Icma.az
close
up
RU
Multikulturalizm Mərkəzinin həmtəşkilatçılığı ilə Səmərqənddə konfrans keçirilib

Multikulturalizm Mərkəzinin həmtəşkilatçılığı ilə Səmərqənddə konfrans keçirilib

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin  (BBMM) həmtəşkilatçılığı ilə Özbəkistan Respublikasının Səmərqənd şəhərində “Sülhün qorunmasında mədəniyyətlərarası dialoqun və təhsilin rolu” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Mədəniyyətlərarası anlaşmanı təşviq etmək, fərqli mədəniyyətlərin və dinlərin nümayəndələri arasında dialoq üçün platforma yaratmaq, mədəniyyətlərarası dialoqun və sülhün təşviqində təhsilin həlledici rolunu vurğulamaq məqsədilə keçirilən konfransda dünyanın müxtəlif ölkələrindən ekspertlər, mövzu üzrə mütəxəssislər iştirak ediblər. Konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin videomüraciəti dinlənilib.

Beynəlxalq elmi konfransın “Din sülh quruculuğunun əsası kimi: potensial və problemlərin həlli yolları” panel iclasında BBMM-in icraçı direktoru Rəvan Həsənovun moderatorluğu ilə müzakirələr aparılıb.

Müzakirələr zamanı icraçı direktor Rəvan Həsənov vurğulayıb ki, dinlər hər zaman insanları mənəviyyata, mərhəmətə və qarşılıqlı anlayışa çağırır, dünya dinlərinin hamısının əsaslarında sülh, ədalət və həmrəylik prinsipləri dayanır. Din insanların vicdanına təsir edir və sülhə nail olmaqda  mühüm rol oynayır, toplumlarda mənəvi dəyərlərin önə çıxarılmasını təşviq edir, insanları zorakılıqdan çəkindirir.

 O diqqətə çatdırıb ki, din həm sosial harmoniyanın güclənməsinə, həm də gərginliklərin yaranmasına təsir edə biləcək güclü bir faktordur: “Bəzi hallarda dini siyasi alətə çevirərək münaqişələri daha da alovlandırırlar. Din adından törədilən zorakılıq aktları dinin əsl mahiyyətinə zidd olaraq sülh prosesinə ciddi maneələr yaradır. Bu çətinliklərin aradan qaldırılması üçün dini liderlər, mədəniyyətlərarası və dinlərarası diloqun təşviqi istiqamətində fəaliyyət göstərən qurumlar sülh təşəbbüslərində fəal iştirak etməli, müxtəlif dinlər və mədəniyyətlər arasında dialoq platformalarının yaradılmasına çalışmalıdırlar. Dinin cəmiyyətin mənəvi dayağı kimi saxlanması, siyasi məqsədlər üçün alətə çevrilməməsi üçün birgə fəaliyyət göstərməlidirlər. Dinin sülh quruculuğunda müsbət rol oynaması üçün dinlər arasında dialoq, təhsil sahələrində ardıcıl işlər aparılmalıdır. Gələcək nəsillərin sülh mədəniyyətinə yiyələnməsi üçün çalışılmalıdır, gənclər arasında tolerantlıq mədəniyyətini təbliğ etməli, bu istiqamətdə multikultural dəyərlər və tolerantlıq mövzularına geniş yer verilməlidir. Bu prosesdə təhsildən vacib alət kimi istifadə olunmalıdır.

Qeyd edək ki, konfransı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Baskerville İnstitutu, ABŞ-ın Stirlinq Fondu, Dini Diplomatiya Fondu, Beynəlxalq Hüquq və Din Araşdırmaları Mərkəzi, Heravi Sülh İnstitutu, Azərbaycan İlahyyat İnstitutu, Əl-farabi Qazax Milli Universiteti, Mərkəzi Asiya-Qafqaz İnstitutu, Ərəb Tədqiqat və Siyasət Araşdırmaları Mərkəzi, Səmərqənd Vilayət Hökuməti və Özbəkistan Gəncləri Dünya Assosiasiyası birgə təşkil ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Aprel 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri