Icma.az
close
up
RU
Multikulturalizm Mərkəzinin dəstəyi ilə “Talış folkloru konserti” təşkil olunub

Multikulturalizm Mərkəzinin dəstəyi ilə “Talış folkloru konserti” təşkil olunub

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 21 may, AZƏRTAC

Mayın 21-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) dəstəyi və Talış icmasının təşkilatçılığı ilə folklor tədqiqatçısı Fərbiyə Şabanovanın 85 illik yubileyinə və onun yaratdığı “Əvəsor” folklor qrupunun 60 illiyinə həsr olunan “Talış folkloru konserti” keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

BBMM-in icraçı direktoru Rəvan Həsənov bildirib ki, Azərbaycan çoxəsrlik tarixə və zəngin mədəni irsə malik ölkə kimi müxtəlif etnik icmaların harmonik şəkildə bir arada yaşadığı, multikultural ənənələrin qorunub saxlandığı nadir coğrafiyalardandır. Bu baxımdan, ölkədə yaşayan xalqların mədəniyyəti, dili və folkloruna xüsusi önəm verilir, uğurlu multikulturalizm siyasəti aparılır. O vurğulayıb ki, Azərbaycanda multikulturalizm siyasətinin əsası Uu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. R. Həsənov diqqətə çatdırıb ki, talışların folkloru Azərbaycanın ədəbi-mədəni irsinin ayrılmaz hissəsidir. Azərbaycanda yaşayan xalqların folklorunun, mədəniyyətinin qorunması və gələcək nəsillərə ötürülməsi ölkəmizin multikultural dəyərlərinin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Talış icmasının ağsaqqalı professor İmamverdi Həmidov deyib ki, folklor sadəcə ədəbi-bədii miras deyil, həm də kollektiv kimliyin, dilin və adətlərin yaşadılmasının əsas dayağıdır. Talış folkloru da bu xalqın topladığı ictimai-mədəni təcrübəni, inancları, həyat tərzini ifadə edən zəngin xəzinədir, talışların milli ruhunu yaşadan, onu nəsildən-nəslə daşıyan yaddaşdır.

Tədbirdə çıxış edən Milli Məclisin deputatları Anar İsgəndərov və Azər Badamov, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Azərbaycanda Rus icmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin və riyaziyyat üzrə fəlsəfə doktoru Hilal Məmmədov bildirib ki, hər bir xalqın kimliyinin, keçmişinin və mənəvi dünyasının ifadə forması olaraq folklor böyük əhəmiyyətə malikdir. Azərbaycanda yaşayan etnik azlıqların multikultural dəyərləri nəinki yaşadılır, eyni zamanda, tanıdılır və dəyərləndirilir. Çünki ölkəmizdə yaşayan hər bir etnik azlığın folkloru Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir.

Tədbirin bədii hissəsində “Əvəsor”, “Hovəli”, “Nənələr”, “Babalar”, “Rəfte”, “Halay” folklor qrupları çıxış edib, həmçinin əl işlərindən ibarət sərgi nümayiş olunub.

Sonda F.Şabanova çıxış edərək, tədbirin təşkilatçı və iştirakçılarına təşəkkürünü bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 May 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see249

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see238

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see199

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see199

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see193

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see187

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see176

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see167

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see166

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see159

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see157

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see141

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see134

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see134

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see133

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see131

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see130

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see129

Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub

21 Oktyabr 2025 19:39see123

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri