşamış azərbaycanlıların izini silmək olub.

Ziddiyyətlərlə dolu iyirmi birinci yüzillikdə Azərbaycan ənənələrinə sadiq qalaraq milli mənəvi dəyərlərə önəm verərək islamofobiya, islam adından sui-istifadə edərək qırğınlar törədənlərə malik olduğu dəyərləri ilə çağırışlar edərək onları sülhə, dostluğa dəvət edir. Çağırışları ilə bütün dünya xalqlarına, bütün dünya dövlətlərinə Azərbaycanın bugünki həqiqətlərini bəyan edir. Azərbaycan Prezidenti Cənab İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, "Azərbaycan modeli, Azərbaycan nümunəsi bu gün dünyanın müxtəlif ölkələrində öyrənilir. Bizim bu istiqamətdəki siyasətimiz artıq özünü həm ölkəmizdə, həm bölgədə və həm də dünyada təsdiq etmişdir. Biz öz milli mənəvi, dini dəyərlərimizə sadiqik, onları qoruyuruq, eyni zamanda, müsəlman aləmində həmrəyliyin möhkəmləndirilməsi üçün səylərimizi əsirgəmirik ".

Sülhə nail olmaq imkanlarına maneə törədən qeyri-sabit dövlətlər Azərbaycandakı əmin-amanlıqdan, tolerantlıq ənənələrini görürlər. Azərbaycan istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə dinlərarası və çoxmədəniyyətli harmoniyanın inkişafına təkan verir və bu nailiyyətin davamlı olması üçün tədbirlər həyata keçirir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərinin Forumu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu və onlarla belə tədbirləri keçirməklə, dünyanın diqqətini özünü cəlb edən Azərbaycan bu və ya digər tədbirlərlə xalqlar və dövlətlər arasında əməkdaşlığa xidmət edir. Sülh içində yaşayan plüralist və demokratik cəmiyyətlər qurmaq üçün dağıdıcı cərəyanlara qarşı birlikdə mübarizə aparmağın vacibliyi əsas məsələ kimi bu və ya digər məsələlər müzakirə olunur.

Azərbaycan Prezidenti Cənab İlham Əliyevin məlum sərəncamları ilə ölkəmizdə 2016-cı ilin "Multikulturalizm ili", 2017-ci ilin isə "İslam Həmrəyliyi ili" elan edilməsi bəşəri dəyərlərə olan ali münasbətin daha bir təzahürü idi. Dünya ictimaiyyəti Azərbaycanın nümunəvi tolerantlıq, multikulturalizm modelini, dinlərarası dialoq mədəniyyətini qəbul edir və öyrənir.

Zümrüd BAYRAMOVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Mart 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Papa bu gün dəfn olunacaq

26 Aprel 2025 08:51see173

“Bakı Abadlıq Xidməti” rəhbəri və müavini şəhid övladını belə incidir

25 Aprel 2025 10:12see140

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində dəyişiklik edilib

25 Aprel 2025 10:53see136

Mançester Yunayted in sabiq futbolçusu MMA da çıxış edəcək debüt matçı

26 Aprel 2025 01:02see133

Tarkan sükutunu pozdu

26 Aprel 2025 05:00see132

BAMF Kanadanın baş nazirinin qərəzli fikirləri ilə bağlı bəyanat yayıb

25 Aprel 2025 19:24see129

Peruda beş min illik məzar tapılıb

26 Aprel 2025 04:38see127

Gəncədə motosiklet maşınla toqquşub, xəsarət alan var

25 Aprel 2025 11:49see126

Zəlzələni öncədən bilmək olar Android telefonlarda var, qurmaq lazımdır

25 Aprel 2025 12:14see126

BVF: Bu, qlobal iqtisadi artıma təhlükə yaradır!

26 Aprel 2025 01:11see125

Azərbaycanda əmtəəlik səmt qazının istehsalı 20% dən çox artıb

25 Aprel 2025 16:37see125

HƏMAS bəzi şərtlər çərçivəsində məhbus mübadiləsinə hazır olduğunu açıqlayıb

27 Aprel 2025 05:03see123

Bakıda əvvəllər qəza törədən avtobus sürücüsü indi də piyadanı DÖYDÜ

26 Aprel 2025 02:13see123

“Trabzonspor”un finaldakı rəqibi müəyyənləşdi

26 Aprel 2025 01:25see123

Gədəbəy, Ağstafa və Tovuzda Uşaq İncəsənət Festivalı 2025 üçün seçim turu keçirilib FOTOLAR

26 Aprel 2025 13:00see120

Generalın ölümündə Ukraynanın əli ola bilər Zaxarova

26 Aprel 2025 00:59see118

Öz oğluna bıçaqla hücum edən qadın uşaq psixoloqu imiş...

26 Aprel 2025 14:30see118

Dubay Moskva reysi ilə uçan təyyarə Bakıya təcili eniş etdi VİDEO

25 Aprel 2025 18:52see118

Ofis işçilərinin nəzərinə Gün ərzində bu qədər addım atmasanız...

26 Aprel 2025 05:06see116

BMT nin Qəzzada ərzaq ehtiyatı tükənib

25 Aprel 2025 16:32see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri