Icma.az
close
up
RU
Münaqişə səhifəsi bağlanır, yeni mərhələdə Minsk qrupu kimi institutlara ehtiyac qalmır Deputat

Münaqişə səhifəsi bağlanır, yeni mərhələdə Minsk qrupu kimi institutlara ehtiyac qalmır Deputat

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət imzalayıblar.

Mövzu ilə bağlı Redaktor.az-a fikirlərini bildirən millət vəkili Vüqar İskəndərov bildirdi ki, Azərbaycan Vətən müharibəsindəki qələbəsi və birgünlük antiterror əməliyyatı ilə dövlət müstəqilliyini, suverenliyini tam bərpa etdi:

"Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan bundan sonra daha sürətlə, daha çevik inkişaf yoluna qədəm qoydu. Artıq biz yalnız Cənubi Qafqazın lideri yox, qlobal səviyyədə nüfuzu artan ölkəyə çevrilirik. Ölkə başçımız cənab prezident İlham Əliyev Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə və sonrakı proseslərdə dünya siyasətinə təsir göstərən liderlər sırasında yer alır. Bu nüfuz və hörmət hər bir azərbaycanlı üçün qürurvericidir. Artan güc fonunda Azərbaycan-Ermənistan münasibətlərində verdiyimiz təkliflər mərhələli şəkildə yerinə yetirilir. Sülh müqaviləsinin imzalanması və şərtlərin Ermənistanla razılaşdırılması əsasən Azərbaycan tərəfindən irəli sürülüb və qarşı tərəf bunu qəbul edib. Mübahisəli məsələlərin əksəriyyəti ikitərəfli həllini tapıb".

Deputat əlavə etdi ki, Birləşmiş Ştatlarda keçirilən görüşlərdə isə növbəti diplomatik qələbəmiz əldə olunub:

"Bu, Vətən müharibəsindəki qələbədən və suverenliyin bərpasından sonra diplomatik masada ən böyük uğurlardan biri hesab edilir. Həm ABŞ ilə ikitərəfli münasibətlərdə, həm də ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan-Ermənistan münasibətlərinin formalaşmasında bu səfər mühüm nailiyyətdir. Orada həll olunan məsələlərdən biri də Azərbaycan və Ermənistanın qarşılıqlı olaraq Minsk qrupundan imtinasıdır. Azərbaycan suverenliyini bərpa etməklə münaqişənin bitməsini təmin edib. Həm beynəlxalq hüquq, həm milli qanunvericilik, həm də güc amili ilə bu məsələ həll olunub. Minsk qrupu formal xarakter daşıyır, hüquqi qüvvəsi yoxdur və tarixin arxivinə verilməlidir. Donald Trampın vasitəçiliyi ilə bu məsələ də öz həllini tapıb və hər iki ölkənin xarici işlər nazirlikləri ATƏT-ə müraciət edib. ABŞ, Fransa və Rusiya bu qərara etiraz etməyib. Beləliklə, münaqişə səhifəsi bağlanır və yeni mərhələdə bu tip institutlara ehtiyac qalmır".

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Avqust 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see332

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see326

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see322

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see309

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see307

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see304

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see299

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see297

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see291

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see267

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see266

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see265

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see262

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see261

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see257

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see253

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see251

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see248

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see228

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri