Icma.az
close
up
RU
Münaqişə yoxdursa, vasitəçi qurum da faktiki olmamalıdır

Münaqişə yoxdursa, vasitəçi qurum da faktiki olmamalıdır

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


“ATƏT-in Minsk Qrupu Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanması, etimad mühitinin yaradılması üçün vasitəçi olaraq formalaşdırılsa da mövcudluğu dönəmində heç bir iş görə bilmədi. Saysız-hesabsız regiona səfərlər, müxtəlif səviyyəli görüşlər və hazırlanan təkliflər münaqişəni nəinki həll edə bilmədi, əksinə onu çətinləşdirdi, dalana dirədi. Erməni baş nazir Paşunyanın "Qarabağ Ermənistandır, nöqtə" fikrini səsləndirməklə faktiki olaraq dinc nizamlanma yolunu qapatdı. Minsk Qrupunun həmsədr ölkələrinin yarıtmaz fəaliyyəti və tərəfkeşliyi İrəvanı şirnikləndirərək yeni ərazi iddialarına sövq etdi və hədələyici ritorika ilə danışmasına səbəb yaratdı. Azərbaycan belə olduqda öz ərazilərini işğaldan azad və suverenliyini güc vasitəsi ilə həllinə qərar verdi. Bu qəralar doğruluğunu təsdiq etdi və Azərbaycan Ali Baş Komandan-Silahlı Qüvvələr-Xalq vəhdəti 44 günlük müharibə ilə Böyük Zəfərə apardı. Qəribəsi onda oldu ki, ATƏT MQ-nin həmsədr ölkələri Azərbaycanın haqqı mübarizəsinə və beynəlxalq hüququn verdiyi hüquqların həyata keçirilməsindən ciddi narahat olmağa başladılar. Xüsusən də Fransa Ermənistandan daha çox ermənlik etdi. Bakını şantaj və təhdidlə yolundan çəkindirməyə çalışdı. Ancaq bütün bu cəhdlər uğursuz oldu. Bakı münaqişəni özü həll etdiyinə və belə bir münaqişə olmadığına görə ATƏT MQ və onun digər strukturlarına da zərurət qalmırdı”.
Bu fikirləri Newscenter.az-a siyasi şərhçi Əli Orucov ATƏT-in Minsk qrupunun ləğvinə münasibət bildirərkən səsləndirib. O deyib ki, münaqişə yoxdursa vasitəçi qurum da faktiki olmamalıdır:
“Azərbaycan Prezidenti haqlı olaraq həmin qurumun 2020-ci ilin noyabrında buraxılması tələbi elə həmin vaxt yerinə yetirilməli idi. Lakin İrəvan hər vəchlə müxtəlif bahənələrlə birgə müraciətin imzalanmasından boyun qaçırırdı. 8 avqustda Ağ Evdə Trampın vasitəçiliyi ilə Prezident İ.Əliyev və Ermənistanın baş naziri N.Paşinyanın Azərbaycan Ermənistan arasında sülh sazişi və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin parsflanmasından və ATƏT MQ ləğvi haqqında üzv dövlətlərə müraciətdən sonra nəhayət ki, həmin qurum gorbagor oldu”.
Əli Orucov qeyd edib ki, Azərbaycanla Ermənistan arasında birbaşa təmaslar, kövrək də olsa etimad mühitinin yaradılması və müəyyən anlaşmaların əldə olunması mümkünlüyü ümumiyyətlə vasitəçiliyin tam aradan qaldırılmasını diqtə edir:
“Odur ki, həm regional təşkilatların, həm də ayrı-ayrı dövlətlərin bu yöndə cəlbi mənfi nəticələr doğurar”.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 02 Sentyabr 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri