Icma.az
close
up
RU
Münaqişə həlli üçün yaradılmış ATƏT in Minsk qrupuna münaqişə olmayan bölgədə nə ehtiyac var?!

Münaqişə həlli üçün yaradılmış ATƏT in Minsk qrupuna münaqişə olmayan bölgədə nə ehtiyac var?!

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Bu günə qədər sülh müqaviləsinin mətni tam razılaşdırılıb, 17 paraqrafdan ibarətdir. Azərbaycan burada hər hansı bir əlavə şərt irəli sürməyib. Bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil. Bu şərtləri biz uzun müddət ərzində irəli sürürük. Ancaq Ermənistandan bu günə qədər hər hansı bir ciddi cavab almamışıq. Nədən ibarətdir bu? Birincisi, ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Bunun da məntiqi ondan ibarətdir ki, 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun mandatı Qarabağ münaqişəsinin həlli idi. Qarabağ münaqişəsini Azərbaycan özü həll edib - BMT Nizamnaməsi əsasında və beynəlxalq hüquq çərçivəsində. Münaqişə həll olunduğu üçün və Ermənistan rəsmən Qarabağı Azərbaycan torpağı kimi tanıdığı üçün ATƏT-in Minsk qrupunun de-yure fəaliyyətinə heç bir əsas qalmamışdır”. Bu sözləri Azərbaycan Respublikasının dövlət başçısı İlham Əliyev almaniyalı həmkarı ilə görüş zamanı jurnalistlərin suallarını cavablayarkən bildirib. Prezident qeyd edib ki, ATƏT-in Minsk qrupu de-fakto bu qrup fəaliyyət göstərmirdi. “Ermənistanın buna razı olmaması bizdə haqlı olaraq şübhələr doğurur. Görəsən, nə üçün? Bəlkə Ermənistan bizə qarşı yenə də ərazi iddiası ilə çıxış etmək istəyir? Onların sürətli silahlanması, öldürücü silahlar əldə etməsi, bu sahədə onlara əsas yardımçı olan Fransanın onları yeni təxribatlara təhrik etməsi bu şübhələri təbii olaraq artırır. Yəni, bu, birinci məsələdir”-deyə İlham Əliyev qeyd edib.

30 il işə yaramayan bir qrupun fəaliyyətinin ləğvinə razılaşmamaq, Ermənistanın sülh müqaviləsində maraqlı olması fikrini kölgələyir...

Milli Məclisin deputatı Nəsib Məhəməliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ATƏT-in Minsk qrupu 30 illik fəaliyyəti dönəmində heç bir nəticə vermədi.

Nəsib Məhəməliyev

“1992-ci ildə yaranan Minsk qrupu Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ konfliktinin həlli ilə məşğul olmalı idi. BMT TŞ-nın qərarlarından tutmuş, bir çox digər beynəlxalq təşkilatların qətnamələri, hüquqi aktları olmasına rəğmən, münaqişə həll olunmadı. Azərbaycan öz problemini özü həll etdi. Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıdı. Münaqişə yoxdursa, münaqişənin həlli üçün yaradılmış qrupa nə ehtiyac var. Ələlxüsus, həmsədr ölkələrinin özləri arasında düşmənçilik davam edir”-deyən deputat qeyd edib ki, Ermənistan sadəcə olaraq, bu məsələdən və Qarabağ ermənilərinin geri qaytarılması kimi "sarsaq" ideyalardan, Azərbaycana təzyiq vasitəsi kimi istifadə etmək istəyir.

“Artıq bu da keçərli deyil”-deyə deputat vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 04 Aprel 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri