Icma.az
close
up
RU
Multikulturalizm Mərkəzi islamofobiyaya qarşı mübarizədə

Multikulturalizm Mərkəzi islamofobiyaya qarşı mübarizədə

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov Misir Ərəb Respublikasının paytaxtı Qahirədə Ərəb Dövlətləri Liqasının baş ofisində keçirilən beynəlxalq konfransda iştirak edib. “İslamofobiya: Mövcud qlobal kontekstdə konsepsiya və təcrübə” adlı beynəlxalq konfransı Ərəb Dövlətləri Liqası və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) təşkil edib.

Konfransın əsas məqsədi dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq etmək, sülh, qarşılıqlı hörmət və təhlükəsizliyə töhfə verməkdir. Konfransda islamofobiyanın səbəbləri, onun yayılması, cəmiyyətlərə və beynəlxalq təhlükəsizliyə təsiri müzakirə edilib. Təhsil, vətəndaş cəmiyyəti və dövlətlərarası əməkdaşlığın bu problemlə mübarizədə rolu da əsas mövzulardan biri olub. Müzakirələrdə tolerantlığın, dialoqun və birgəyaşayışın vacibliyi vurğulanıb.

Konfransda çıxış edən BBMM-in icraçı direktoru Rəvan Həsənov bildirib ki, islamofobiya bu gün dünyada ciddi və sistemli ayrı-seçkilik problemidir, demokratiyanın əsas prinsiplərinə – bərabərlik, din azadlığı və ədalətə ziddir. Bu problem təkcə qərəz deyil, həm də qanunvericilikdə, mediada və ictimai rəydə müsəlmanlara qarşı diskriminasiyaya yol açan təhlükəli tendensiyadır. Rəvan Həsənov vurğulayıb ki, problemin səmərəli həlli üçün beynəlxalq əməkdaşlıq, maarifləndirmə, media və gənclərin iştirakı ilə birgə layihələr vacibdir. O, Azərbaycanın islamofobiyaya qarşı mübarizədə göstərdiyi səylərdən də danışıb.

BBMM rəhbəri qeyd edib ki, Azərbaycan müxtəlif dinlərə və mədəniyyətlərə hörmətin təşviqində həm regionda, həm də beynəlxalq səviyyədə fəal rol oynayır. Ölkəmiz islamofobiya ilə mübarizədə beynəlxalq təşəbbüslər irəli sürür və bu məqsədlə böyük konfranslar, forumlar təşkil edir. Rəvan Həsənov islamofobiyaya qarşı mübarizənin yalnız müsəlmanların deyil, bütövlükdə insan haqlarının və demokratiyanın müdafiəsi olduğunu xüsusi vurğulayıb.

T.RÜSTƏMLİ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 İyul 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see528

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see271

Bankların KREDİT MÜƏMMASI 18 yaşı yetkinlik saymırlar?

19 Sentyabr 2026 12:35see259

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see253

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see244

Naxçıvanda qadınların iqtisadi fəallığının artırılmasına və biznes imkanlarına həsr olunan forum keçirilib

19 Sentyabr 2026 14:22see242

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see239

Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək

19 Sentyabr 2026 17:07see234

Ağdərədə yeni su elektrik stansiyaları və rəqəmsal enerji infrastrukturu qurulur

19 Sentyabr 2026 11:43see226

Azərbaycanda vergi daxilolmalarının gələn il gözlənilən strukturu AÇIQLANDI

19 Sentyabr 2026 12:29see224

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see220

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see213

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see212

Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz

20 Sentyabr 2026 01:01see210

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see204

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see198

Hülya Avşar “Kanlı Nigar”la səhnəyə qayıdır

20 Sentyabr 2026 01:14see197

Rusiya qaçılmaz çöküşə doğru gedir...

19 Sentyabr 2026 18:06see194

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see191

Məşhur reper Bakıya gəlir

20 Sentyabr 2026 01:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri