Icma.az
close
up
RU
Multikulturalizm Mərkəzi 2025 ci ili uğurla başa vurub

Multikulturalizm Mərkəzi 2025 ci ili uğurla başa vurub

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) 2025-ci ildə həm yerli, həm də beynəlxalq müstəvidə intensiv və çoxşaxəli fəaliyyət göstərib. Mərkəz il ərzində multikulturalizmin təbliği, islamofobiya və antisemitizmlə mübarizə, dağıdılmış mədəni irsin qorunması və bərpası, Qərbi azərbaycanlıların qayıdış hüququnun gündəmdə saxlanılması, eləcə də neokolonyalizmə qarşı mübarizə istiqamətlərində ardıcıl layihələr reallaşdırıb və nüfuzlu beynəlxalq platformalarda Azərbaycanın multikulturalizm modelini təqdim edib. Hesabat ilində BBMM-in təşkilatçılığı və iştirakı ilə 18 yerli və beynəlxalq konfrans keçirilib, Mərkəzin beynəlxalq fəaliyyəti isə 15 ölkəni əhatə edib. Bu konfranslar arasında Bakıda 15 mart – İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 3-cü ildönümünə həsr olunan “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” beynəlxalq elmi konfransı, Vatikanda Müqəddəs Taxt-Tacın Qriqorian Pontifik Universitetində keçirilmiş “Azərbaycanda xristianlıq: tarix və müasirlik” mövzusunda Qafqaz Albaniyası irsinə həsr edilən XII beynəlxalq elmi konfrans, həmçinin Belçikanın Brüssel şəhərində “Belçika və Avropada 2025 İslam Dünyası İli” çərçivəsində keçirilən “Multikulturalizm modelləri – Münasibətlərin qurulması və sülh şəraitində birgəyaşayış modelləri haqqında düşüncələr” mövzusunda tədbir xüsusi yer tutur. BBMM eyni zamanda “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda VIII beynəlxalq elmi konfransın da həmtəşkilatçısı olub. Mərkəzin təmsil olunduğu digər beynəlxalq toplantılara Hindistanın Şri-Şri Universitetində “Azərbaycan multikulturalizm modeli” mövzusunda mühazirə, “Dini azadlıqdan dini məsuliyyətə” adlı ikinci beynəlxalq konfrans, Avropa Komissiyası və Avropa Şurasının Brüsseldə təşkil etdiyi müsəlmanlara qarşı nifrət və irqiçilik üzrə əlaqələndirmə konfransı, “Azərbaycanşünaslığın aktual məsələləri: Yeni dövrün Azərbaycanı” XVI beynəlxalq elmi konfransı, “Davamlı sülhün əldə edilməsində dini liderlərin rolu” mövzusunda beynəlxalq konfrans və “İslamofobiya: Mövcud qlobal kontekstdə konsepsiya və təcrübə” adlı beynəlxalq toplantı daxildir. Gürcüstanın Tiflis şəhərində Qafqaz kürdlərinin II elmi-praktiki beynəlxalq konfransında, “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransda, Cənubi Afrikanın Keyptaun şəhərində “Fəaliyyətdə humanizm: Həssas icmalar diqqət mərkəzində” adlı G20 Dinlərarası Dialoq Forumunda, eləcə də Tunis Beynəlxalq Simpoziumunda (“Beynəlxalq sülh və təhlükəsizliyin dəstəklənməsində BMT-nin Sivilizasiyalar Alyansının rolunun aktivləşdirilməsi” mövzusunda) BBMM-in fəal iştirakı Azərbaycanın bu sahədə qlobal dialoqa verdiyi töhfənin davamlı xarakter daşıdığını göstərib.

2025-ci ildə Mərkəz tədris layihəsini də prioritet istiqamət kimi davam etdirib. “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ali təhsil müəssisələrində tədrisi layihəsi çərçivəsində hesabat ilində dünyanın 10 universitetində (Rusiyanın Ural Federal Universiteti, Moskva İslam Universiteti,Yaponiyanın Hokkaydo Universiteti, Türkiyənin Erciyes Universiteti,  Moldovanın İon Kryange adına Moldova Dövlət Pedaqoji Universiteti, Cənubi Koreyanın İnha Universiteti, Bolqarıstanın K.Oxridski adına Sofiya Universiteti, Rumıniyanın Aleksandr İoan Kuza Universiteti, Polşanın Varşava Universiteti, Brazilyanın Paraiba Universiteti) “Azərbaycan Multikulturalizmi” fənninin tədrisi təşkil olunub. Ümumilikdə “Azərbaycan multikulturalizmi” fənni ilin sonuna qədər dünyanın 27, Azərbaycanın isə 38 nüfuzlu universitetində tədris edilib. Tədrisin keyfiyyətini yüksəltmək üçün BBMM tərəfindən “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənlərini tədris edən müəllimlər üçün hər il yaz və qış semestrlərində treninqlər keçirilib, treninqlərə 22 təhsil müəssisəsindən 70 müəllim, həmçinin Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşları qoşulub. Eyni zamanda ali məktəblərdə “Multikulturalizmə giriş” fənni üzrə monitorinq həyata keçirilib, tələbələrin bilik və bacarıq səviyyəsi, onların fənnin məzmunu və tədrisi ilə bağlı təklif və iradları öyrənilib, fənni seçən tələbələr könüllü qismində ölkədə keçirilən yerli və beynəlxalq tədbirlərin təşkilinə cəlb olunub.

Gənclərin və tələbələrin proseslərə cəlb olunması istiqamətində BBMM-in ən mühüm platformalarından biri sayılan beynəlxalq multikulturalizm məktəbləri və gənclər forumları da 2025-ci ildə uğurla davam edib. “Müxtəliflik və bərabərlik: İnklüziv gələcəyin qurulması” adlı XVI Beynəlxalq Multikulturalizm Məktəbi, eləcə də “Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğunun elçiləri kimi” mövzusuna həsr olunan II Beynəlxalq Multikulturalizm Gənclər Forumu yerli və xarici tələbələrə multikultural dəyərlərin nəzəri əsasları ilə yanaşı, Azərbaycanın real multikultural mühitini yaxından görmək imkanı yaradıb. Beynəlxalq Multikulturalizm Qış və Yay məktəbləri “Azərbaycan multikulturalizmi” fənninin məntiqi davamı kimi çıxış edərək, xarici tələbələrin ölkəmizdə mövcud tolerantlıq modelini yerində müşahidə etməsinə şərait yaradıb.

Mərkəzin 2025-ci ildə beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyəti çərçivəsində il ərzində BBMM-də 22 xarici nümayəndə heyəti ilə görüşlər keçirilib. Görüşlər zamanı Azərbaycan multikulturalizm modeli, ölkədəki tolerant mühit, müxtəlif etnik və dini icmaların sülh şəraitində birgəyaşayışı haqqında ətraflı məlumat verilib, əməkdaşlıq imkanları müzakirə olunub.

2025-ci il BBMM-in beynəlxalq tərəfdaşlıq şəbəkəsi genişlənib. İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), İnsan Qardaşlığı Ali Komitəsi və Qazaxıstanın Beynəlxalq Konfessiyalararası və Dinlərarası Dialoq Mərkəzi ilə Anlaşma Memorandumları imzalanıb. Bu sənədlər çərçivəsində gələcəkdə birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, beynəlxalq konfrans və forumların təşkili, peşəkar təcrübə və bilik mübadiləsinin daha da genişləndirilməsi üçün möhkəm hüquqi və institusional baza formalaşıb. Bundan əlavə, Mərkəzin nümayəndə heyətlərinin müxtəlif ölkələrə həyata keçirdiyi işgüzar səfərlər nəticəsində yeni əməkdaşlıq təşəbbüsləri irəli sürülüb, BBMM-in qlobal multikulturalizm və tolerantlıq şəbəkəsində rolu daha da güclənib.

Hesabat ilində Mərkəzin fəaliyyəti təkcə beynəlxalq konfranslar və tərəfdaşlıq platformaları ilə məhdudlaşmayıb, elmi düşüncənin inkişafı və multikultural dəyərlərin sistemli şəkildə dünyaya təqdim olunması istiqamətində də mühüm işlər görülüb. Bu baxımdan, Mərkəzin elmi-tədqiqat və nəşriyyat fəaliyyəti 2025-ci ildə xüsusilə ön plana çıxıb. BBMM-in “International Journal of Multiculturalism” adlı beynəlxalq elmi jurnalının iki sayı nəşr edilib. “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusuna həsr olunan II beynəlxalq elmi konfransın materialları toplanaraq kitab şəklində dərc olunub. Multikulturalizm ideyalarının müxtəlif coğrafiyalarda təbliği məqsədilə “Multikulturalizmin Azərbaycan modeli” adlı kitab ərəb dilində çap olunub. İşğal dövründə dağıdılmış mədəni irsimizi sənədləşdirən “Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomu işıq üzü görüb. Azərbaycan ədəbiyyatının dünyada tanıdılması istiqamətində “Əli və Nino” romanının Ukrayna dilində nəşri həyata keçirilib. “Qafqaz Albaniyasının etno-mədəni irsi” elmi jurnalının 5-ci buraxılışı, talış dilində “Mən fəxr edirəm ki Azərbaycanlıyam”, ləzgi dilində “Həyatnamə əsəri” kitabları, eləcə də “İslamofobiya – Şərq və Qərbin divanı” və “Avropa İslamofobiya hesabatı” kimi nəşrlər Azərbaycanın həm daxildəki mədəni müxtəlifliyini, həm də qlobal miqyasda islamofobiya ilə mübarizədə fəal mövqeyini əks etdirib.

BBMM 2025-ci ildə media və ictimai diplomatiya sahəsində də geniş fəaliyyət göstərib. İl ərzində Mərkəzin həyata keçirdiyi layihə və tədbirlər haqqında yerli televiziya kanallarında 85 süjet və veriliş yayımlanıb. BBMM-in icraçı direktoru Rəvan Həsənov müxtəlif televiziya proqramlarına qatılaraq Azərbaycan multikulturalizmi modelini, mədəniyyətlərarası və dinlərarası dialoq siyasətini şərh edib. Azərbaycan Televiziyası ilə birgə 2018-ci ildən yayımlanan “Multikulturalizm” verilişi 2025-ci ildə də davam etdirilib və il ərzində 11 yeni buraxılış efirə verilib; əlavə olaraq 2 sənədli film hazırlanıb. Eyni zamanda, BBMM-in Analitika şöbəsinin müdiri Rəşad İlyasovun multikulturalizm, kimlik siyasəti, din və etnik münasibətlər üzrə nüfuzlu alim və tədqiqatçılarla müsahibələri mediada geniş işıqlandırılıb. Mərkəz haqqında məlumatlar üç dildə – Azərbaycan, rus və ingilis dillərində yayımlanan rəsmi sayt, feysbuk, tvitter, instaqram və yutub səhifələri vasitəsilə ictimaiyyətə çatdırılıb. 2025-ci ildə rəsmi saytda 177 məlumat, feysbuk səhifəsində 989 paylaşım, tvitterdə 102, instaqramda 269, yutub kanalında isə 59 material yerləşdirilib. İl ərzində BBMM tərəfindən 80-dən artıq press-reliz hazırlanıb və bu materiallar əsasında yerli və xarici mediada 750-dən çox xəbər dərc olunub. Xüsusilə 15 mart – İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan beynəlxalq konfrans dünya mediasında geniş əks-səda doğurub: təxminən 30 ölkədə bu tədbirlə bağlı 195 xəbər, süjet və məqalə yayımlanıb, Qətərin “Əl-Cəzirə” telekanalı konfransı canlı yayımlayıb. ABŞ, Qətər, BƏƏ, Braziliya, Malayziya, İtaliya, Türkiyə, Almaniya, Misir, Yaponiya, Sudan, Niderland, Mərakeş, İspaniya, Albaniya, Çin, İordaniya, Pakistan, Nigeriya, Gürcüstan, Rusiya, Fransa, Ermənistan, Rumıniya, Polşa və İsrailin media qurumları BBMM-in təşkilatçılığı ilə keçirilən tədbirlər barədə müxtəlif dillərdə reportajlar və analitik yazılar dərc ediblər.

2025-ci ildə Türkiyənin Erciyəs Universiteti, Rumıniyanın İoan Kuza Universiteti, Bolqarıstanın Kliment Oxridski adına Sofiya Universiteti, Pakistanın Müsəlman İnstitutu, Yaponiyanın Hokkaydo Universiteti, Moldova Dövlət Pedaqoji Universiteti kimi ali təhsil ocaqlarında Xocalı soyqırımı və 8 Noyabr – Zəfər Gününə həsr olunmuş seminarların təşkili, Qahirədə Misir–Azərbaycan Dostluq Cəmiyyətində “Azərbaycanda multikulturalizm”, ABŞ-ın Yuta ştatının Baskerville İnstitutunda “Multikulturalizm ürək diplomatiyasının təməli kimi” və “Multikultural situasiya həyat tərzi və dövlət siyasəti kimi” mövzularında seminarların keçirilməsi, ölkə daxilində “ASAN xidmət” könüllülərinin təşəbbüsü ilə “Azərbaycan – tolerantlıq və multikulturalizm məkanı” adlı panel müzakirəsinin təşkil olunması Azərbaycanın multikulturalizm modelinin həm akademik, həm də ictimai platformalarda təqdim edilməsinin miqyasını daha da genişləndirib.

Beləliklə, 2025-ci il Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi üçün multikultural dəyərlərin beynəlxalq müstəvidə təşviqi, Azərbaycanın tolerantlıq modelinin dünyaya sistemli şəkildə təqdim olunması, eləcə də yeni tərəfdaşlıqlar və elmi-nəzəri əsasların möhkəmləndirilməsi baxımından uğurlu və dinamik bir il kimi yadda qalıb. Mərkəzin fəaliyyəti Azərbaycanın qlobal miqyasda multikulturalizm, tolerantlıq, dinlərarası və mədəniyyətlərarası dialoq sahəsində aparıcı və etibarlı tərəfdaş kimi mövqeyini daha da güclənməsinə töhfə verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Yanvar 2026 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see278

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see276

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see243

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see232

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see223

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see218

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see216

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see210

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see205

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see201

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see190

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see187

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see187

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see187

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see186

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see184

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see184

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see173

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see171

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri