“Mümkündür, bu məsələyə baxacağıq” ABŞ husiləri bombalaya bilər
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Səudiyyə Ərəbistanının Yəməndəki “Ənsar Allah” (husilər) hərəkatına endirdiyi zərbələrə qoşula biləcəyini istisna etməyib.
“Qafqazinfo” “The Sun” qəzetinə istinadən xəbər verir ki, Ağ Ev rəhbəri müvafiq sualı cavablandırarkən Vaşinqtonun bu imkanı nəzərdən keçirdiyini bildirib.
Tramp son raket hücumundan dərhal xəbər tutduqlarını vurğulayıb:
“Mümkündür. Biz bu məsələyə baxacağıq. Son hücum haqqında yeni öyrəndik. Tezliklə qərar verəcəyik, biz çox sürətli hərəkət edirik”.
Xatırladaq ki, bundan əvvəl Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi Ər-Riyad beynəlxalq hava limanına raket hücumu nəticəsində 309 nəfərin xəsarət aldığını bəyan edib. Husilərə qarşı mübarizə aparan ərəb koalisiyasının nümayəndəsi Türki əl-Maliki hücumda husiləri ittiham edərək bu addımın cavabsız qalmayacağını açıqlayıb.
Xatırladaq ki, bölgədə gərginlik iyulun ortalarında Yəmənin hökumət qüvvələrinin İrandan gələn husi nümayəndə heyətinin təyyarəsi enərkən Səna hava limanına hücum etməsindən sonra yenidən alovlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 11 Oktyabr 2026 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















