Putin müharibəni dayandıracaq? POLİTOLOQ DANIŞDI
Gununsesi saytına istinadən Icma.az xəbər verir.
Ötən gün Rusiyanın “Vedomosti” qəzeti Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə müharibənin başa çatdırılması ilə bağlı göstəriş verdiyini yazıb. Məlumata görə, müharibənin ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.
Mövzu ilə bağlı Gununsesi.info-ya danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Putinin qələbəyə hazırlıq barədə göstəriş verməsi müharibənin dayandırılması ehtimalını gündəmə gətirir:
“Rusiya qələbəsini elan edərsə, müharibənin davam etdirilməsinə ehtiyac qalmaya bilər. Ancaq hazırda bununla bağlı heç bir rəsmi məlumat yoxdur. Sadəcə, Rusiya hakimiyyətinə yaxın nüfuzlu media qurumlarının bu barədə yazması belə bir ehtimalı gündəmə gətirir.
Ola bilər ki, Putin hərbi əməliyyatların dayandırılması barədə göstəriş verərək Rusiyanın qələbəsini elan etsin və bununla da müharibəyə son qoysun. Ancaq bu halda Rusiyanın bunun qarşılığında nə əldə edəcəyi də müəmmalıdır. Aydındır ki, Moskva belə bir qərarın əvəzində Qərbdən müəyyən güzəştlər əldə etməyə çalışa bilər.
Digər ehtimal Rusiyanın resurslarının ciddi şəkildə tükənməsi ilə bağlıdır. Putin bu səbəbdən müharibəni dayandırmaq qərarına gələ bilər. Çünki Rusiya böyük resurs itkisi ilə üzləşib və itkiləri bərpa etmək üçün zamana ehtiyacı var.
Bununla yanaşı, Rusiyanın daxilində də ciddi problemlər mövcuddur. Müharibənin nəticəsiz və ya yarımçıq dayandırılması Kreml daxilində hakimiyyət uğrunda mübarizəyə, hətta saray çevrilişinə səbəb ola bilər. Putin də bundan ehtiyat edir.
Digər tərəfdən, Qərbin indiki vəziyyəti həmişə belə qalmaya bilər. Qərb gələcəkdə yenidən güclənə və Ukrayna ilə bağlı daha ciddi qərarlar qəbul edə bilər. Putin də bunu nəzərə alaraq, müharibəni mümkün qədər tez başa çatdırmağa çalışa bilər”.
Politoloq əlavə edib ki, Rusiyanın hazırkı vəziyyəti ürəkaçan deyil.
“Ehtimallara görə, Putin mümkün qədər qısa müddətdə müharibəni özünün qəbul edə biləcəyi ən əlverişli nəticə ilə dayandırmaq istəyir. Hesab edirəm ki, Rusiyanın resurs itkiləri kifayət qədər böyükdür və əvvəlki imkanları artıq yoxdur”,-deyə Zeynal Əmrəliyev fikirlərini yekunlaşdırıb.
Şəbnəm Rəhimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 19 Noyabr 2026 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















